10 Maraqlı Hadisə

 
10 Maraqlı Hadisə

1.1975-ci ildə Bermud adaları sakini maped sürərkən, təsadüfən taksi tərəfindən vurulur və yerindəcə ölür. Təxminən bir il sonra onun doğma qardaşı tamamilə eyni şəraitdə ölür. Təsadüfdür? Bəs siz bu qardaşın elə həmin mapeddə, elə həmin taksi tərəfindən (qardaşını vuran), həmin taksi sürücüsü və hətta sürücünün götürdüyü sərnişinin də eyni olduğunu bilsəz nə deyəcəksiz?!

2. Henri Ziqland əmin idi ki, öz taleyini barmağına dolamağı bacarıb. 1883-cü ildə sevgilisindən ayrıldıqdan sonra, sevgilisi bu ayrılığa dözməyib özünü öldürür. Qızın qardaşı qisas almaq üçün Henrini güllələyir və onun öldüyünü düşünüb özünü də öldürür. Lakin güllə Henriyə dəymir, onun üzündə yüngül cızıq qoymaqla ağaca dəyir. Bir neçə il sonra Henri bu ağacı kəsmək istəyir, lakin onun gövdəsi çox böyük olduğundan alınmır. Ağacı partlatmaq qərarına gələn Henri ona bir neçə dinamit qoyur. Partlayışdan hələ də ağacın gövdəsində qalmış bir vaxtlar Henriyə atılan güllə yenidən işə düşür və düz Henrinin başına dəyir...onu yerindəcə öldürür.

3. 1966-cı ildə 4 yaşlı Rocer az qala Abşın Salem şəhəri yaxınlığındakı göldə batacaqdı. Xoşbəxtlikdən onu Elis Bleys adlı qadın xilas etmişdi. 1974-cü ildə isə artıq 12 yaşlı Rocer, keşmiş borcunu qaytarıb. O, elə həmin yerdə batmaqda olan bir kişini xilas edir və məlum olur ki, o Elis Bleysin həyat yoldaşı imiş

4. 1664-cü ilin 5 dekabrında Uels sahilində bir sərnişin gəmisi batır. Bütün sərnişinlər və ekipaj üzvləri həlak olur, bir nəfərdən başqa. Bu bəxtəvər Xyu Uilyams adlı biri olur. 1785-ci ildə həmin yerdə digər bir gəmi batır, burdan da cəmi bir nəfər xilas olur ki, onun da adı Xyu Uilyams olur. 1860-cı ildə yenə 5 dekabrda həmin yerdə balıqçı gəmisi batır ki, yenə bir balıqçı sağ qalır, adı - Xyu Uilyams.

5.London Qrinberri-Xillində eyni vaxtda üç nəfər asılır, adları Qrin, Berri və Xill

6.1899-cu ildə vəfat etmiş məşhur amerikalı aktyor Carls Koqlen, öz vətənində deyil, truppa ilə birlikdə qastrolda olduqları Qalvestonda (Texas) dəfn edilir. Bir ildən sonra bu şəhərdə görünməmiş qasırğa baş verir ki, nəticədə bir neçə küçə və qəbirstanlıq dağılır. Kip bağlanmış Koiqlerin tabutu isə 9 il Atlantika boyunca təxminən 6000km üzən tabutu nəhayət axın Lavrentiya körfəzindəki Princ Eduard adasına düz Koqlenin doğulduğu evin qarşısına çıxarır.

7. XVI Lyudovikə qabaqcadan deyirlər ki, o ayın 21 öləcək. Qorxuya düşmüş kral hər ayın 21-i öz yataq otağından çıxmır. hec kəsi qəbul etmir və hec bir iş görmür. Lakin bunların xeyri olmur. 21 iyun 1791-ci ildə Lyudovik və həyat yoldaşı Mariya-Antuanetta həbs edilir. 21 sentyabr 1792-ci ildə Fransa respublika elan edilir və kral hakimiyyətinə son qoyulur. Nəhayət 21 yanvar 1793-cü ildə XVI Lyudovik edam edilir.

8. Texas sakini Allan Folbi avtomobil qəzasına uğrayır və ayaq arteriyası zədələnir. Yəqin ki, o ölərdi, əgər yaxınlıqdan keçən Alfred Smit ona vaxtında kömək edib yarasına sarğı qoyub, təcili yardıma zəng etməsəydi. 5 ildən sonra Folbi özü avto qəzanın şahidi olur: qəzaya uğramış maşının sahibi huşsuz, ayaq arteriyası kəsilmiş halda yerdə uzanmışdı.Bu ..... Alfred Smit idi.

9. 1997-ci ildə məşhur sovet fiquristi İrina Rodnina öz tanışı ilə Los-Ancelese gəlir və bir kafenin yanından keçərkən, yadına düşür: «Burda bir vaxtlar mən idmançı partnyorum Ulanovla ilk dəfə kafeyə öz pulumuza daxil olmuşduq. Bax həmin masa...» Elə bu an o, həmin masada Ulanovun əyləşdiyini görür. O da öz tanışını bura «məhz Rodnina» ilə lk dəfə hansı kafedə əyləşdiyini göstərməyə gətiribmiş.

10.Edqar Po qəzaya uğramış və ərzaqsız qalmış dənizçilərin aclıqdan matros olmağa hazırlaşıan şagirdləri Ricard Parkeri yemələri barədə hekayə yazır. 1884-cü ildə isə bu hekayə reallığa çevrilir. Krujevo gəmisi qəzaya uğrayır, aclıqdan ağlını itirmiş matroslar şagird Ricard Parkeri yeyirlər.


Geri dön

_RONALDO_

  • 28 fevral 2011 18:49
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Cox sagol...........

--------------------

Yusif

  • 8 fevral 2011 18:55
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
maraqli idi... twk

diktator641

  • 8 fevral 2011 15:18
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
maraqli idi... twk

sweet girl 09

  • 8 fevral 2011 13:35
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
Cox sagolun maraqli melumata gore.

Ulya

  • 8 fevral 2011 13:26
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox maraqli melumatlardi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 56
Cəmi: 94

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}