Həzrəti Asiyə

 
Həzrəti Asiyə

Allahın adı ilıə

HƏZRƏTİ ASİYƏ (FİRONUN XANIMI )

Cənnətlə müjdələnən hz.Asiyə Firon kimi özünün Allahlığını elan etmiş, Allaha qarşı üsyankar bir şəxsin xanımı idi. Gəlin, ən xeyirli 4 cənnnət qadınınn biri olan hz. Asiyənin həyatına nəzər salaq.
Bir gün Firon bir yuxu gördü. Ertəsi gün yuxu yozanları bir yere yığıb yuxusunun yozulmasını tələb etdi. Onlar yuxunu bele yozdu “İsrail oğullarından bir oğlan dünyaya gələcək, sənə qalib gəlib səltənətini yığacaq, dinini dəyişəcək, və həlakına səbəb olacaq. O, uşağın doğum vaxtı yaxınlaşır.” Bu xəbər Fironu sarsıtdı, dərhal əmr etdiki doğulan oğlan uşaqlarının hamısını məhv etsinlər. Hamilə qadınların qapısında cəlladlar qoyuldu ki, bu əmri icra etsinlər. Cəlladlar həmin il doğulan bütün oğlan uşaqlarının hamısını amansızcasına qətlə yetirdilər bu zülm davam edərkən, hz, Musanın anası da hamilə idi. Qəribə idi ki, doğum vaxtı yaxınlaşsa da hamiləliyin nişanəsi görünmürdü. Uca yaradan hz. Musanı gözlərdən gizli saxlayırdı. Nəhayət, hz. Musa dünyaya gəldi. Bu bir müddət gizli qaldı. Lakin bu çox davam edə bilməzdi. Uca Allah anaya belə bir ilham etdi: “Uşağı yedizdir, ağlamaq səsi hiss edilivb xəbər verilməsindən ötrü onu ağacdan düzəlmiş sandığa qoy və çaya burax. Çay da onu sahilə atsın ki, Mənə və ona düşmən olan şəxs onu tapıb götürsün.” Ana bu ilhama əməl etdi. Fironun mühafizləri Nil çayının sahilindəki sandığı tapıb saraya apardılar. Firon sandığın açılmasını əmr etdi. Allah hz. Musaya elə bir nur vermişdi ki,hamı çaşqın halda gözünü uşaqdan çəkə bilmirdi. Saraydakı səssizliyi Fironun “dərhal öldürün əmri pozdu.” Lakin hzş asiyə uşağın alnındakı nuru görmüşdü. O, ümidlə firona yaxınlaşdı və dedi: “ Bu məsumu öldürmə, gəl onu övladlığa götürək.” Fironun bir qızı vardı, ona görə də bu təklifi rədd edə bilmədi. Asiyə “gözümüz aydın” deyincə Firon mənim deyil sənin gözün aydın deməkdən özünü saxlaya bilmədi. O, sanki öz gələcək aqibətini hiss etmişdi. Hz. Asiyə sevinərək uşağı qucağına aldı və ona Musa adını verdi. (“Mu”- su deməkdir “sa” isə ağac mənasını verir, yəni su ilə gələn) Hz. Asiyə bu uşaqdakı özəlliyi hiss etmişdi. Uşaq böyüdükcə Fironun içindəki qorxu da böyüyürdü. Bir gün o, Fironun saqqalını yolmağa , əlindəki ağacla onun başına vurmağa başladı. Firon “mənim həlakıma səbəb olacaq uşaq bu olmalıdır” – deyə onu öldürməyi düşündü. Lakin hz. Asiyə “ bu bir uşaqdır nə etdiyini bilmir”- deyə onu fikrindən yayındırdı. Zaman keçdi Allah hz. Musanı peyğəmbər olaraq mükafatlandırdı. O, Fironu imana dəvət etsə də Firon bu dəvətə əhəmiyyət vermədi. Hz. Musanı bir ana şəfqəti ilə sevən Asiyə onu Fironun zülmündən qoruyur, bu yolda çəkdiyi əziyyətlərdən bezmirdi. HZ. Musanın Fironun zülmündən qaçaraq 10 il Misirdən uzaqda qalması onu çox üzürdü. Dönüb gələcəyini səbrlə gözləyirdi. Nəhayət hz. Musanı Fironun qarşısında görüncə çox sevindi. Fironun imana gələcəyinə ümid etdi. O, hz. Musanın möcüzələrinə şahid olmuş, sahibkarlara verdiyi cavabı görmüş, və imanı bundan daha da qüvvətlənmişdi. Bir gün sarayın xidmətçisi olan qadın Fironun qızının saçını darayarkən, daraq əlindən düşdü. Bismillah (Allahın adı ilə) deyib darağı götürəndə qız “atamın adı ilə demək istəyirsən” –deyə soruşdu. Qadın “xeyir mənim və atanın Allahının adı ilə deyirəm”-deyə cavab verdi. Qız olanları atasına xəbər verdi. Firon qadını hüzuruna çağırıb, sənin Rəbbin kimdir?- deyə soruşdu. Qadın- “mənim də sənin də Rəbbimiz Allahdır cavabını verdi.” Firon bu qadının imanı qarşısında çaşıb qaldı və dərhal bu qorxmaz xidmətçi qadını böyük bir təndirdə uşaqları ilə birlikdə yandırılmasını əmr etdi. Qadın ondan yalnız: “səndəm bir istəyim var mənim və uşaqlarımın sümüyünü bir kəfənin içində bastır”- deyə xahiş etdi. Firon razılaşdı, sonra qadını və uşaqlarını qazdırdığı böyük təndirə atdı. Qucağındakı südəmər uşaq dilə gəlib dedi: “Anacan! Səbr et, mütləqdir ki, dünyanın əzabı axirətin əzabından daha da xəfifdir”.
Qeyd: Peyğəmbərimiz belə buyurmuşdur “ Meraca çıxarıldığım gecə gözəl bir qoxu hiss etdim”. Cəbrayilə : “Bu nə qoxuxur”- deyə soruşdum. Cəbrayil “ Fironun qızının saçını darayan qadının və uşaqlarının qoxusudur”-dedi.
Asiyə şahid olduğu bu zülmə laqeyd qala bilməzdi. Vay olsun halına, ey Firon , dedi. Sən uca Allaha qarşı belə bir şeyə necə cəsarət edə bildin? Firon dedi: “deyesen o qadını tutan dəlilik səni də tutub.” Hz. Asiyə Firona Musanın dininin haqq olduğunu özünün də ona iman etdiyini bildirdi. Artıq, zülmə son verməsini istəd “məni dəlilik tutmayıb, mən mənim də, sənin də Rəbbimiz olan- aləmlərin Rəbbinə iman etdim” –dedi, Firon bundan dəhşətə gəldi. Asiyəni çox sevdiyindən nə edəcəyini bilmədi. Onu bu yoldan çəkindirməyə çalışdı. Lakin, Asiyə imanın dadını bilirdi. Onu bu yoldan heç kim döndərə bilməzdi. Firon Asiyənin anasıından kömək istədi. Lakin onun anasına cavabı “ Allahı inkar etməyimi istəyirsən? Xeyir vallah mən bunu heç vaxt etmərəm” –dedi. Fironun qəlbini kin və nifrət bürümüş, haqqa qarşı qulağını bağlamışdı. Bu səbəbdən çox sevdiyi həyat yoldaşına işgəncə verməkdən çəkinmədi. Bu işgəncələr dözülməz olunca Hz. Asiyə əlini ilahi dərgaha açdı və niyaz etdi. “ Ey Rəbbim, yanında mənim üçün cənnətdə bir ev tikməni, Fironun etdiyi kimi səni inkar etməkdən mühafizə et. Onun və bu zalım qövmün şərrindən qurtar.” Allah bu bəxtiyar qulunun duasını qəbbul etdi., pərdəni qaldırdı. Hz.Asiyə bir anda mələklər və cənnətdəki məqamını gördü və təbəssüm etdi.Firon dedi: “ Dəliyə bir bax mən ona işgəncə edirəm o isə gülür” onun öldürülməsini əmr etdi və hz, Asiyə vəhşi bir şəkildə şəhid edildi. Hz. Asiyənin şəhid edildiyini bilən Hz.Musa çox üzüldü. Cənbi Haqqa onun üçün dua etdi.
Qiyamətə qədər oxunacaq Quranda Allah iman edənlərə də
“Quran”da “Allah iman edənlərədə Fironun xanımını misal gətirir” -deyə işarə edilmişdir.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:39
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

--------------------

lider

  • 6 mart 2011 22:19
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 20:14
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk,.,.,.,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 14 fevral 2011 22:23
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Sitat: nilayka
deyerli ve gozel xeber ucun minnetdaram size


--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

huseyn12

  • 14 fevral 2011 14:40
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Mən bu haqda Quranda oxumuşdum, amma deyəsən olduğu kimi yazılmayıb. Yenə də təşəkkür.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

sevgi_meleyim.

  • 14 fevral 2011 12:17
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
BUTUN SERH YAZANLARDAN VE OXUYNLARDAN ALLAH RAZI OLSUN. BEYENDIYINZI UCUNSE COOXXXX SAD OLDUM...

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Nur_Ay

  • 14 fevral 2011 00:25
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK OXUYURAM INDI...

--------------------

фея

  • 13 fevral 2011 22:00
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Sitat: nilayka
deyerli ve gozel xeber ucun minnetdaram size

ELA IDI OXUDUM AXIRACAN

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 13 fevral 2011 21:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.ellerine sagliq

Bakili_Qedes

  • 13 fevral 2011 21:46
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
tesekkurler

nilayka

  • 13 fevral 2011 21:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
deyerli ve gozel xeber ucun minnetdaram size

deyerli ve gozel xeber ucun minnetdaram size

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}