Hikmət sahiblərinin, zahidlərin dediklərindən

 
Hikmət sahiblərinin, zahidlərin dediklərindən


Üç şey həqiqi imandan irəli gəlir (imanın həqiqətlərindəndir): Yoxsul olan zaman bəxşiş vermək, camaatla insafla davranmaq, elm tələbində olanlara elm öyrətmək.Həzrəti Məhəmməd s.a.s peyğəmbər.

Heç bir iman sahibi olan gözə icazə verilmir ki, insanların günahlarını müşahidə etdiyi halda belə bir vəziyyəti dəyişdirməmiş göz qapaqlarını bir-birinin üzərinə qoysun.
Qəlbi, dili və əli insanları günahlardan çəkindirməyən kəs dirilər arasında hərəkət edən ölü kimidir.
Həzrət Əli (ə)

Hər kəsin Allaha və qiyamət gününə imanı var xeyir söz danışsın ya da sakit otursun. Hər kəs bir kafiri müsəlman etsə behişt ona vacib olar. Hər kəs bir müsəlmana gizlincə kömək etsə Allah dünya və axirətdə ona kömək edər. Hər kəs mömin qardaşının qəlbindən bir dünya qüssəsini aparsa, Allah onun qəlbindən bir axirət qüssəsini aparar. Hər kəs mömin qardaşının ehtiyacını aradan aparsa, Allah da onun ehtiyacını aradan aparar. Həzrəti Məhəmməd s.a.s peyğəmbər.


Təəccüblüdür o kəs ki, dünyaya bel bağlayır, halbuki, ölüm arxasıncadır. Təəccüb edirəm o kəsə ki, ağzı gülməkdən cırılır, lakin bilmir Allah ondan razıdır ya yox. Təəccüb! Çox təəccüb o kəsə ki, əbədi yaşayacağını zənn edir və başdan ayağa hiylə olan bu dünya üçün çalışır. Möminin işi qəribədir, and olsun Allaha! Allah onun üçün xeyirdən başqa bir şey müqəddər etmir. Qiyamət yaxınlaşır lakin insanlar dünyaya hərislikdən başqa bir şey əldə etməyiblər, saleh kişilər bir-birinin ardınca aradan gedir, Allahın etina etmədiyi pis və alçaq adamlardan başqa bir kəs qalmır. Həzrəti Məhəmməd s.a.s peyğəmbər.

Məlaikələr mənə dedilər ki, sənin ümmətinin ən üstün kəsləri onlardır ki, Allahın rəhmətinin intizarından xoşhal olsunlar və xəlvətdə isə onun dərdli əzabının qorxusundan ağlasınlar. Müsəlmanların ən yaxşısı odur ki, qənaəti çox, ibadəti gözəl olsun və bütün səy və himmətini axirət yolunda sərf etsin. Mənim ümmətimin ən yaxşısı odur ki, cavanlığını Allaha itaətdə keçirsin, dünya ləzzətlərindən əl götürsün və qəlbini axirətə bağlasın. Belə bir kəsə Allah behiştin yüksək dərəcələrini əta edər.Həzrəti Məhəmməd s.a.s peyğəmbər.

Hər bir oruc tutanın qəbul olunacaq duası var. Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur. Hər şeyin mədəni var, təqvanın mədəni ariflərin qəlbidir. Hər şeyin qəlbi var, Qur`anın qəlbi də “Ya`sin” surəsidir. Hər peyğəmbərin duası var, mən isə öz duamı qiyamət günü öz ümmətimə şəfaət etməkdən ötrü ehtiyat saxlamışam.Həzrəti Məhəmməd s.a.s peyğəmbər.



Hikmət sahiblərinin, zahidlərin dediklərindən


Ən şərəfli ölüm şəhidlikdir. Ən gözəl ətir müşkdür. Çörəklə birlikdə yeməkdən ötrü ən yaxşı şey duzdur. Məhəmməd s.a.s peyğəmbər.

Ömrün bərəkəti yaxşı işdədir. İnsanın bəlası dilinin altındadır. Ömrün qalan hissəsinin qiyməti yoxdur. Yaxşı işi minnət qoymaqla aradan aparma. Bəxşiş zamanı xoşüzlü olmaq ikinci bəxşişdir.Əmirəl-möminin Əli ibn Əbutalib (ə)

Bozorcmehrdən soruşdular: “Elə bir nemət bilirsənmi ki, onun üçün paxıllıq etməsinlər və elə bir bəla bilirsənmi ki, öz sahibinə rəhm etməsin?” Dedi: “Bəli, həmin nemət təvazökarlıq, bəla isə təkəbbürdür.”
Ölüm zamanı Bozorcmehrə dedilər: “Vəsiyyət et.” Dedi: “ Nə vəsiyyət edim? Dünyaya cahil gəldim, ikrahla da gedirəm. Yaxşı olar ki, bəndənin cahil daxil olub, ikrahla çıxdığı evə ürək bağlanılmasın.”

Aristotel deyib: “Kərim insanları şirin dillə aldatmaq olar. Hər kəs qorxduğu şeydən qaçar, lakin Allahdan qorxanlar isə ona pənah aparar. Axmaq adamı öyrətmək ömrü hədər yerə sərf etməkdir.”

Sokrat deyib: “Yaxşıya-pisə fərq qoymayan şəxs dördayaqlıdan fərqlənmir.” Başqa bir yerdə deyib: “Hikmətin əvvəli xoş xasiyyətdir.”

Hippokrat deyib: “Təəccüb edirəm özünü böyük tutan şəxslərə ki, iki dəfə sidik yolundan keçiblər. (Bir dəfə atasının belindən, ikinci dəfə isə anadan olanda.)”

Behiştin xoş ətri beş yüz illik məsafədən hiss olunur. Lakin bu iy bir valideynlərinə əziyyət verib onları incidənlərə, bir də dəyyuslara qismət olmaz.
Soruşdular: “Dəyyus kimlərdir?”
Buyurdu: “Dəyyus, qadınlarının başqa kişilərlə əlaqə saxladığını bilib, buna qarşı heç bir çarə fikirləşməyən biqeyrət kişilərdir.”Həzrəti Məhəmməd s.a.s peyğəmbər.

Həzrət Fatimeyi-Zəhra (ə) öz atasına ərz etdi: “Həsən (ə) və Hüseyn (ə) sənin övladlarındır. Onlara bir şey əta et.” Peyğəmbər (s) buyurdu: “Həsənə (ə) öz heybət, zəhm və alicənblığımı, Hüseynə (ə) isə kərəm və şücaətimi əta etdim. (Yəni, Allahdan istədim ki, onları bu xüsusiyyətlərlə zinətləndirsin.”

Rəvayət olunur ki, Peyğəmbərin (s) süfrəsində çörəklə yeməkdən ötrü iki növ xörək olardısa, Peyğəmbər (s) onların birindən qənaətlə istifadə edər, digərini isə ehtiyacı olana verərdi.


Hikmət sahiblərinin, zahidlərin dediklərindən


Peyğəmbər (s) öz səhabələrinə buyurub: “İstəyirsinizmi ki, sizə ən böyük günahın nə olduğunu deyim?” Dedilər: “Bəli, ey, Rəsuləllah!” Buyurdu: “Allaha şərik qoşmaq, valideynlərə zülm və əziyyət vermək.”
Sonra oturub dedi: “Diqqət edin! Bir də ki, yalan danışmaq və yalandan şahidlik etmək.” Peyğəmbər (s) bu sözləri o qədər təkrar etdi ki, dedilər: “Kaş bu qədəri kifayət edəydi.”


Hər kəs elm öyrənməkdən ötrü iki addım atsa, iki saat alimin hüzurunda otursa və ondan iki kəlmə eşitsə Allah ona hər biri dünyanın iki bərabərində olan iki behişt əta edər.Həzrəti Məhəmməd s.a.s peyğəmbər.


Cəbrail Allah tərəfindən Peyğəmbərə (s) vəhy gətirib dedi: “Allah sənə salam göndərib buyurdu: “Qardaşın Əliyə müjdə ver ki, Mən onu sevənə əzab vermərəm. (Bu şərtlə ki, dünyadan səhih imanla gedib özü üçün bağışlanmağa bir yol qoysun.) Düşmənlərinə isə rəhm etmərəm.”

Allah oxuyub ən gözəlinə əməl edənlərdən və əziyyət çəkib fikir bildirənlərdən razı olsun İnşAllah.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:33
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Yusif

  • 7 fevral 2011 21:47
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Allah Razi olsun Tesekkurler

фея

  • 7 fevral 2011 21:40
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Aristotel deyib: “Kərim insanları şirin dillə aldatmaq olar. Hər kəs qorxduğu şeydən qaçar, lakin Allahdan qorxanlar isə ona pənah aparar. Axmaq adamı öyrətmək ömrü hədər yerə sərf etməkdir.”
cox saqol eladi

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

CandyGirl

  • 7 fevral 2011 20:02
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------

nilayka

  • 7 fevral 2011 16:53
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
cox gozel movzu ve xeberdir tewekkur edirem

--------------------

gul_93

  • 7 fevral 2011 15:53
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
tewekurler love

,,kepenek,,

  • 7 fevral 2011 15:13
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
cox beyendim. ALLAH RAZI OLSUN

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Grace_Angel

  • 7 fevral 2011 14:43
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler bele gozel,ibretamiz ve deyerli xeber ucun...Cox beyendim bu xeberi...ALLAH RAZI OLSUN...!!!

--------------------

Ulya

  • 7 fevral 2011 14:14
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
super cox beyendim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 83
Cəmi: 113

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 17
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 13
Cəmi: 424
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
ஐ Payiz ஐ
Xəbərləri: 9
Cəmi: 12
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 4
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}