Üç maraqlı Dini hekayə

 
Üç maraqlı Dini hekayə


Həccdən gətirilən üzük

Bir tanışıma həcc ziyarətindən gətirilən bir üzük hədiyyə etmişdilər. Bir gün o mənə yaxınlaşıb barmağındakı üzüyü göstərdi və soruşdu:-

Ay hacı, sən bilirsən ki, mən yeyib-içən adamam. Mənə de görüm bu zaman mən bu üzüyü cibimə qoyum ya evdə saxlasam yaxşıdır?

Mən soruşdum ki, bəs üzüyün yeyib-içməyə nə maneçiliyi var?

O çox ciddi bir ifadə ilə cavab verdi ki, axı həccdən gətirilən üzükdən utanır.

Bu dəfə mən lap əsəbiləşdim və dedim kı, rəhmətliyin oğlu, bu boyda Allahdan utanmırsan araq içirsən, indi bu kiçik üzükdənmi utanırsan.


İmanını Dünya Malına Satan "SƏHABƏ"


O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu beyətə dəvət etdi. Müaviyə Əli (əleyhissalam)-ın bu dəvətindən çox sarsılmışdı ona görə ki, Əli (əleyhissalam)-ın bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; “Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək olaraq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.”
Müaviyə Əmr Asa məktub yazaraq onu Şama dəvət etdi. Nəticədə Əmr As onun dəvətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu:
Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb.
Əmr As: O kimdir?
Müaviyə: Əli!
Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət cihad Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın nemətlərindən üz döndərib Əli kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən?
Müaviyə: Hər nə istəsən verərəm.
Əmr As: Mən Misrin hökumətini istəyirəm.
Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm.
Əmr As- “Bu sözləri kənara qoy” dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda xalqı bu ikiüzlü və dinlərini danan xainlərə qarşı cihada dəvət edərək buyrudu:
“Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra beyət etdi. Bu sövdələşmədə “satıcının” əli heç nə udmadı və alıcının arzusu rüsvayçılığa çəkdi. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.”

"Utanmaqdan utanan” bir nəsil...


Həya insan dəyərini göstərən bir gözəllikdir. Həyasından ötəri yanaqları qızaran bir kəs həqiqətən bu inci dəyərləri hələ də üzərində yaşatdığını göstərir. Çünki həya gözəl əxlaqın bir təcəsümüdür. Bu gözəllik hər bir kəsə yaraşar. Bu gerçəyi isə ilk dəfə Allah Rəsulu Muhəmməd (sallAllahu aleyhi və səlləm) açıq şəkildə ifadə etmişdir.
Bizlərdə iffətli, utancaq, ədəbli və həyalılara "qız uşağı kimi” xitab edirlər. Lakin Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) qız uşağından belə həyalı idi.
Amma çox təəssüflər olsun ki, indi utanmaqdan utanan bir nəsil yetişir. Utanması lazım olandan utanmayan, amma utanmaması lazım olandan utanan bir nəsil…
Halbuki onları əxlaqsızlıq, haqsızlıq, mərhəmətsizlik, insanı keyfiyyətlərin günü-gündən yox olması utandırmalı idi? Lakin yaşadığımız dövrdə bu sadaladıqlarımdan utananlar özləri utanc mənbəyi ediliblər.Halbuki RasulUllah (SallAllahu aleyhi və səlləm) buyurur: "Həya imandandır". Amma yenə təəssüf edirəm ki, hal-hazırda həyanın bir insanı gözəllik olaraq yaşamaq bir yana qalsın, artıq sözün özü də dilimizdən və lüğətimizdən düşməkdədir. Dilimizdə qaldımı "həya”? Ya həyatımızda...?
Dilimizdə işlənməyən bir söz həyatımızda qalarmı? Və bunun bariz nümunəsidir ki, hər gün həyasızlıqlar, əxlaqsızlıqlar ilə qarşılaşırıq. Bəşəriyyət əvvəlcə "həya” anlayışını, sonra isə bütünlüklə onun ifadə etdiyi mənalarını itirməkdədir. Təbii ki, RasulUllah (SallAllahu aleyhi və səlləm) söylədiyi kimi həyanın təməlində iman dayanmışdır. İnsanda Allaha və Axirətə iman yoxdursa demək ki, o kəsdə nə əxlaq, nə də həya vardır. Çünki insanın etdiklərini məhdudlaşdıran və özünə nəzarət etməyi tələb edən-imandır. Əgər qəlbdə iman olmazsa o qəlbə Şeytan hakim olar. Və nəfs ilə Şeytanın ən güclü silahı isə əxlaqsızlıqdır. İndi sizdən soruşuram:
-Allahdan həya etməyən, utanmayan bir kəs, kimdən utanacaq ki? O insan necə həyasızlıqdan və əxlaqsızlıqdan imtina edə bilər ki?O insan ki, Allahdan uzaqlaşır, Rəbbini tərk edir, demək ki, o kəsdə olan bir çox insanı keyfiyyətlər də onu tərk edəcəkdir. Tərk edilənlərin önündə isə həya olacaqdır. Həyası olmayan kəs nə istəsə edəcəkdir. Beləcə insan "Allahın qulu olmaqdan xilas olub azadlığımı qazanım” deyərkən, nəfsinin köləsi olub, bütün varlığın əsiri olacağını heç düşünmədimi? O Allahdan uzaqlaşınca insanlıq və insani keyfiyyətlər də ondan uzaqlaşacaqdır, deyə fikirləşmədimi? O uzaqlaşarkən hara yaxınlaşacağının fərqinə varmadımı? Təbii ki, bu yer həya qəbiristanlığı, iffətin, abırın dəfn edildiyi məkan olacaqdır. Və bilin ki, qəlbinizdəki iman gedərsə özünə bir yol yoldaşı da seçər, onu da özü ilə aparar. Bu yol yoldaşı isə həyadır. RasulUllah (SallAllahu aleyhi və səlləm) buyurur:
-"Utanmırsınızsa istədiyinizi edin!” İnsanlar bu cümlənin gerçək mənasını dərk etsəydilər bu gün yer üzündə nə bir zülm qalardı, nə də bir damla neft üçün axıdılan min damla qan... Yaşadığımız dövrdə nə əxlaqsız öz geyimindən, əslində isə əynində geyim olmadığından utanmır, nə yalançı yalanından, nə də oğru oğurluğundan utanmır.
İnsanlara əxlaqın yaşatdığı gözəlliklərdən bəhs etmək əvəzinə elm xadimimizdən biri çıxıb: "Biz heyvanlar qədər dəmi, sərbəst yaşa bilməyəcəyik?-söyləyir.
Halbuki heyvanlar qədər azad yaşamaq üçün lazım olan əxlaqsızlıq, ancaq Şeytanı sevindirər. Hətta qarşılaşdığımız, acınacaqlı hallardan biri də valideynlərin övladlarından şikayət etmələridir:
-Övladım çox utancaqdır, heç bilmirəm necə edim?!”
Ey həyalı övladından şikayətçi olan valideyn! Bilsəydin ki, necə xoşbəxtsən... Ona görə xoşbəxtsən ki, həyasını itirmiş cəmiyyətdə yaşayan həyalı bir övladın var. Siz indi onda olan utancaqlığa təhlükəli bir xəstəlik kimi baxırsınızsa ola bilər onu bu xəstəlikdən müalicə edəsiniz. Amma bu zaman övladınızı daha qorxunc bir xəstəliyə-həyasızlıq xəstəliyinə düçar etmiş olarsınız. Bax əsl təhlükə budur. Çünki həyalı olmaq, həyasızlıqdan daha yaxşıdır. Unutmayın ki, həya duyğusunu məhv etmək çox asandır, lakin yenidən diriltmək isə bəlkə də mümkün olmayacaq qədər çətindir. Onun üçün də əgər Uca Yaradanın qarşısında, o böyük məhkəmədə utanmaq istəmirsinizsə bu fani dünyada çox utanmalı, həyalı olmalısınız.
Bir halda ki, fitnənin hər tərəfə yayıldığı yay mövsümüdür. Yarımçılpaq qadınlar və onlardan nəzərlərini çevirə bilməyən, öz nəfsinə qul olanlar...
Siz heç RasulUllahın (SallAllahu aleyhi və alihi səlləm) "Hər gələn gün keçən gündən daha fitnəli olacaqdır” və ya "Məndən sonra kişilərə ən çox zərər verən qadınların fitnəsi olacaqdır”-dediyini eşitmədinizmi? Eşitməmişdinizsə də indi eşitdiniz. Onun üçün də özünüzü yanacağı insanlar olan Cəhənnəm odundan qoruyun. Və bu yarımçılpaqları seyr edənlər, unutmayın ki, gözləriniz sizin əleyhinizə şahidlik edəcəkdir. Bəs bir zaman sizdən yarımçılpaq qadınlar haqqında "Onlar hədlərini aşıb, özlərini sərgiləyərkən bəs siz niyə öz baxışlarınızla onları örtmədiniz?” deyə soruşulduqda nə cavab verəcəksiniz???


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:34
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 16 mart 2011 00:12
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Teshekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sara xanım

  • 8 fevral 2011 21:52
  • Məqalə: 0
  • Şərh: 166
  • Bal:
{awards}
Cox sagolun

Yusif

  • 8 fevral 2011 18:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Əmr As: O kimdir?
Müaviyə: Əli!
Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət cihad Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And

nilayka

  • 8 fevral 2011 13:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli hekayeler ucun tewekkur edirem

--------------------

Ulya

  • 8 fevral 2011 13:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 65
Cəmi: 94

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}