Əridim oduna mən gilə-gilə

 
Əridim oduna mən gilə-gilə

Dizlərini qucaqlayıb oturmuşdu. Əynindəki paltar da ona çox böyük idi. Yanında heç kim yox idi. Əsmər fikirləşirdi- bura haradan gəlmişdi, necə gəlmişdi? Təcili yardımın səsi hələ də qulaqlarında idi. Hər şeyi lap başdan xatırlamağa çalışırdı.
Əridim oduna mən gilə-gilə
Tərlanla ilk dəfə tanış olanda hər ikisi susmuşdu, yalnız bir-birinə baxan gözləri danışırdı. Əslində Əsmər tanış olmamışdı, onu bu tanışılığa Tərlan məcbur etmişdi. Sonra isə Tərlanın özünü son dərəcə mədəni, diqqətli və nəzakətli aparması onda Tərlana qarşı məhəbbət hissi oyatmışdı. Arxasınca çox süründü. Və sonda istədiyinə nail oldu. Əsməri ələ ala bilmişdi. Əsmər çox sadəlövh bir qız idi. Rayondan gəlmişdi, kənd qızı idi. Tələbə adını alanda çox sevinmişdi. Həyatının ən gözəl gününü yaşamışdı. Və bəlkə də bu onun ürəkdən sevindiyi sonuncu fərəhli günü idi.

O, ali təhsil almaq üçün şəhərə gələndə təsadüfən Tərlan onu görmüş və Əsmərin gözəlliyi onu Əsmərin arxasınca sürünməyə məcbur etmişdi. Şəhər Əsməri çox sıxırdı. Buradakı qələbəlik, havanın ağırlığı, şəhərin səsli - küylü olması onu kəndləri üçün çox darıxdırırdı. Məktəbdə qrup yoldaşları ilə tanış olmuş və bir qızla rəfiqə olaraq kirayə tutduqları evdə qalmışdılar. Rəfiqəsi yaxşı qız idi. Ona çox köməyi dəyirdi. Tələbə olmaq maraqlı idi. Bircə bu Tərlan məsələsi olmasaydı.

Tərlan Əsmərə gün verib - işıq vermirdi. Ondan əl çəkmirdi, hey arxasınca gəlirdi. Tez-tez Əsmərə onu sevdiyini, onun dərdindən dəli-divanə olduğunu, onsuz həyatın mənasız olduğunu deyirdi. Əsmər də artıq yavaş-yavaş Tərlanı sevməyə başlamışdı. Əsmərə elə gəlirdi ki, Tərlan həqiqətən də onu sevir. Axı, bu qədər də olmaz. Özü-özlyündə fikirləşirdi ki, Tərlan məni sevməsəydi arxamca bu qədər gəlməz, mənə bu qədər göz-qulaq olmazdı. Sonda Tərlanın çəkdiyi əziyyətlər öz nəticəsini verdi. Axır ki, Əsməri yola gətirdi. İlk görüş gününü təyin etdilər. İlk görüş... O gün Əsmər çox həyəcanlı idi. Bu görüş həqiqətən də Əsmərin ilk görüşü idi. Tərlanın isə...


Əsmər həyəcandan əsirdi. Necə danışacağını, nə danışacağını bilmirdi. Qəlbində Tərlana qarşı yavaş-yavaş məhəbbət qığılcımları parlamağa başlamışdı. O, rəfiqəsinə Tərlan haqqında danışmışdı. Tərlanın onu sevdiyini, dərdindən dəli-divanə olduğunu hər gecə söhbət edirdi. İlk görüş yerini Tərlan özü təyin etmişdi. Axşam saat 9 -da sahil bağında görüşməli idilər.

Eyni məkanda, eyni vaxtda Tərlan Əsməri gözləyirdi. Əsmər isə hələ də gəlib çıxmamışdı. O, evdə idi. İlk görüşə getsin, ya getməsin, deyə, düşünürdü. Rəfiqəsinin və özünün qiyafətlərini qarşısına töküb fikirləşirdi. Daha gözəl görünmək üçün hansını geyinsin? Bu görüşə getsin ya getməsin? Beləcə fikirləşdiyi zaman rəfiqəsi onu tələsdirmiş, sonra gec olar, deyə hazırlaşdıraraq görüşə göndərmişdi.

Əsmər artıq danışdıqları məkana çatırdı. Tərlan görünürdü. Əsmər özünü toplaya bilmirdi, çox həyəcanlı idi. Axı, həyatında heç bir oğlanla belə yaxın olmamışdı, bu onun ilk görüşü idi. Tez-tez anası yadına düşürdü. Anam bilsə nə deyər, məni qınayar, atam bilsə məni öldürər. Bu düşüncələr içində ikən Tərlana nə vaxt çatdığını bilmədi. Tərlan Əsməri çox mehribanlıqla, nəvazişlə, qayğıyla qarşıladı. Əsmər çaşmışdı, nə edəcəyini bilmirdi. Tərlanın həddindən artıq nəzakətli davranışı, gözəl etikası Əsməri məftun etmişdi. Beləcə, ilk görüşləri baş tutmuşdu. İlk görüş Əsmərin qəlbinə öz möhürünü vurmuşdu. Tərlan Əsmərin qəlbini ələ almağı bacarmışdı. Xeyli gəzdilər, söhbət etdilər. Artıq gecə düşmüşdü. Tərlan Əsməri kirayə qaldığı evə kimi ötürdü.


Əridim oduna mən gilə-gilə

Həmin gecə Əsmər səhərə kimi rəfiqəsinə Tərlanla olan görüşündən danışmışdı. Günlər keçirdi.Əsmər artıq Tərlanı dəli kimi, saf bir məhəbbətlə sevirdi. Tərlan onun qəlbinə möhkəm girmişdi. Tez-tez olmasa da, görüşürdülər. Əsmərin məhəbbətindən nə anasının, nə də ki, kənddəki digər qohumlarının xəbəri yox idi. Beləcə, illər ötmüşdü. Əsmər artıq dördüncü kursda idi. Daha Tərlanla tez-tez görüşür, hər dəfə də ona nə vaxt elçi gələcəklərini soruşurdu. Tərlan isə hər dəfə "tezliklə nişanlanacağıq" deyirdi.

Əsmər fikirləşirdi: "Mən sevdim, günah etdimmi?" Tez-tez görüşdüklərindən onun oduna əriyirdi gilə-gilə. Özünü unutmuşdu keçən vaxt ərzində.

Bir səhər Əsməri yuxudan ürəyinin bulantısı, başının ağrısı oyatdı. Necə oyandı, bilmirdi, vanna otağına necə keçdi, onu da bilmirdi. Ürəyi bulanırdı. Özündə deyildi. Şübhələr onu aldı. Tez səhər yeməyini yemədən geyinib evdən çıxdı. Apteklərin birindən hamiləlik testi alıb evə qayıtdı. Testi etməyə qorxurdu. Düşündüyü həqiqət olsaydı necə olacaqdı. Yox, hər necə olursa olsun Tərlan onu sevirdi. Axı, lap hamilə də olsa, bətnindəki körpə Tərlanın idi, nəhayət test etdi. Dünya başına fırlandı, hamilə idi. Bu haqda rəfiqəsinə nəsə deməyə qorxurdu. Sirrinin hamının biləcəyindən qorxurdu. Yox, bunu gizlətmək olmazdı. Ailəm buna necə baxacaq, anası- atası, qohum - əqraba. Tərlan tez elçi göndərsəydi yaxşı olardı. Yox, Tərlan hamilə qaldığımı bilməlidir. Bəlkə, heç deməyim. Körpəm bir az böyüsün.
Əridim oduna mən gilə-gilə
Yenə görüşürdülər. Əvvəlki kimi. Bir-neçə ay da belə keçdi. Artıq Əsmər hamiləliyinin hər kəs tərəfindən başa düşüləcəyindən qorxmağa başlamışdı. Aydın hiss olunurdu ki, hamilədir. Tərlan isə hələ də heç nə başa düşməmişdi. Bunu ona Əsmər deməliydi. Rəfiqəsinin təkidindən sonra Əsmər hər şeyi Tərlana demək qərarına gəldi. Və nəhayət, hamilə olduğunu Tərlana açdı. Əsmər bilmirdi ki, ağlasın ya gülsün. Tərlanın gözlərinə sanki kədər çökdü bir anlıq. Gözləri kədərli idi, lakin gülümsəməyə çalışırdı. Bu zaman Tərlan Əsməri qınamağa başladı. Bunu mənə əvvəlcədən desəydin bir çarə edərdik. Əsmər qulaqlarına inanmadı. Ay aman, Tərlan niyə belə deyir, görəsən?Məgər məni sevmir, mənə elçi göndərməyəcək? Biz ailə quracaqdıq, axı. Əsmər bir şey fikirləşirdi, Tərlan başqa şey. Bir-birindən xəbərsiz düşündükləri təzad təşkil edirdi. Susmuşdular,yenə də, ilk dəfə bir-birini gördükləri kimi. Amma bu dəfə Tərlan Əsmərin üzünə baxmırdı. Əsmər bulud kimi dolmuşdu, boğulurdu sanki. İndi Tərlanın dediyi bircə söz onun həyatını alt-üst etmişdi. Əks tərəfə gedirdi, Tərlandan necə uzaqlaşdığını belə hiss etməmişdi. Tərlan isə onun arxasınca gəlmirdi. Üzü dənizə sarı durmuşdu. Əsmər ağlayırdı, göz yaşlarına sahib çıxa bilmirdi. Evə qayıdırdı. Böyük hüzn və kədər içində. Evə necə çatdığını bilmirdi. Evə gələn kimi başını yastığa atmış və o qədər ağlamışdı ki, yastığı su içində olmuşdu. Beləcə də yuxuya getmişdi. Oyananda rəfiqəsi başının üstündə idi. Nə olduğunu bilmirdi. Əsmər rəfiqəsinə Tərlanın öz uşağından imtina etməsini, onu aldatdığını danışdı. Hər ikisi susmuşdu. Əsmər özünə gələ bilmirdi. O gündən hüznlü günləri başlamışdı. Daha görüşmürdülər. Tərlan da heç gözə dəymirdi. Uşaq artıq böyüyürdü. Əsmər uşağı rəfiqəsinin köməyi ilə doğum evlərindən birində dünyaya gətirdi. Çox pis vəziyyətdə qalmışdı. Bir tərəfdə uşaq, digər tərəfdə anası, ailəsi. Necə etsin? Hələ hamilə ikən məktəbdən də uzaqlaşmışdı. Fikirlər içində özünə qapanaraq aylarla evdən çölə çıxmamışdı. Özünü ətraf-aləmdən təcrid olunmuş sayırdı. Rəfiqəsi ilə də bir o qədər söhbət etmir, yalnız özü-özü ilə danışır, nəyi isə götür-qoy edirdi. Bu səbəbdən də doğuş ağır keçmiş, ana psixoloji zərbə almışdı.

Əridim oduna mən gilə-gilə

Uşağı evə gətirdi. Artıq özündə deyildi. Nə etsin? Ana məhəbbəti onu düşündüklərini həyata keçirməyə qoymurdu. Qəlbindən hər şey keçirdi. Özünə qəsd etsin, ya nə isə... Bilmirdi. Rəfiqəsi ona göz-qulaq olurdu. Amma o, dərsə gedəndə Əsmər evdə tək qalırdı. Əsmər çox düşündü, göz yaşları içində bir gün körpəsini qucağına alıb çölə çıxdı. Nə etsin? Haraya getsin? Kənddə onu heç kim qəbul etməz. Hələ atası, atası onu öldürər. Əsmər onsuz da ölürdü fikirlər içində. Hara getdiyini bilmirdi, küçə ilə gedirdi, yol onu hara aparırdı, onu da bilmirdi. Beləcə, xeyli getmişdi. Yorulmuşdu, daha gedə bilmirdi, uşaq da xeyli ağlayıb yatmışdı. Əsmər fikirləşirdi və beynində düşündüklərini etmək üçün heç olmasa münasib bir yer axtarırdı. Uşağı hara qoysun, çox düşünmədən qarşıdakı binaların birinin qabağına qoyub, əks tərəfə qayıtdı.Daha geriyə baxmırdı. Ürəyi qan ağlayırdı. Tələsik addımlarla ordan uzaqlaşmağa çalışırdı. Birdən uşaq oyanar, birdən uşaq dil açıb "ana, məni burda qoyub hara gedirsən?" deyər. Yox uşağı durmamışdı, onun ağlamaq səsini eşitmirdi, və bu möcüzə də baş verməmişdi- uşağı dil açmamışdı, axı, hələ çox körpə idi. Evə necə çatdığını bilmədi, başını yastığa atıb xeyli ağlayaraq yuxuya getmişdi. Rəfiqəsi dərsdən gəlmişdi. Yenə başının üstündə durub Əsmərin oyanmağını gözləyirdi. "Uşaq hanı?", deyə ondan soruşmaq istəyirdi. Oyandı, amma, heç bir suala cavab vermirdi. Ancaq ağlayır və özü-özünü ittiham edirdi. Nədən belə oldu ki? Sanki rəfiqəsini görmürdü. Hisslərinə aldanmışdı. İndi övladı üçün acı çəkirdi. Rəfiqəsi ona "geri qayıt, uşağı hara qoymusan, yerini de, gedim gətirim." Əsmər isə heç nə xatırlaya bilmirdi-uşağı hara qoyduğunu, geri necə qayıtdığını.

Sabahlar axşam olur, gecələr isə açılmırdı Əsmər üçün. Axşamlar körpəsini daha tez-tez xatırlayır, ona layla oxuyur, xəyalən onu yedirib-içirdirdi. Övladını atması ilə heç cür barışa bilmir, zaman keçdikcə daha çox təsirlənirdi. Bir gün rəfiqəsi Əsmərin bu özünə qapanmasından bərk qorxaraq "Sonda pis nəticə verər" deyə ona təcili yardım çağırmışdı. Həkimlər onu psixoloji dispanserə yazmışdılar. O, müalicə olunmalı idi.

Əsmər dizlərini qucaqlayıb oturmuşdu, fikirləşirdi:"Oğlum bir gün gələcək və məni burdan aparacaq".


Geri dön

➰__Ýųśíf__➰

  • 25 may 2014 04:19
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

PoZitiV Kaa=)

  • 11 may 2014 18:19
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
MeqaleyE GorE TwK (@_@)

--------------------

Biqeyrət....

  • 5 may 2014 22:16
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

ヅ Bad Girl ヅ

  • 5 may 2014 19:16
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkkurler

--------------------

Roya_____

  • 5 may 2014 12:40
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkur canım

__MB__

  • 4 may 2014 16:07
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
tewekkur edirem

Kapriznaya Dəcəlka

  • 1 may 2014 12:13
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
Əsmər həyəcandan əsirdi. Necə danışacağını, nə danışacağını bilmirdi. Qəlbində Tərlana qarşı yavaş-yavaş məhəbbət qığılcımları parlamağa başlamışdı. O, rəfiqəsinə Tərlan haqqında danışmışdı. Tərlanın onu sevdiyini, dərdindən dəli-divanə olduğunu hər gecə söhbət edirdi. İlk görüş yerini Tərlan özü təyin etmişdi. Axşam saat 9 -da sahil bağında görüşməli idilər.

--------------------

ヅ Bad Girl ヅ

  • 27 aprel 2014 17:03
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

--------------------

Milyonerka

  • 27 aprel 2014 15:59
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
teshekkurler)))

teshekkurler))))

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

NeFeSiM LiL OrXaN

  • 26 aprel 2014 22:48
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurler

Payız qoxulu

  • 26 aprel 2014 22:26
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Tewekkurler

--------------------

qirilmis qelb

  • 26 aprel 2014 22:21
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
tewekkurler meqale ucun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

BaNTiKLi_CiCiWKa:)

  • 26 aprel 2014 21:53
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Tewekkurler...

--------------------

Tek Sevdiyim Sebine

  • 26 aprel 2014 20:16
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
wink smile qewengdi ela ela

Qaska_Quli

  • 26 aprel 2014 19:57
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrr

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 26 aprel 2014 19:39
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

--------------------

2-ci kurs telebesi

__MB__

  • 26 aprel 2014 19:03
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkür edirəm

T.O.M.A

  • 26 aprel 2014 18:56
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 26 aprel 2014 18:36
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

jasmin022

  • 26 aprel 2014 18:26
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
tesekkurlerrr

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

^^Nazlı Şeytan^^

  • 26 aprel 2014 18:22
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Odd angel

  • 26 aprel 2014 18:05
  • Məqalə: 0
  • Şərh: 1018
  • Bal:
{awards}
TESEKKURLER...

Damlam

  • 26 aprel 2014 17:46
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
heyatim ellerine salik

--------------------
http:///user/İmza/

NikaLYa

  • 26 aprel 2014 17:42
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmm

--------------------

^^MasaL^^

  • 26 aprel 2014 17:39
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
təşəkkür edirəm

^^FiDaNKa^^

  • 26 aprel 2014 17:39
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
ilk werh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 23
Cəmi: 535
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}