Pizza

 
Pizza

PIZZA

Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz.
Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:

4 1/2 stəkan (607.5 q) ağ un
1 3/4 çay qaşığı duz
1 çay qaşığı toz maya
1/4 stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
1 3/4 stəkan (420q və ya 420ml) soyuq su (4.5° C - buz kimi soyuq olmalıdır)
1 xörək qaşığı şəkər tozu

BİRİNCİ GÜN

1. Bir qabda unu¸duzu və toz mayanı qarışdırın.

2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ya iri taxta qaşıqla, ya da ki, mikserlə bir qədər yapışqan xəmir əldə edənə kimi qarışdırın. Sonra xəmiri təmiz taxta və ya masanın üzərinə qoyub 5-7 dəqiqə əlinizlə yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ xoş gəlməlidir. Əgər xəmir çox suludursa, onda ona azacıq un əlavə edin və yenə yoğurun. Yox əgər xəmir çox bərkdirsə, onda ona 1-2 çay qaşığı soyuq su əlavə edin və bir az da yoğurun. Hazır xəmir elastik olmalı və bir qədər ələ yapışmalıdır.

3. Xəmiri 6 eyni kündəyə ayırın. Hər kündəni bir az unlayıb yumrulayın. Kündələri hər tərəfinə bir az zeytun yağı sürtün və ayrı-ayrı selofana (yeyinti üçün nəzərdə tutulan, ingiliscə buna plastic wrap deyilir) bükün. Kündələri bir gecəlik soyuducuya qoyun. Bu xəmir soyuducuda 3 gün ərzində qala bilər.

QEYD: Əgər xəmirin hamısını bir gündə istifadə etmək istəmirsinizsə, onda hər tərəfi yağlanmış kündələri selofana büküb dondurucuya qoyun. Burada xəmir 3 ay müddətində qala bilər. Pizzanı bişirməzdən biz gün əvvəl kündəni buzluqdan soyuducuya keçirin ki, donu açılsın.

İKİNCİ GÜN

4. Pizzanı bişirməyinizdən düz 2 saat əvvəl kündələri soyuducudan çıxardın. Taxta və ya masanı bir az unlayın. Əllərinizi xəfifcə unlayın və kündələrin üstünə basaraq onları yastıladın (qalınlığı 1.3 sm, diametri isə 12.7 sm olmalıdır). Kündələri bir az yağlayın və üzərlərini selofanla örtüb 2 saat müddətinə kənara qoyun.

5. İki saatdan sonra sobanı 260˚C-dək qızdırın.

6. Soba listini tərs çevirin və üstünə təxminən 2 xörək qaşığı un səpin. Kündəni yumruqlarınızın üzərinə yerləşdirib, xəmiri əks istiqamətlərə dartın ki, genişlənsin. Əsl pizza ustaları xəmiri havaya atıb sonra isə yumruqlarıyla tutub dartırlar ki, xəmir genişlənsin. Əgər “yumruqlu” metod sizə çətin görünürsə, onda xəmiri oxlov vasitəsilə açın. Hazır xəmirin diametri 23-30 sm olmalıdır. Açılmış xəmiri çevrilmiş listin üstünə qoyun.

7. İndi isə xəmirin uzərinə istədiyiniz ərzaqdan qoyun. Mənim metodum budur (şəkildə gördüyünüz)

lay 1: 4-5 qaşıq pomidor sousunu xəmirin üzərinə yayın (sousu hazırlamaq üçün ən asan üsullardan biri: doğranmış pomidoru bir az yağda bişirin, sonra isə çəkin ki, püre kimi olsun. Zövqə gərə tavaya döyülmüş sarımsaq da əlavə etmək olar)

lay 2: dilimlənmiş sosis və yaxud kiçik tikələrə bölünmüş bişmiş toyuq əti - BU LAY olsa da olar, olmasa da. Vegetarian versiyası çox ləzzətli olur.

lay 3: yarım-ay şəklində doğranmış baş soğan

lay 4: dilimlənmiş göbələk

lay 5: uzunsov doğranmış yaşil Bolqar bibəri

lay 6: dənəsi çıxardılmış qara zeytun

lay 7: təxminən bir ovuc rəndələnmiş mozarella pendiri (Holland pendiri ilə əvəz etmək olar)

8. Pizzanı qızdırılmiş sobada 5-8 dəqiqə ərzində bişirin. Qalan kündələri də hazırlayıb pizza bişirin. Nuş Olsun!


Geri dön

NELLY19

  • 2 avqust 2011 15:26
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Maraqli melumata gore cox sag ol

_RONALDO_

  • 2 aprel 2011 16:37
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------

unutulmaz05

  • 1 aprel 2011 13:27
  • Məqalə: 12
  • Şərh: 130
  • Bal:
{awards}
twk..bu resept yoxumidi bawqasi vardi..bunu da biwirerem )

only-girl

  • 8 fevral 2011 15:43
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
smile

--------------------

Ulya

  • 8 fevral 2011 11:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super hazirlayaram

Yusif

  • 7 fevral 2011 21:28
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Xowum gelmir twk

CandyGirl

  • 7 fevral 2011 20:40
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox sagol...........

--------------------

LOVE IS DEAD

  • 7 fevral 2011 20:30
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
RESEPTE GORE TESHEKKURLER

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

YazYamuru

  • 7 fevral 2011 20:17
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
AYSE17,
qiiiiizzz sende menim kimi heerr &eyi bilirsen(risovkaliq) wink

--------------------



nilayka

  • 7 fevral 2011 20:11
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}