Məşhur müğənnilər qızlarını tərifləyir

 
Məşhur müğənnilər qızlarını tərifləyir


Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşməsi üçün milli final konserti fevralın 11-də saat 21:00-da Akademik Milli Dram Teatrında keçiriləcək. Finala vəsiqə qazanmış beş ifaçı - İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyeva və Nigar Camal öz istedad və bacarıqlarını həmin gün yenidən nümayiş etdirəcəklər.



Xatırladaq ki, İlqarə İbrahimova xalq artisti Aygün Kazımovanın, Aynişan Quliyeva isə əməkdar artist Aybəniz Haşımovanın qızıdır. Bəs tanınmış müğənnilər öz qızlarının ifalarından nə qədər razıdırlar və daha çox kimə ümid edirlər?
A.Kazımovanın köməkçisi Almaz Məmmədova bildirdi ki, Aygün Kazımova öncədən 5 ifaçının 77 nəfər arasından seçiləcəyinə əmin olub. Çünki hazırkı ifaçıların hər biri musiqi aləminə çox yaxındırlar: “Qaldı ki 5 ifaçının hansının qalib olacağına, bunu münsiflər heyətindən başqa heç kəs deyə bilməz. Amma Aygün xanım bu yarışmada qızının qələbəsinə əmindir. Hər halda əmin olmasaydı, qızının bu mərhələyədək gəlib çatması üçün İlqarəyə bu qədər tələbkarlıq göstərməzdi”.
Aybəniz Haşımova peşəkar musiqiçi olaraq 5 ifaçının hər birinin ifasından razı qaldığını dedi: “Əsas sonuncu mərhələdi, 5 ifaçı ayın 11-də oxuyub öz məharətlərini göstərəcəklər. Aynişana gəlincə isə o, həm də mənim tələbəmdir. Aynişan "Bülbüllər" ansamblımın solisti olub. Bu ansambl da beynəlxalq festivallarda iştirak edib. Mən özüm də ümumdünya festivalının diplomatı kimi deyim ki, beynəlxalq festivallara çıxanlar bütün meyarlara cavab verməlidir. Bura birinci növbədə səs aiddir, amma vizual görüntü, gözəllik, dinamika, yəni səhnəyə aid nə varsa, hamısı vəhdət təşkil etməlidir. Mən “Bülbüllər”i bu festivallara çıxaranda bu meyarlara çox önəm vermişəm".



A.Haşımova bildirdi ki, qızı hazırda beynəlxalq yarışmaya seçim konsertinə gərgin məşqlərlə hazırlaşır: “Aynişan 4 mahnı oxuyacaq. Gənc müğənni və bəstəkar Adil Baxışlının yeni ”Eşq dəlisi" mahnısını oxuyacaq. Bəstəkar özü də səhnədən Aynişanı müşayiət edəcək. O cümlədən Nailə Mirməmmədlinin rəqs qrupu onu müşayiət edəcək. Mənə elə gəlir ki, Aynişan tamaşaçılarına möhtəşəm performans və ifa nümayiş etdirəcək".
Müğənni əminliklə bildirdi ki, qızı konsertdə də məşqlərdəki kimi oxusa, qalib olacaq. Hər bir ifaçıya biz də uğurlar arzulayırıq...


Geri dön

MiLeyla

  • 29 sentyabr 2011 23:37
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
LAP YAXWI

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

nilayka

  • 6 may 2011 21:38
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
fellow fellow

--------------------

hazal kaya

  • 28 mart 2011 12:10
  • Məqalə: 51
  • Şərh: 1420
  • Bal:
{awards}
twk wink

Ulya

  • 8 fevral 2011 12:06
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
hec olmaz da qizlarindan wink

Lexikon

  • 8 fevral 2011 02:41
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
xebere gore twkkkkkkkkkkk

heyasiz204

  • 8 fevral 2011 00:19
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
xebere gore tewekkur wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

neposlushnaya

  • 7 fevral 2011 21:31
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
kim oz balasina pis deyer? hec kim......

Yusif

  • 7 fevral 2011 21:23
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
:)))))))) Rey yazanlara tesekkur

nilayka

  • 7 fevral 2011 20:42
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
fellow twk

--------------------

CandyGirl

  • 7 fevral 2011 20:39
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
cox sagol...........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 47
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 630
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}