Avtoxuliqanlar üçün xüsusi meydança

 
Avtoxuliqanlar üçün xüsusi meydança

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən (KHVTİC) Trend-ə verilən məlumata görə, bu məsələ ilə bağlı layihə hazırlanıb və təsdiq olunub. KHVTİC-nin mətbuat xidmətinin rəhbəri Valid Qardaşlı bildirib ki, Bakının Güzdək qəsəbəsində yerləşən və sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzində belə bir meydançanın tikilməsi üçün müvafiq iş aparılır. Onun sözlərinə görə, həmin mərkəzin təmiri üçün layihə təsdiq olunsa da, maliyyə böhranı ilə əlaqədar olaraq təmir işləri gecikdirilib: “Həmin mərkəzin ərazisində çoxlu miqdarda partlamamış minalar var. Ərazinin minalardan təmizlənməsi üçün cəmiyyət ANAMA-ya müraciət edib. Mərkəzin yerləşdiyi ərazi minalardan təmizlənəndən sonra təmir işlərinə başlanılacaq”.

Mətbuat xidmətinin rəhbəri hesab edir ki, avtoxuliqanlar öz imkanlarını nümayiş etdirməkdə maraqlıdırlar. Şəhər küçələrində əhali üçün təhlükə yaranmasın deyə, belə şəxslər üçün xüsusi yerlərin ayrılması məsləhətlidir. O, gələcəkdə avtomobil yarışlarının da keçirilməsini mümkün sayır. Onun fikrincə, belə bir meydançanın istifadəyə verilməsi, avtomobil yarışlarının keçirilməsi avtomobil həvəskarları üçün geniş perspektivlər açacaq.

Ekspertlər hesab edir ki, avtoxuliqanlar üçün belə bir yerlərin ayrılması paytaxtda onların sayının və avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verən qəzaların sayının azalması ilə nəticələnəcək. Məlumat üçün qeyd edək ki, ötən ay paytaxtda yol polisi əməkdaşları tərəfindən 42 avtoxuliqan müəyyən edilərək cəzalandırılıb.

Ekspert Mahmud Hacıyev Trend-ə açıqlamasında bildirib ki, avtoxuliqanlar üçün xüsusi yerlərin ayrılması təklifi ilə razılaşır. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə cəzaların sərtləşdirilməsi ilə bağlı edilən dəyişikliklər hərəkət-qayda pozuntuları ilə mübarizədə effektli nəticə vermir. Cəzaları sərtləşdirməklə hüquqpozmalarla mübarizəni səmərəli hesab etməyən ekspert əlaqədar qurumların iştirakı ilə kompleks tədbirlərin həyata keçirilməsini vacib sayır. O, belə tədbirlərdən biri kimi avtoxuliqanlar üçün meydançaların inşasını əhəmiyyətli hesab edir: “Sovet dövründə avtomobil klubları fəaliyyət göstərib, həvəskarlar üçün meydançalar olub. Belə klublar, meydançalar yaratmaqla avtoxuliqanları ora cəlb etmək olar. Xaricdə, hətta bu məqsədlə xüsusi yollar da ayrılıb”.

Ekspert qeyd edib ki, meydançalar əhalinin istirahətinə mane olmamaq, ictimai asayişi pozmamaq şərti ilə paytaxtdan kənarda təşkil olunmalıdır: “Qabaqlar motodrom vardı və orada motosiklet yarışları keçirilirdi. Niyə avtomobil yarışları keçirilməsin?”. Mahmud Hacıyev bu qənaətdədir ki, meydançaların təşkili avtoxuliqanların sayının azalması ilə nəticələnə bilər.

Avtoidman Federasiyasının prezidenti Elxan Məmmədov isə avtomobili yüksək sürət və məharətlə idarə edən gənclərə öz bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasını labüd sayır. Bununla bağlı bir sıra qurumlara müraciət etdiyini deyən Elxan Məmmədov, rəhbəri olduğu federasiyaya yaxın gələcəkdə bu məqsədlə xüsusi yer ayrılacağını da deyib. O, gələcəkdə Azərbaycanda da beynəlxalq avtomobil yarışlarının keçirilməsini mümkün sayır.

Federasiya prezidenti gələcəkdə beynəlxalq avtoralli yarışlarında iştirak etmək üçün xüsusi məharəti olan gənclərin olduğunu bildirib və qeyd edib ki, belə gəncləri beynəlxalq yarışlara hazırlamaq mümkündür. Elxan Məmmədov avtomobili yüksək sürətlə idarə edən gənclər arasında qadınların da olduğunu deyib.

Xətai Rayon Yol Polisi şöbəsinin inspektoru, polis polkovnik-leytenantı Vaqif Əsədov da bu fikirdədir ki, belə gənclər üçün əlverişli şəraiti olan stadionun ayrılmasına ehtiyac var: “Avtoxuliqanlıq İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsi ilə inzibati qayda pozuntusu hesab olunur. Avtomobili yüksək sürətlə və məharətlə idarə edən gənclər üçün xüsusi yer ayrılması paytaxt küçələrində avtoxuliqanların da sayının azalması ilə nəticələnə bilər. Belə gənclərin gücündən istifadə edib avtomobil idman oyunu yaratmaq mümkündür. Xüsusi nəzarət altında belə yarışlar keçirilə bilər”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, avtoxuliqanlara qarşı inzibati qaydada mübarizə aparılır və bu inzibati pozuntuya görə, cəzalar da kifayət qədər sərtdir: “Birinci dəfə avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə, 400 manatdan 600 manatadək cərimə və ya 10 gün müddətədək inzibati həbs, il ərzində təkrar eyni əməli törədərsə, 1 ildən 2 ilədək müddətə sürücülük hüququndan məhrum edilməklə 600 manatdan 800 manatadək cərimə və ya 15 gün inzibati həbslə cəzalandırılır”. Onun sözlərinə görə, il ərzində avtoxuliqanlığa görə 600 sürücü inzibati məsuliyyətə cəlb olunur.

Avtoxuliqanların, əsasən, 18-22 yaşlı gənclər olduğunu deyən Kamran Əliyev bildirib ki, onlar sırasında avtomobili yüksək sürətlə idarə etməyə əyləncə, xuliqanlıq məqsədilə və idman növü kimi yanaşanlar da var. Onun sözlərinə görə, avtomobil yarışları üçün xüsusi meydançalar, avtomobillər olmalıdır. Kamran Əliyevin fikrincə, hansısa təşkilat təhlükəsizlik məsələlərini həll edib, məsuliyyəti üzərinə götürərsə, yarış növü kimi müsbət rəy verilə bilər. BDYPİ rəsmisi avtomobili yüksək sürətlə idarə edənlər üçün xüsusi yerlərin ayrılması ilə avtoxuliqanların kökünün kəsiləcəyinə əmin olmasa da, onların sayının azalacağına təsir edəcəyini istisna etmir.

Avtoxuliqanlıq - nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir.


Geri dön

only-girl

  • 2 aprel 2011 19:32
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
tewekkur edirem cox sagol

--------------------

Ulya

  • 8 fevral 2011 11:34
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkur edirem

Yusif

  • 7 fevral 2011 21:36
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Gedecem Ora

LOVE IS DEAD

  • 7 fevral 2011 20:45
  • Məqalə: 0
  • Şərh: 1372
  • Bal:
{awards}
TESHEKKURLER

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

CandyGirl

  • 7 fevral 2011 19:45
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
ela xeberdi eziyyete qore tewekkur

--------------------

Grace_Angel

  • 7 fevral 2011 19:18
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler melumat ucun...

--------------------

nilayka

  • 7 fevral 2011 19:06
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkur xebere gore

tewekkur xebere gore

tewekkur xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 59
Cəmi: 98

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}