Məvəddət Ayəsi

 
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

«Ey Peyğəmbər, müsəlmanlara de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm» (Şura surəsi, 23-cü ayə)

Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.

Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir. Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: «Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi? – deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:

«Ey Peyğəmbər (müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»

Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra həzrət Peyğəmbərdən (s) soruşdular: «Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?

Peyğəmbər (s) cavabında buyurdu:

«Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir.»[7]

Əllamə Bəhrani bu hədisi Əhməd ibni Hənbəlin «Müsnəd» adlı kitabından orada zikr olunan silsilə sənədlə Sə᾽id ibni Cubeyrdən və o da ibni Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?» O, Həzrət (s) belə buyurdu: «Əli, Fatimə və iki oğlanları.»[8]

«Təfsiri-kəbir»in müəllifi Fəxri Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Əhli-beyti) haqqındakı sözünü nəql etdikdən sonra belə yazmışdır: Mənim nəzərimə görə «Ali Məhəmməd» Peyğəmbərlə (s) rabitələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olsa, yaxınlıq da bir o qədər artıq olar. Şübhəsiz, Əli, Fatimə, Həsən və Hüseynin (ə) həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarolunmaz bir həqiqət olduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, onların yalnız «Ali-Məhəmməd» olmaları zərurəti meydana gəlir. Əlbəttə «ali» kəlməsinin tərcüməsində çoxlu mübahisələr vardır. Bəzilərinin fikrincə, məqsəd «əqraba» və bəzilərinin nəzərincə «ümmət» kimi məna olunur. Əgər birinci mənanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Əli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab olunur. Əgər ikinci mənanı da götürsək, yenə də onlar ümmətin içərisinə daxil olurlar. Çünki, onlar da Peyğəmbərin (ə) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mə᾽nası Əli, Fatimə, Həsən və Hüseynə (ə) şamil olunur. Amma, onlardan başqalarının daxil olmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri «ali» kəlməsinin mə᾽nasına daxil etmək ağıl, məntiq və nəql olunan rəvayətlərə zidd getməkdir.[9]

Yuxarıda qeyd olunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil olandan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Allahın peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dostluq və məhəbbəti bizlərə vacibdir?» O Həzrət buyurdu:



«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Beləliklə, mə᾿lum olur ki, bu dörd nəfər həzrət Peyğəmbərin (s) yaxınlarıdır və xüsusi tə᾽zim və ehtiram onlar üçün olmalıdır. Bu sözümüzə bir neçə sübut vardır:

1. Məvəddət ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.

2. Hamıya mə᾽lumdur ki, həzrət Peyğəmbər (s) xanım Fatiməni çox sevərdi və buyurardı:

«Fatimə mənim vücudumun bir parçasıdır, onu incidib narahat edən, məni incidib narahat etmişdir.»

Deməli, belə bir şey doğru olduğu halda, Peyğəmbərin (s) ümmətinə də onları sevmək vacibdir. Çünki, Qur᾽an buyurur:

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

«Ey Peyğəmbər, müsəlmanlara de ki, əgər Allahı sevirsizsə, mənə tabe olun (yə᾽ni, mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), o zaman Allah da sizi sevər.» (Ali Imran surəsi, ayə 31).

وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ

«O Peyğəmbərə tabe olun, ola bilər ki, hidayət olasınız» (Ə᾽rafa surəsi, ayə 158).

فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ

«Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qorxmalıdırlar.» (Nur surəsi, ayə 63).

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ...

«(Ey müsəlmanlar) Həqiqətən Allahın rəsulunda sizin üçün gözəl nümunələr vardır...» (Əhzab surəsi, ayə 21).

Bu ayələrdən mə᾽lum olur ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) sevdiyi və onlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da gərək Peyğəmbərin (s) bu işini təkrar edərək onları sevsinlər.

3. Həzrət Peyğəmbərin (s) Əhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib olunması, onlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd oxuduqdan sonra onlara dua etmək və salavat göndərmək vacibdir: «Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd»

Yə᾽ni «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və onun Əhli-beytinə rəhmət et.»

Bu böyük tə᾽zim və ehtiram Əhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yoxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Əhli-beytini (ə) sevməyin vacib olmasına aşkar sübutdur. Qeyri-şiə təriqətlərinin birinin başçısı olan Şafei öz şe᾽rində belə məzmunda deyir:

«Ey səvarə olan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq olanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab olunsa, bütün insanlar və cinlər şahid olsunlar ki, mən dini tərk etmişəm.[10]

Həmçinin, Şafei öz şe᾽rində o dövrdə Əhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dostları, onların dostlarına isə Rafizi deyildiyinə işarə edib deyir: «Əgər mənə Əhli-beytin dostluğuna görə Rafizi desələr, onda Qur᾽an və Əhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Qur᾽anda və Əhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mə᾽nasızdır.)

Təbəri ibni Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar soruşdular: «Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dostluğu vacib olan yaxın adamların kimlərdir? O həzrət (s) buyurdu:

«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»

Bu hədisi Əhməd də «Mənaqib» kitabında nəql etmişdir.[11]

İbni-Münzər, ibni Əbi-Hatəm, ibni-Mərdəveyh və Təbərani «Möcəmi-kəbir» kitabında ibni Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil olandan sonra müsəlmanlar dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan adamların kimlərdir? O həzrət (s) buyurdu:

«Əli, Fatimə, Həsən və Hüseyn».[12]

Ye᾽nə «Mö᾽cəmi-kəbir» kitabında düzgün bir sənədlə imam Həsəndən (ə) nəql olunmuşdur ki, O həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:

«Biz Allah-taala dostluğunu bütün müsəlmanlara vacib etmiş Əhli-beytdənik».

Qur᾽an, Təthir ayəsi ilə Əhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq olduqlarını və beləliklə mə᾽nəvi dəyərlərini və insanların hidayət yolunda olan çox mühüm rollarını sübuta yetirdi. İndi isə «Məvəddət» ayəsi ilə Əhli-beytin (ə) getdiyi yolun düzgün olduğunu və insanların e᾽tiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli, Qur᾽an bu ayənin vasitəsi ilə ümməti Əhli-beytin yoluna sövq edir. Əgər Əhli-beytin yolu doğru bir yol olmasaydı və onlar ümməti səadət yoluna rəhbərlik etməyə qadir olmasaydılar, heç vaxt Qur᾽anda bu ayələr nazil olmazdı. Həmçinin həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Əhli-beyti sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Qur᾽anın bu ayəsi bizə Əhli-beytin yolundan ayrılmamağın və bütün işlərimizdə onlara tabe olmağın zərurətini və lazım olduğunu başa salmaq üçündür. Çünki, Qur᾽an o böyük şəxsiyyətlərin pakizə və hərtərəfli keyfiyyətlərə malik olmağına zəmanət vermişdir. Beləliklə Qur᾽an bu kimi ayələrdə Əhli-beytin yolunu tutmaq və islamı onlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zamənət vermək istəyir. Bu, Qur᾽ani-kərimin nəzəri idi. Amma, həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırdıq. Bəli, bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Əhli-beytin məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. O, müsəlmanların Əhli-beyt haqqında necə düşünəcəklərini, onların dostları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Əhli-beytin hədis, fiqh və təfsiri düşüncələri, həmçinin əqidələri və dini-siyasi rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət olduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında son sözümüz budur ki, bu ayənin şərhində bəyan olunan yüksək dərəcə və məqamın özünəməxsus mə᾽na və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar təəssübü kənara qoyaraq, insafla onu düşünüb dərk etməlidirlər.

MƏNBƏLƏR.

[7] Təfsiri-kəbir (Fəxri Razi) Şura surəsi, 23-cü ayənin təfsiri.

[8] «Qayətül-məram» kitabı, Şura surəsi, 23-cü ayənin təfsiri.


[9] Әziz оxucularımız da görür ki, «ali» kəlməsini «Peyğəmbərin ümməti» kimi tərcümə etmək həqiqi mə᾽nadan uzaqdır. Çünki, «ali» kəlməsi lüğət kitablarında tərcümə оlunmuşdur. Elə isə оnu ümmət kimi tərcümə etmək ağıl və məntiqə uyğun deyildir. Habelə, hamı tərəfindən eyni cür nəql edilmişdir ki, həzrət Peyğəmbər (s) Әli, Fatimə, Həsən və Hüseyn (ə)-ı çоx sevərdi.

[10] Təfsiri kəbir, Fəxri Razi, Şura surəsi 23-cü ayənin təfsirində.

[11] Təbəri «Zəxairül-üqba fi mənaqibi zəvil-qurba». 25-ci səh.


[12] Bu hədis aşağıdakı mənbələrdə azacıq fərqlə nəql edilmişdir: «Ehyaul-meyyit, fi fəzaili Әhləl-beyt». «Mö᾽cəmi kəbir» 1-ci cild, 125-ci səh. (Şamdakı Zahiriyyə kitabxanasının əlyazma nüsxəsi). Məcməüz-zəvaid (Heysəmi) 9-cu cild, 168-ci səh. «Әzzəxair» (Təbəri) səh-25. «Әlfüsulul-mühimmə» (ibni Səbbaq Maliki) səh.29. Әlcamiu liəhkamil-Qur᾽an (Qürtəbi) 16-cı cild, səh 21-22


Geri dön

PoZitiV Kaa=)

  • 1 iyun 2014 17:51
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
Meqaleye gore twk)


--------------------

prosta barbi

  • 13 may 2014 13:40
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur...

K.r.A.l

  • 11 may 2014 23:21
  • Məqalə: 26
  • Şərh: 1379
  • Bal:
{awards}
«Ey Peyğəmbər, müsəlmanlara de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm» (Şura surəsi, 23-cü ayə)

Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.

Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir. Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: «Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi? – deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

Letitia Geer

  • 9 may 2014 08:00
  • Məqalə: 2
  • Şərh: 135
  • Bal:
{awards}
ALLAH razi olsun çox sağolun

--------------------
◕‿◕

Biqeyrət....

  • 9 may 2014 00:47
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH razi olsun tewekkur smile

eliwqa

  • 8 may 2014 19:48
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

hicab menim secimim

  • 8 may 2014 15:40
  • Məqalə: 22
  • Şərh: 126
  • Bal:
{awards}
tewekkurler

qirilmis qelb

  • 8 may 2014 15:17
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
tewekkurler

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

ヅ Bad Girl ヅ

  • 8 may 2014 14:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

NikaLYa

  • 8 may 2014 14:21
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Guller icinde

  • 8 may 2014 00:23
  • Məqalə: 2
  • Şərh: 15
  • Bal:
{awards}
Allah daim razı olsun inşAllah.Elə bu haqqda bu gün fikirləşirdim.Nə yaxşı oldu.Allah bizi haqq yoldan ayirmasin.

--------------------
ALLAHım bəla verdiyin zaman imanımı...
Gözəllik verdiyin zaman iffətimi...
Çətinlik verdiyində zaman səbrimi, Daim et!

prosta ema

  • 8 may 2014 00:20
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

TENHA_OGLAN25

  • 7 may 2014 23:24
  • Məqalə: 7
  • Şərh: 223
  • Bal:
{awards}
tewekkurler megale ucun

Mr.LegenD

  • 7 may 2014 23:23
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

__MB__

  • 7 may 2014 22:43
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
tewekkur edirem

Kapriznaya Dəcəlka

  • 7 may 2014 22:09
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..!

--------------------

No Ordinary Boy

  • 7 may 2014 22:08
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
Meqaleye gore Twk | (@_@)

--------------------

ヅ Bad Girl ヅ

  • 7 may 2014 21:44
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

MİLANANIN_AŞKI

  • 7 may 2014 21:06
  • Məqalə: 1
  • Şərh: 271
  • Bal:
{awards}
QURAN.ALLAIN BIZE GONDERDIYI DUZ YOLA GELMEK UCUN TEK BAS EYECEYIMIZ ALLAHIN EN MUQEDDES KITABI.

NeFeSiM LiL OrXaN

  • 7 may 2014 20:17
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
ALLAH razi olsun

T.O.M.A

  • 7 may 2014 20:08
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░ ░░░░░░░░░░░░▄████▄▄░░░░▄████▄░░░░░░░░░░░ ░░░░░░░░░▄▄████████▄░▄█████████▄▄░░░░░░░ ░░░░░░▄████████████████████████████▄░░░░ ░░░░▄████████████████████████████████▄▄░ ░░▄██████████▀░░░▀▀████▀░░░▀▀███████████
▄███████████░░░░░░░░▀▀░░░░░░░░██████████
████████████░░░░░░░tewekkur ░░░░░█████████
█████████████░░░░░░░░░░░░░░░░███████████ ███████████████▄▄▄░░░░░░▄▄██████████████ ████████████████████▄░▄█████████████████ ███▀▀▀▀▀▀░░░░▀▀▀█████████▀▀░░░░░░░░░░░░░ ▀▀░░░░░░░░░░░░░░░░▀▀██▀▀░░░░░░░░░░░░░░

♔ Rapuиzel ♔

  • 7 may 2014 19:54
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

PoZitiV Kaa=)

  • 7 may 2014 19:49
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
meqaleye gore twk))))

--------------------

shiltag_ayka

  • 7 may 2014 19:26
  • Məqalə: 1
  • Şərh: 372
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
heyatda 2 weyi unut: sene olunan pislikleri ve etdiyin yaxwiliqlari 2 weyi yaddan cixarma "ALLAH ve OLUM"

^^FiDaNKa^^

  • 7 may 2014 19:23
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
[8] «Qayətül-məram» kitabı, Şura surəsi, 23-cü ayənin təfsiri.

[9] Әziz оxucularımız da görür ki, «ali» kəlməsini «Peyğəmbərin ümməti» kimi tərcümə etmək həqiqi mə᾽nadan uzaqdır. Çünki, «ali» kəlməsi lüğət kitablarında tərcümə оlunmuşdur. Elə isə оnu ümmət kimi tərcümə etmək ağıl və məntiqə uyğun deyildir. Habelə, hamı tərəfindən eyni cür nəql edilmişdir ki, həzrət Peyğəmbər (s) Әli, Fatimə, Həsən və Hüseyn (ə)-ı çоx sevərdi.

[10] Təfsiri kəbir, Fəxri Razi, Şura surəsi 23-cü ayənin təfsirində.

[11] Təbəri «Zəxairül-üqba fi mənaqibi zəvil-qurba». 25-ci səh.

[12] Bu hədis aşağıdakı mənbələrdə azacıq fərqlə nəql edilmişdir: «Ehyaul-meyyit, fi fəzaili Әhləl-beyt». «Mö᾽cəmi kəbir» 1-ci cild, 125-ci səh. (Şamdakı Zahiriyyə kitabxanasının əlyazma nüsxəsi). Məcməüz-zəvaid (Heysəmi) 9-cu cild, 168-ci səh. «Әzzəxair» (Təbəri) səh-25. «Әlfüsulul-mühimmə» (ibni Səbbaq Maliki) səh.29. Әlcamiu liəhkamil-Qur᾽an (Qürtəbi) 16-cı cild, səh 21-22

Roya_____

  • 7 may 2014 19:17
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

✰ღMouRnfuL GirLღ✰

  • 7 may 2014 19:09
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

2-ci kurs telebesi

➰__Ýųśíf__➰

  • 7 may 2014 19:06
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
tewekkurler

İTMİŞ_ŞƏHZADƏ

  • 7 may 2014 19:01
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Hamlet KHalilov

  • 7 may 2014 19:00
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Sevgililerimi Silirem Heyatimnnan... ♥ ████████_________| %50 Loading...
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}