Böyük uşaqlar

 
Böyük uşaqlar

Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi.
Niyə?- deyə yaxınlıqdakı anası soruşdu.
Mənim bu həyatla mübarizə aparmağa gücüm
yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi.
Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır.
Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm.
Görəsən onun valideynləri nə fikirləşir.
Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır.
Bəs sənin əhvalını pozan nədir?
Nə üçün bu həyatda mənim fantaziyalarıma, arzularıma yer yoxdu?
Başa düşmədim, sən nə haqda danışırsan, oğlum?
Sinifdə yalnız mən təyyarəçi olub buludlar üzərində uçmaq istəyirəm.
Digər yoldaşlarım isə biznesmen, direktor olub çoxlu pul qazanmaq istəyirlər.
Dostum Vanyanın atası deyir ki, təyyarəçi olmaq həm axmaqlıq, həm də qorxuludur.
Çünki təyyarə xarab ola bilər, sən qəzaya uğraya bilərsən, həm də ki, onlar çox az maaş alırlar. Ən yaxşısı bir dükan açmaqdır.
Dostlarım arasında yeganə mən bədii ədəbiyyat oxumağı xoşlayıram.
Ona görə yox ki, bunu bizə tapşırıq kimi verirlər, sadəcə mənə bu doğrudan da maraqlıdır.
Təkcə mən kitabxanaya gedir, o toz basmış kitabları oxuyuram.
Digərləri isə mənə gülür, məni botanik adlandırırlar. Özləri isə kompüter oyunlarını,
internetdəki hazır hekayələri xoşlayırlar. Mən çalışıram və bəzən də ev tapşırıqlarında səhvlər edirəm,
yoldaşlarım isə valideynlərinin uşaqlarının yaxşı oxuması üçün onlara aldıqları vəsaitlərdən
hazır həlləri köçürürlər. Vladik mənə deyir ki, onun atası 7-ci sinifə qədər oxuyub,
buna baxmayaraq tikinti firmasında müdirdir, lakin onun qarovulu institut bitirib.
Ana, insanlar nə üçün bu qədər ünsiyyət vasitələri fikirləşirlər,
lakin öz yaxınları və sevdikləri ilə çox az ünsiyyətdə olurlar.
Bilərək ki, istənilən an zəng edə bilərlər, çox zaman bu zəngi də unudurlar...
Oğlum! -kövrəlmiş ana oğlunu qucaqladı.
Yəqin mən bu dünyanı başa düşmək üçün çox balacayam.
deyə uşaq qəmgin halda sözünə davam etdi — o həyatı ki,
mənim yaşıdlarımın uşaqlıq arzularını, ümidlərini, sadəlövhlüyünü alır,
indi heç kim düzgünlüyə, xeyirxahlığa, sədaqətə, səmimiliyə inanmır...
Mən hələ balacayam — deyə uşaq anasının qucağında mürgüləyərək sözünə
davam edirdi — Mən hələ mübarizə aparmaq üçün balaca və gücsüzəm, lakin böyüyəndə mütləq,
amma...amma mənə maraqlıdır ki, bəs böyüklər niyə heç bir şey etmirlər, sadəcə olaraq vaxtın,
pulun, gücün, sağlamlığın azlığından şikayət edirlər. Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimlə daha çox vaxt keçirəcək,
amma o indi heç evə də normal gəlmir, gah məzuniyətlər, gah iclaslar.
O hətta dünən mənim oynadığım tamaşaya da gəlmədi.
Ana, sən isə baş mühasib olandan sonra artıq mənim sevdiyim blinçiklərdən də hazırlamırsan.,
hansı ki, qəzetə büküb mənim çantama qoyurdun ki, mən məktəbdə ac qalmayım.
Onların əvəzinə indi çantamda kağız parçaları var, o kağız parçaları ki, onlarla mən məktəbin bufetindən
özümə yeməyə nəsə almalıyam. Axı orada sənin blinçiklərindən satmırlar,
mən onların qoxusu üçün darıxmışam. Mən heç vaxt, amma heç vaxt sənin blinçiklərini o çantamda
olan kağız parçalarının milyonuna da dəyişmərəm. Mən hələ balacayam, balacayam, balac...
O yuxuya daldı, harda ki, o həqiqətən də xoşbəxt idi.


Geri dön

::..ONSLAUGHT::..

  • 16 mart 2011 00:13
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
Teshekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

GlamouR_

  • 20 fevral 2011 01:20
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Seni min parçaya bolsem hirsimi yene alamam, o min parçandan bir parçani itirsem bax, o zaman yaşayamam...

--------------------

Ulya

  • 8 fevral 2011 11:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox beyendim twk

Made_In_Bakinka

  • 8 fevral 2011 02:24
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler maraqli hekayedir

Yusif

  • 7 fevral 2011 21:36
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkurler az OXudum Movzunu Basa Dusmedim

LOVE IS DEAD

  • 7 fevral 2011 20:45
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
OXUMADIM EMEYE HORMET

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

CandyGirl

  • 7 fevral 2011 19:44
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkrler ama oxumadim

--------------------

sevgi_meleyim.

  • 7 fevral 2011 19:43
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Allah razi olsun gozel ve maraqi xebere gore. Son cumleleri meni kovreltdi. recourse TSK

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Grace_Angel

  • 7 fevral 2011 19:17
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler yaziya gore...cox maraqli ve heqiqetlerle dolu bir yazi idi...

--------------------

nilayka

  • 7 fevral 2011 19:14
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox maraqli xeberdi tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}