"Ovçular" kolbasası və sosiskaları saxta çıxdı

 
"Ovçular" kolbasası və sosiskaları saxta çıxdı


"Ovçular ət və ət məhsulları" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı nöqsanlar aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, 40 ünvanında "Ovçular ət və ət məhsulları" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı nöqsanlar aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yoxlama zamanı "Servelat halal", "Ovçular halal", "Həvəskar", "Hinduşka" kolbasalarının və "Moloçniye" sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, "Ruskaya", "Servelat", "Moskovskiy servelat", "Oxotniçaya", "Lyubitelskaya", "Doktorskaya", "Halal bərəkət", "Halal", "Domaşniy", "Halal ovçular" kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, "Domaşniy" və "Halal ovçular" kolbasalarının etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilmədiyi, habelə kolbasaların və sosiskaların üzərində yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan göstərildiyi müəyyən olunub.

Bundan başqa, yoxlama zamanı müəssisənin anbarında saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R" adlı qılaftəmizləyici maddə aşkar edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, kolbasa və sosiska istehsalının dayandırılması, uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edilmiş 2,2 ton ət məhsullarının satışının qadağan edilməsi və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə saxlama müddəti ötmüş 6 kq qılaftəmizləyici maddənin məhv edilməsi barədə "Ovçular ət və ət məhsulları" MMC-yə icrası məcburi göstəriş verilib.

Qeyd edək ki, araşdırmalar davam etdirilir.


Geri dön

_RONALDO_

  • 28 fevral 2011 18:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Cox sagol...........

--------------------

Ulya

  • 8 fevral 2011 12:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
yemirem ele weyler

YazYamuru

  • 8 fevral 2011 03:47
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
e&&i bir ilden coxdurki yemirem yemeyecemde feel

--------------------



Lexikon

  • 8 fevral 2011 01:53
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yeqin duzeler twkkkkkkkk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}