Gənc müsəlman oğlanın Romalı ilə Allah barəsində söhbəti

 
Gənc müsəlman oğlanın Romalı ilə Allah barəsində söhbəti

Mərhəmətli və Rəhmli Allahın adı ilə

Bundan çox illər əvvəl, tabiinlərin (səhabələrdən sonra yaşamış müsəlmanlar) vaxtında Bağdad böyük islam şəhəri idi.
Faktiki olaraq, bu şəhər İslam Xilafətinin paytaxtı idi və orada yaşayan alimlərin sayının çoxluğuna görə bura İslam elminin mərkəzi sayılırdı.

Bir gün Romanın o vaxtkı başçısı müsəlmanlar üçün üç çətin sualla Bağdada elçi göndərir.
Elçi şəhərə çatdıqda, xəlifəyə xəbər göndərir ki, onun müsəlmanlara ünvanlanacaq və onların cavab verməsini istədiyi üç sualı var.

Xəlifə şəhərin bütün alimlərini bir yerə toplayır, romalı elçi hündür platformaya çıxır və deyir:
“Mən üç sualla gəlmişəm. Əgər siz onlara cavab versəniz, mən Roma kralından gətirdiyim böyük sərvəti sizə verəcəm”. Suallara gəlincə, onlar belədir:

Allahdan əvvəl nə var idi?
Allahın üzü hansı istiqamətədir
Hal-hazırda Allah nə ilə məşğuldur?


Böyük insan kütləsi sükut içində idi. (Siz bu suallara cavab haqqında düşünə bilərsiniz?)
Bu parlaq İslam alimləri və tələbələr arasında öz gənc oğlu ilə prosesi izləyən bir kişi vardı.
Gənc oğlan dedi: “Ey mənim əziz atam! Mən ona cavab verəcəm və onu susduracam”.
Beləliklə, oğlan cavab vermək üçün xəlifədən icazə istəyir və ona cavab vermək üçün icazə verilir.

Romalı, gənc müsəlmana tərəf dönür və özünün birinci sualını təkrar edir, “Allahdan əvvəl nə var idi?”

Oğlan soruşur, Siz saymağı bacarırsınız?

“Bəli” - romalı cavab verir.

“O zaman on rəqəmindən başlayaraq geriyə doğru sayın!”
Beləliklə, romalı geriyə doğru saymağa başlayır “on, doqquz, səkkiz, ...” o “bir”ə çatanda dayanır.

Gənc soruşur: “Bir”dən əvvəl nə gəlir?”

“Birdən əvvəl heç nə yoxdur – bu qədərdir” romalı cavab verir.

Yaxşı, əgər riyaziyyatda “bir”dən əvvəl heç nə yoxdursa, siz Mütləq Haqq olan, Əbədi, Əvvəl,
Axir, Zahir və Batin olan “Tək”dən əvvəl nə isə olmasını necə gözləyə bilərsiniz?

Bunu eşitdikdə romalı müzakirə edə bilməyəcəyi bu birbaşa cavabdan təəccübləndi.
Beləliklə, o soruşdu “O zaman mənə de görüm, Allahın Üzü hansı istiqamətədir?”

Gənc dedi, “Şam gətirin və onu yandırın”, “və mənə alovun hansı istiqamətə doğru olduğunu deyin”.

“Alov sadəcə işıqdır” – bu, dörd cəhətin hər birinə - şimal, cənub, şərq və qərbə yayılır.
Bu təkcə bir istiqamətə doğru yönəlməyib, adam təəccüblə dedi.

Oğlan qışqırdı, “O zaman, əgər bu fiziki işıq dörd cəhətin hamısına yayılırsa və siz mənə bunun hansı
istiqamətə yönəldiyini deyə bilmirsinizsə, onda siz Göylərin və Yerin Nurundan nə gözləyirsiniz:
Allah – Göylərin və Yerin Nurudur! Nurların Nuru, Allah hər zaman bütün istiqamətlərə doğru yönəlir.”

Romalı sərsəmləyərək məəttəl qalmışdı ki, onun çətin suallarına qarşı etiraz edə bilməyəcəyi tərzdə
cavablandıran sadəcə gənc uşaq idi. Beləliklə, o, ümidsizliklə sonuncu sualını sınamaq istədi. Lakin sualını verməzdən öncə gənc dedi,

“Dayanın! Siz – sual verən tərəfsiniz, mən isə sizin bu çətin suallarınızı cavablandıran biriyəm.
Suallarda olduğu kimi cavabların da daha aydın eşidilməsi üçün sizin indi mənim dayandığım yerə
enməyiniz və mənim sizin dayandığınız yerə qalxmağım daha ədalətli olardı”.

Bu, romalıya məntiqli göründü, beləliklə o, dayandığı yerdən aşağıya endi və oğlan platformaya qalxdı.
Onda həmin adam özünün sonuncu sualını təkrar etdi, “Mənə deyin, hal-hazırda Allah nə edir?”

Oğlan fəxrlə dedi, “Bu dəqiqə Allah bu hündür platformada yalançını və İslama istehza edəni aşağı
enməyə məcbur etdi və onu alçaltdı. Allahın Təkliyinə inanana gəlincə,
Allah onu ucaltdı və ədaləti bərpa etdi. O hər gün bir işdədir ”. [Ər-Rahmən, 29]

Romalının məğlub şəkildə öz ölkəsinə geri dönməkdən başqa çarəsi qalmadı.
O zamandan, bu uşaq İslamın məşhur alimlərindən biri olaraq böyüyüb başa çatdı.
Uca Allah onu xüsusi hikmətlə və dini elmlə mükafatlandırdı. Onun adı Əbu Hənifə idi
(rahimullahi aleyhi – Allahın ona rəhməti olsun) və o, günümüzdə Böyük imam və İslam alimi İmam Əzəm kimi tanınır.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

tunar_mamedov

  • 12 may 2011 15:13
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

romantik_awk

  • 18 aprel 2011 20:00
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}



*........*.....*........*
*..............*.............*
*...........romantik_awk ...........*
*...........................*
*.......................*
*...................*
*...............*
*...........*
*.......*
*...*
*

--------------------

Жасмин

  • 18 fevral 2011 21:04
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Cok Tesekkurler!

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 18:29
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TWK,.,.,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 18:19
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 15 fevral 2011 17:11
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkurler

--------------------

only-girl

  • 15 fevral 2011 16:31
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
.tesekkurler

--------------------

Ulya

  • 15 fevral 2011 12:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}