Makiyajda diqqət tələb edən qaydalar

 
Makiyajda diqqət tələb edən qaydalar

Özünə qulluq etmək və gözəl görünmək hər qadının arzusudur.
Bunun üçün çox vaxt xüsusi qulluq vasitələrindən, makiyajdan istifadə edilir.
Ancaq kortəbii istifadə edilən makiyaj müvəqqəti olaraq gözəl görünüş versə də,
dərinin sağlamlığına ciddi ziyan vura bilər. Makiyaj vasitələrinin ən böyük əks təsiri allergik
reaksiyalar yaratmasıdır. Bəs bunların qarşısını almaq üçün nə etmək lazımdır?

1. Makiyaj vasitələrini istifadə etməmişdən öncə test edin.
Vasitələri alıb istifadə etməmişdən öncə onların test məhsulunu alın. Əgər bir məhsul 72 saat ərzində
heç bir allergik reaksiyaya yol açmırsa onun qarşıdakı günlərdə də allergiya yaratmaq riski çox azdır.
Bu məsələdə xüsusilə həssas dəriyə malik olanlar diqqətli olmalıdır.

2.Makiyajla yatmayın
İstifadə edilən vasitələr üzdə uzun müddət qalmamalıdır. Xüsusilə yatarkən üz mütləq təmizlənməli,
yuyulmalıdır. Dəri təmizlənəndən sonra nəmləndirici kremdən istifadə zəruridir.

3. Səhv makiyaj sızanaq və qara nöqtələr yaradır
Makiyajın bilinən ən böyük əks təsirlərindən biri də qara nöqtələrin yaranmasıdır.
Dəri tipinə uyğun olmayan vasitələrdən istifadə etdikdə üzdəki məsamələrin içinə yağ yığılır ki,
bu da qara nöqtələrin yaranmasına səbəb olur.
Daha yaxşı olar ki, makiyaj vasitələri seçəndə peşəkarlarla məsləhətləşəsiniz.

4. Nəmləndirici quruyandan sonra makiyaj edin.
Nəmləndiricidən istifadədən dərhal sonra makiyaj etmək xoş olmayan görüntü yarada bilər.
Bunun üçün nəmləndiricinin tamamilə dəriyə hopmasını gözləyin. Makiyajla bağlı önəmli məqamlardan
biri də dodaq boyasından sonra dodaqlarda çatların meydana gəlməsidir.
Bunun üçün daha yaxşı olar ki, yağlı nəmləndirici sürtülsün, ya da yağlı boyadan istifadə edilsin.

5. Yaxşı təmizlənməyən dəri tez qırışır.
Makiyajla bağlı xətalardan birincisi onun doğru şəkildə təmizlənməməsidir.
Dəridə qalan makiyaj vasitələri onun qalınlaşmasına, erkən qırışlara,
məsamələrin böyüməsinə, dərinin rənginin solğunlaşmasına səbəb ola bilər.

6.Heç kimin makiyaj vasitələrindən istifadə etməyin.
Başqasının makiyaj vasitələrindən istifadə edilməməsi ən başlıça qaydadır.
Bu bir nəfərdə olan infeksiyaların yayılmasına yol aça bilər.
Əgər açıq yaralar varsa bu risk daha böyük olur. Kosmetik vasitələrdən əlavə onların
çəkilməsində istifadə edilən fırça, süngər, pambıq kimi vasitələrdən də şərikli istifadə yolverilməzdir.

7. Makiyaj etməmişdən öncə əllərinizi yuyun.
Kosmetikadan istifadə etməyə başlamazdan öncə əllər mütləq yuyulmalıdır.

8. Makiyaj vasitələrini düzgün qorumaq lazımdır.
Məhsullar təlimata uyğun istifadə edilməlidir. Onların qapaqları möhkəm bağlanmalı,
isti yedə saxlanmamalı, istifadə müddəti bitən məhsullar atılmalıdır.
Günəş şüasına, istiliyə məruz qalan məhsulların qoruyuculuq dəyəri məhv olur.
Nəticədə məhsul tez xarab olur və bakteriyaların yaranması sürətlənir.

9. Dəridəki yaranı makiyajla qapatmayın.

Dəridə hər hansı yara, sıyrıq, zədə varsa onların üstünü makiyajla örtməkdən çəkinin.
Əks təqdirdə bura infeksiya düşə və problem daha da şiddətlənə bilər.


Geri dön

only-girl

  • 12 fevral 2011 12:18
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
təşəkkür

--------------------

fidan485

  • 8 fevral 2011 12:55
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 8 fevral 2011 11:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coo sagol

Yusif

  • 7 fevral 2011 21:34
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler qaqam

LOVE IS DEAD

  • 7 fevral 2011 20:41
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
MELUMATA GORE TESHEKKURLER

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Grace_Angel

  • 7 fevral 2011 19:45
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler melumat ucun...

--------------------

CandyGirl

  • 7 fevral 2011 19:43
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurller

--------------------

nilayka

  • 7 fevral 2011 19:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
hmm tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}