Şeytanı ən çox sevindirən nədir ?

 
Şeytanı ən çox sevindirən nədir ?



Məlum olduğu kimi şeytan və köməkçilərinin bircə qayəsi var:
İnsanı doğru yoldan uzaqlaşdırıb ALLAHın razı olmadığı işləri etdirmək. Şeytan insanı heç sevmir.
Çünki ilahi rəhmətdən qovulmağına səbəb olmuşdur. Haqq-Təalanın səcdə əmrinə qarşı çıxan, həqiqətlə əlaqəli bütün bağları qoparılan və mələklər arasındakı yerini də itirərək tamamilə tək qalan şeytan bu zaman intiqam arxasınca düşmüş, məqsədinə çata bilmək üçün ALLAHdan qiyamətə qədər möhlət istəmişdir. Müəyyən bir vaxta qədər möhlət verilən şeytan xətasını anlayıb tövbə edərək günahını bağışlatma yolunu tutmamış, əksinə, daha da azğınlaşmışdır. Özünə qiyamətə qədər məşğul olabiləcəyi hədəf seçmişdir. Bu hədəf onun ilahi rəhmətdən uzaqlaşdırılmasına səbəb olan insandı.
Daxili aləmi insana qarşı intiqam hissləri ilə dolu olan şeytan köməkçiləri ilə birlikdə hər gün yığışar və insanları yoldan çıxartmaq üçün planlar hazırlayar.
Şeytan hər günkü kimi yenə köməkçiləri ilə yığışmışdı. Onlara cürbəcür üsullar öyrətdi. Sonra hər birini iş başına göndərdi.
İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi:
-Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım.
Bu xəbər şeytanın o qədər də xoşuna gəlmədi. Sadəcə başını tərpətdi.
Digər şeytan söz aldı:
-Mən bir insanın qumar oynamasına səbəb oldum. Hər şeyini itirmişdi. Sadəcə evi qalmışdı. Ona “Evini də ortaya qoy. Qazansan, bütün itirdiklərini geri alarsan” –deyə vəsvəsə verdim.
O da oynadı və evini itirdi. İndi uşaqları ilə bayırda qalıb.

Bu xəbər də şeytanı çox sevindirmədi. O daha gözəl bir xəbər gözləyirdi. Növbə şeytanın başqa bir köməkçisinə gəldi:
-Ağa! Bir adamla həyat yoldaşı arasına fitnə saldım və onların arasını vurdum. Hamıya nümunə olan bir ailələri vardı. Amma mənim sayəmdə araları dəydi. Boşanmaq üzrədirlər. Bir-birlərini elə təhqir etdilər ki, barışmaları əsla mümkün deyil.
Bu xəbər şeytanın çox xoşuna gəldi. Artıq üzü gülürdü.
Köməkçilərinə belə dedi:
-Baxın, gözlədiyim xəbər bu idi. Ən yaxşı işi sən görmüsən. Səni təbrik edirəm. Məni çox sevindirdin.
Sonra şeytan onu yanına çağıraraq dedi:
-Mənim ən sevdiyim işlərdən biri evlilərin arasını vurmaq və onları bir-birindən ayırmaqdır. Bunu bacaranların yeri mənim yanımdır.

~Şeytanın deyil, ALLAHın bəyəndiyi işləri görək..~


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:34
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Nurlan_253

  • 14 mart 2011 23:09
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
Allah Seytana Nelet Elesin Sagolun Xebere Gore ...

only-girl

  • 16 fevral 2011 17:42
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
maraglidi twk

--------------------

Yusif

  • 8 fevral 2011 18:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Maraqli xeberdir minnettaram

Just For Legend

  • 8 fevral 2011 17:12
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli xeberdir minnettaram

--------------------

nilayka

  • 8 fevral 2011 13:18
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk xebere gore

--------------------

Ulya

  • 8 fevral 2011 13:11
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 38

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}