“Bismillah”-ın fəzlitəti haqda

 
«Bismillahir-Rəhmanir-Rəhim» ayəsinin qısaldılmış formasına çox zaman “bəsmələ” də deyilir. Bu ayənin mənası, təfsiri, üstünlükləri barədə məlumatlar çoxdur. Hətta İmam Əli ibn Əbu Talib «bəsmələ» ayəsinin əvvəlindəki «be» hərfinin mənasını Abdullah ibn Abbas üçün gecədən sübh açılana kimi təfsir etmişdi (Reyşəhri – «Mövsuətül-İmam Əli ibn Əbi Talib», X, 55). Həzrət Əli buyurmuşdur: «Əgər istəsəm, «bismillah»ın əvvəlindəki «be» hərfinin mənalarını 70 dəvə yükü qədər incələyərəm» (Qunduzi Hənəfi – «Yənabiül-məvəddə», I, 205; III, 209).
Qurani-kərimin bütün surələrinin əvvəlində (yalnız «Tövbə» surəsindən başqa) «Bismillahir-Rəhmanir-Rəhim» ayəsi vardır. Qurandan əvvəl göndərilmiş bütün səmavi kitablar da bu ayə ilə (yaxud buna uyğun məna daşıyan cümlə ilə) açılırmış.
Quran ayələrində bildirilir ki, keçmiş peyğəmbərlər də hər bir mühüm işə «bismillah»la başlayırdılar. Məsələn, Həzrət Nuh Peyğəmbər öz tərəfdarlarına tapşırmışdı ki, tufandan qabaq gəmiyə minərkən Allahın adını çəksinlər («Hud», 41). Həzrət Süleyman Peyğəmbər Səba məlikəsi Bilqeysə məktubunu «Bismillahir-Rəhmanir-Rəhim» cümləsi ilə başlamışdı («Nəml», 30).
Hər kim işini «bismillah»la başlasa, o iş bərəkətli və xeyirli olar (İmam Həsən Əsgərinin «Fatihə» surəsinə təfsirindən). Yemək yeyərkən, səfərə çıxarkən, evlənərkən və övlad sahibi olmağa hazırlaşarkən, məscidə və evə daxil olarkən «bəsmələ» demək çox təkid edilmişdir. Bu cümlə Allahla bəndə arasındakı əlaqənin açarıdır. «Bəsmələ» ayəsi Allahın diqqət və rəğbətini bəndənin oxuduğu duaya və etdiyi əmələ doğru yönəldir. Qurban kəsilən zaman «bismillah» demək isə ətin halal olması üçün vacib şərtdir (bax: «Ənam», 121).
Həzrət Mühəmməd Peyğəmbər (s) belə buyurmuşdur: «Bəndə «Bismillahir-Rəhmanir-Rəhim» deyəndə, Allah-təala buyurar: «Bəndəm öz işini mənim adımla başladı. Demək, mən də onun işini bərəkətlə başa çatdırmalı və mübarək etməliyəm». Başqa bir hədisdə oxuyuruq: «Hər kəs bir işə başlasa, qəm-qüssə və çətinliklə üzləşsə, xalis niyyətlə özünü Allaha təslim edib, «Bsmillahir-Rəhmanir-Rəhim» desin. Bununla o, iki faydadan birini qazanar: ya bu dünyadakı ehtiyacı ödənmiş olar, ya da axirətdə Allahın hüzurundakı nemətlərə sahib çıxar. Əlbəttə, axirətdə Allahın hüzurunda olan nemətlər mömin üçün daha yaxşı və qalarıdır». «Bismillah»sız başlanan hər iş naqis və yarımçıqdır (Həzrət Mühəmməd Peyğəmbər (s)).
«Bəsmələ» o qədər fəzilətli ayədir ki, onu gözəl xətlə yazmağın da savabı var. Həzrət Əli buyurub: «Hər kim «Bismillahir-Rəhmanir-Rəhim» ayəsini gözəl xətlə yazsa, cənnətə gedər». (Əlbəttə, bu kimi rəvayətlər digər vacib ibadətlərini yerinə yetirən şəxslərin cənnət savabı qazanmasına işarədir, bircə sözlə günahkarın da dərhal cənnətə getməsi demək deyil)
Bir gün Hz. Əlinin dostlarından biri onun yanına gəlir və Əlinin ona təklif etdiyi kürsüyə əyləşmək istəyərkən kürsü aşır və o yıxılıb başını bir qədər əzir. Əli bunun üstünə: “Həmd olsun o Allaha ki, bizim dostların günahlarının cəzasını bu dünyada verib, o biri dünyaya saxlamır”. Dostu: “Ya Əli, mən indi nə günah etdim ki, bu cəzanı qazandım?” soruşduqda, Əli: “Əyləşərkən “bismillah” demədin” deyə cavab verir.
Surələrin əvvəlindəki «Bismillahir-Rəhmanir-Rəhim» ayələrinin Qurana aid olub-olmaması zəminində alimlər arasında fikir ayrılığı vardır. Bəziləri «bəsmələ» ayələrini Quranın tərkib hissəsi hesab etməmiş və yalnız surələri bir-birindən ayırmaq üçün vasitə saymışlar. Lakin əksəriyyət tərəfindən qəbul edilmiş fikir budur ki, «Bismillahir-Rəhmanir-Rəhim» bütün sulərərin («Tövbə» surəsini çıxmaqla) birinci ayəsi və tərkib hissəsidir.
Həzrət Mühəmməd Peyğəmbər (s) namazda «Fatihə» surəsini oxuyarkən həmişə «Bismillahir-Rəhmanir-Rəhim» ayəsini deyirdi (Əllamə Süyuti – «əl-İtqan»). Quran təfsirçilərinin müəllimi Abdullah ibn Abbas demişdir: «Quranın ən böyük ayəsini şeytan insanlardan oğurlayıb. Bu, «Bismillahir-Rəhmanir-Rəhim» ayəsidir».
Əhli-sünnə məzhəblərindən hənəfilikdə təkbaşına qılınan namazlarda «Fatihə»dən əvvəl «Bismillahir-Rəhmanir-Rəhim» ayəsini oxumaq sünnətdir. Camaat namazında müqtədi «bəsmələ»ni deməz. «Fatihə»dən sonra oxunan surəni isə «bəsmələ» ilə başlamaq məsləhət deyil. Malikilər namazda oxunan surələrin əvvəlində «bəsmələ» söyləməyi məkruh sayırlar. Şafii məzhəbində «bəsmələ» ayəsi sürənin tərkib hissəsi sayılır və söylənməsi fərzdir. Uca səslə qiraət edilən surələrin «bəsmələ»si də uca səslə deyilir. Hənbəli məzhəbində isə, «bəsmələ» ayələri Qurandan sayılmır və namaz zamanı surədən qabaq astadan deyilməsi sünnətdir.
Cəfəri məzhəbinə görə, namazda oxunan surələrin əvvəlində «bəsmələ» mütləq deyilməlidir. İmam Cəfər Sadiq buyurmuşdur ki, əgər bir şəxs namazda «Fatihə»dən sonra oxunan surəni «Bismillahir-Rəhmanir-Rəhim»siz başlasa, gərək namazı təzədən qılsın («Üsulül-Kafi», «Namaz» kitabı, «Quran qiraəti» babı, hədis 1).
Rəvayət edirlər ki, bir gün Müaviyə camaat namazına imamlıq edərkən «Fatihə» surəsini «bəsmələ»siz oxudu. Camaat narahat olub etiraz etdi: ««Bismillahı oğurladın, yoxsa unutdun?».
Məşhur əhli-sünnə təfsirçisi İmam Fəxr Razi öz təfsirində «Bismillahir-Rəhmanir-Rəhim» ayəsinin «Fatihə»yə aid olduğunu sübuta yetirmək üçün 16 dəlil gətirmişdir. Əllamə Süyuti isə «əl-İtqan» kitabında «bəsmələ»nin Qurana aid olması barədə rəvayətləri sadalayaraq yazırdı: «Bismillahir-Rəhmanir-Rəhim» ayəsinin Qurana aidliyi və surələrin başlanğıcında nazil olması məna baxımından mütəvatirdir».


Geri dön

PoZitiV Kaa=)

  • 11 may 2014 18:08
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
MeqaleyE GorE TwK (@_@)

--------------------

eliwqa

  • 10 may 2014 12:37
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
{awards}
ALLAH razi olsun tewekkur

--------------------

Biqeyrət....

  • 5 may 2014 20:50
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
ALLAH razi olsun tesekkurler

ヅ Bad Girl ヅ

  • 5 may 2014 13:17
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Roya_____

  • 5 may 2014 12:05
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

ヅ s a y k a. ヅ

  • 3 may 2014 14:18
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
Allahh razi olsunn....

--------------------
♥Sayka♥


ヅ Bad Girl ヅ

  • 2 may 2014 17:40
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
ALLAH razi olsun çox sağolun

--------------------

ヅ Bad Girl ヅ

  • 28 aprel 2014 15:24
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. ......

--------------------

Banned456

  • 27 aprel 2014 23:50
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun

jasmin022

  • 27 aprel 2014 23:10
  • Məqalə: 1
  • Şərh: 3154
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

PSIXOPATKA

  • 27 aprel 2014 22:39
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

NeFeSiM LiL OrXaN

  • 27 aprel 2014 21:36
  • Məqalə: 38
  • Şərh: 3491
  • Bal:
{awards}
ALLAH razi olsun tewekkurlerr

Payız qoxulu

  • 27 aprel 2014 21:36
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

^^Nazlı Şeytan^^

  • 27 aprel 2014 21:36
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

^^FiDaNKa^^

  • 27 aprel 2014 21:16
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
tewekkurler Allah Sizlerden Razi Olsun

Allah_Bendesi

  • 27 aprel 2014 21:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

ЛЮБИМКА

  • 27 aprel 2014 20:59
  • Məqalə: 53
  • Şərh: 2488
  • Bal:
{awards}
allah.razi.olsun laughing

ヅ s a y k a. ヅ

  • 27 aprel 2014 20:44
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. ......

--------------------
♥Sayka♥


NikaLYa

  • 27 aprel 2014 20:39
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
ilk serh menden... tongue

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 63
Cəmi: 88

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}