Mənim seçdiyim hekayələr (17-ci hissə)

 
Mənim seçdiyim hekayələr (17-ci hissə)


Qədim zamanlarda bir-birilərini dəli kimi sevən 2 sevgili varmış. Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın əsgərliyə getmək məsələsi ortaya çıxır. (Məlumat üçün onu deyim ki, o vaxt Koreyada əsgərlik 5 il çəkərmiş. İndi isə 2 ildir). Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir: "Sevgilim, 5 il bilirsən ki, az müddət deyil. Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz." Bu an qız oğlanın sözünü kəsərək "Mən səni ömrümün sonunadək sevəcəm" - deyir. Oğlan cavabında "Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi. Mən də indi elə fikirləşirəm, amma həqiqətən də 5 ilə sevgi qalarmı bir-birimizi görməsək, onu nə yazıq ki, heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki, 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki, onda biz evlənməyəcəyik (Koreyada cavanlar yalnız bir-birilərini sevdikləri halda evlənirlər). Onda mənə deməzsən ki, bunu o vaxtdan deyərdin də mənə?!! Ona görə də sənin ömrünün 5 ilini deyil yalnız 1-cə ilini daha istəyirəm. 1-cə il məndən cavab gözlə, mən əgər görsəm ki, 1 ilə sənə olan sevgim dəyişmir. Onda 5 il ərzində özümdən arxayın olaram ki, səni həmişəlik sevəcəm. Hə, deməli belə, mən düz 1 il sonra sənə böyük bir buketdə gül göndərəcəm. Bütün gülləri sayarsan, əgər güllərin sayı 100 olsa "məni 4 il də gözlə, sən mənimsən yenə də" anlamını verəcək 100 gül. Amma əgər 1-cə dənə olsun gül əskik olursa, məsələn, 99 olsa o deməkdir ki, artıq mənim sənə olan sevgim bitibdir, gözləmə artıq, öz həyatını qur".. Oğlan bu sözləri deyir və qızın alnından öpüb yola düşür... Beləcə oğlan gedir əsgərliyə, yavaş-yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir. Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir. Buket qıza çatdırılır. Qızın az qalır ürəyi partlaya o an. Fikri təbii ki, o güllərin sayında olur, tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa. İlk dəfə sayır ürəyinə həmən iynələr batır, çünki ilk saydığında 99 dənə sayır. Özünü topluyub rahatlaşıb bir daha sayır ki, bəlkə həyəcandan səhv saya. Oturub yerə rahat-rahat yenə başlayır saymağa. Amma nə yazıq ki, sayı yenə 99 dənə eləyir. Beləcə qız dəfələrlə sayır, başqalarına da saydırır, amma sayı yenə 99 olur. Nəhayət, vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır. Sonra təxmini 1 ay sonra özünə gəlir... Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir. Elə onunlaca evlənməyə razılıq verir. Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır. Bu axınla 4 il də keçir və 5 il necə deyərlər gəlib keçmiş olur. Oğlan ilk olaraq qızın axtarışlarına başlayır. Qızı tapır və qız ondan niyə gəldiyini soruşur. Oğlanınsa hələ xəbəri yoxdu ki, bu artıq evlidi. Oğlan deyir necə yəni sevgilim, bu nə deməkdi ki, niyə gəlmisən. Bunu demişdi ki, o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib "ana, acmışam" deyir... Bu an oğlanın sanki ürəyinə iynələr sancılır, vəziyəti dərhal anlayır. Və sanır ki, sadəcə olaraq qız bunu 5 il gözləmək istəməyib, sevməyib bunu, başqasını sevib evlənib. Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir. Amma sonra ürəyi dözmür və 1-cə dənə sual verir ki, "Nə zaman unutdun məni?" Qız ağlayaraq deyir ki, "Sən heç nə dediyini bilirsən? Sən deyildin mənə 99 gül göndərən, insafsız, indi də gəlib özünü bilməməzliyə qoyursan?!" Oğlan bir anlıq susur, fikirləşir. Sonra hər şeyin niyə belə olduğunu başa düşür. Qıza deyir: "Sən niyə o kağızı açıb oxumadın axı!" deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir. Qız isə tez içəri qaçır, bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır. Kağızda yazılanı oxuyur : "Bir an belə fikrimdən çıxmayan sevgilim, söz verdiyim kimi gülləri göndərdim. Say bunları, bircə şeyi unutma ki, 100-cü gül dünyadakı güllərin ən gözəli, ən təravətlisi olan elə Sən özünsən".. Bu an sanki bütün dünya qızın başına yıxılır, heç nəyin geri qayıda bilməyəcəyini anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür. Əlinə bıçaq alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir: "Burda biri özünü öldürüb ay millət". Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra qaçır... Amma nə yazıq ki, artıq gecdi,oğlan artıq sevən ürəyinə mismar sancmışdı.Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib anasını qucaqlayaraq "etmə ana" deyir. Anası sevgilisinin adını vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın. Götürüb gözlərinə batıraraq: "Sizsiz hər şeyin günahkarı!" deyir

Beləcə də bir-birini dünyalar qədər sevən bu 2 cavan bir-birinə qovuşa bilmir. Biri torpağın altında qaranlıqda yatır, biri isə üstündə qaranlıq dünyasında yaşayır!


Geri dön

➰__Ýųśíf__➰

  • 25 may 2014 04:17
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

eliwqa

  • 10 may 2014 12:51
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
meqale ucun twklerrrrrrrr

--------------------

Biqeyrət....

  • 5 may 2014 20:59
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler megale ucun )

ヅ Bad Girl ヅ

  • 5 may 2014 19:14
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkkurler

--------------------

__MB__

  • 4 may 2014 16:05
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
tewekkur edirem

_Nermin_

  • 1 may 2014 19:16
  • Məqalə: 26
  • Şərh: 659
  • Bal:
{awards}
tewekurler

T.O.M.A

  • 1 may 2014 12:39
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

Kapriznaya Dəcəlka

  • 1 may 2014 12:11
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
Beləcə də bir-birini dünyalar qədər sevən bu 2 cavan bir-birinə qovuşa bilmir. Biri torpağın altında qaranlıqda yatır, biri isə üstündə qaranlıq dünyasında yaşayır!

--------------------

PoZitiV Kaa=)

  • 28 aprel 2014 20:40
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)))

--------------------

Damlam

  • 28 aprel 2014 17:42
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
.. tewekkkurler,, tongue

--------------------
http:///user/İmza/

ヅ Bad Girl ヅ

  • 28 aprel 2014 15:36
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

jasmin022

  • 27 aprel 2014 22:53
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
tesekkurlerrr

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Payız qoxulu

  • 27 aprel 2014 21:52
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Tewekkurler

--------------------

NeFeSiM LiL OrXaN

  • 27 aprel 2014 21:49
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurlerr

^^Nazlı Şeytan^^

  • 27 aprel 2014 21:41
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

^^FiDaNKa^^

  • 27 aprel 2014 21:28
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkurler meqaleye gore

ヅ s a y k a. ヅ

  • 27 aprel 2014 21:11
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Təşəkkürlər. .......

--------------------
♥Sayka♥


✰Razinka✰

  • 27 aprel 2014 21:02
  • Məqalə: 19
  • Şərh: 1202
  • Bal:
{awards}
Ilk serh menden teskkurler........:-):-)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 56
Cəmi: 73

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}