Peyğəmbərin isra və meracı

 
Peyğəmbərin isra və meracı

İsra gecə vaxtı səyahət etməyə deyilir. İsra Rəsulullahın bir gecədə Məkkədəki Məscidul-Həramdan Yerusəlimdəki Beytul-Məqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur. İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri bir gecədə Məscidul-Həramdan Məscidul-Əqsaya Buraq adlı miniyin üzərində Cəbrailin müşayiəti ilə aparması sayəsində ona bəxş etdiyi böyük bir möcüzədir.
Peyğəmbər Beytul-Məqdisə çatdıqda Buraqın ipini məscidin qapısının tutqacına bağlamış, sonra da məscidə daxil olub orada peyğəmbərlərə namaz qıldırmışdır. Sonra Cəbrail birinin içərisində şərab, digərində isə süd olan iki qab gətirmiş, o da südü seçmişdir. Onda Cəbrail ona demişdir: “Fitrətə müvafiq seçim etdin.”
Uca Allah Peyğəmbərin bu səyahəti haqda əl-İsra surəsində belə buyurur:
“Dəlillərimizdən bəzisini Peyğəmbərə göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (əl-İsra, 1).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Mənim yanıma Buraq – uzunqulaqdan böyük, qatırdan alçaq olan uzun, ağ rəngli bir heyvan gətirdilər. O, addımını gördüyü son nöqtəyə qoyurdu. Mən ona minib Beytul-Məqdisə gəldim və onun ipini peyğəmbərlərin öz miniklərinin iplərini bağladıqları həlqəyə bağladım. Sonra məscidə daxil olub orada iki rükət namaz qıldım. Sonra da çölə çıxdım və Cəbrail mənə birində şərab, digərində isə süd olan iki qab gətirdi. Mən südü seçdim. Cəbrail də mənə: “Sən fitrətə müvafiq seçim etdin”– dedi.” (Səhih Muslim, 162). Sonra Peyğəmbər hədisin qalanını danışıb meraca qalxdığını bildirdi.
Merac sözü qalxmaq, ucalmaq mənasını verir. Merac Peyğəmbərin Cəbrailin müşayiəti ilə Beytül-Məqdisdən dünya səmasına, daha sonra isə səmanın digər qatlarına qalxaraq yeddinci səmaya qədər qalxmasına, bu səmalarda peyğəmbərlərlə görüşüb onları salamlaması, sonra da Sidratul-Muntəhaya (son həddəki Sidr ağacının yanına) qalxması, orada Cəbraili xəlq edildiyi surətində görməsi, həmin gecə Allahın onunla danışması və ona beş vaxt namazı fərz buyurması və nəhayət, yerə enməsi nəzərdə tutulur. Merac hadisəsi İsra gecəsi baş vermişdir. Uca Allah buyurur:
“İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? Onu bir daha öz surətində enərkən gördü – son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü“ (ən-Nəcm, 12-18).
Bu ayələrdə Uca Allah Merac zamanı Peyğəmbərin gördüyü hadisələri qeyd edir. O, Cəbraili Sidratul-Muntəhanı bürümüş şəkildə görmüşdü. Peyğəmbər demişdir: “…Sonra biz səmaya qalxdıq, Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Sən kimsən?”– deyə soruşdular. O: “Cəbrailəm”– dedi. Onlar: “Yanındakı kimdir?”– deyə soruşdular. O: “Muhəmməddir” – dedi. Onlar: “Ona peyğəmbərlik verildimi?”– deyə soruşdular. O: “Bəli, verildi”– dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən Adəmi gördüm. O məni salamladı və mənə xeyir-dua etdi.” Sonra Peyğəmbər göyün o biri qatlarına qalxdığını və orada peyğəmbərlərlə görüşdüyünü qeyd etdi. Sonra dedi: “Daha sonra biz Sidratul-Muntəhaya qalxdıq. Onun yarpaqları fil qulaqlarına, meyvələri isə saxsı səhənglərə bənzəyirdi. Allah tərəfindən bu ağacı bürüyən bürüdükdə onun görünüşü dəyişdi. Allahın yaratdıqlarından heç kəs onun gözəlliyini vəsf edə bilməz.
Sonra Allah mənə bir çox əmrləri vəhy etdi və mənə gün ərzində əlli vaxt namaz qılmağı əmr etdi. Mən Musanın yanına qayıtdıqda o məndən soruşdu: “Rəbbin sənin ümmətinə nəyi fərz buyurdu?” Dedim: “Əlli vaxt namaz qılmağı.” Dedi: “Rəbbinin yanına get və ondan bu əmri yüngülləşdirməyini dilə, çünki sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Mən artıq İsrail oğullarından gördüyümü görmüşəm.” Sonra mən Rəbbimin yanına qayıdıb dedim: “Ey Rəbbim, verdiyin əmri ümmətim üçün yüngülləşdir.” O da bundan beşini azaltdı. Mən yenə Musanın yanına qayıtdım və ona bunu xəbər verdim. O dedi: “Sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Rəbbinin yanına qayıt və ondan bu əmri yüngülləşdirməsini dilə.” Beləcə, mən Rəbbimlə Musanın arasında gedib-gəlməyə başladım. Axırda Uca Allah belə buyurdu: “Ey Muhəmməd! Bu beş namazın hər biri on namaza bərabərdir və (ümumilikdə) əlli namaz kimidir...” (Səhih Muslim, 162).
İsra və Merac hadisələri Uca Allahın Öz Peyğəmbərinə bəxş etdiyi iki əvəzolunmaz nemətdir və hər bir müsəlman bu hadisələrin həqiqət olduğuna iman gətirməli və bilməlidir ki, Allah bu iki hadisə sayəsində Peyğəmbərimizi digər peyğəmbərlərdən üstün etmişdir.


Geri dön

Biqeyrət....

  • 16 may 2014 01:39
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
ALLAH razi olsun

Milyonerka

  • 14 may 2014 20:22
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

MİLANANIN_AŞKI

  • 14 may 2014 12:59
  • Məqalə: 1
  • Şərh: 271
  • Bal:
{awards}
tewekkurlerrr......

^Peri MaSali^

  • 13 may 2014 19:07
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

♔ Rapuиzel ♔

  • 13 may 2014 17:18
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

PoZitiV Kaa=)

  • 13 may 2014 16:55
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
meqaleye gore twk)

--------------------

ヅ Bad Girl ヅ

  • 13 may 2014 16:37
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

NeFeSiM LiL OrXaN

  • 13 may 2014 15:56
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^^FiDaNKa^^

  • 13 may 2014 15:53
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
ALLAH razi olsun

NikaLYa

  • 13 may 2014 14:51
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

tasteful girl

  • 13 may 2014 14:46
  • Məqalə: 1
  • Şərh: 810
  • Bal:
{awards}
Allah razi olsun

Qaska_Quli

  • 13 may 2014 14:16
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunnn

--------------------

^^Nazlı Şeytan^^

  • 13 may 2014 14:12
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

qaradaqirmizi

  • 13 may 2014 14:09
  • Məqalə: 0
  • Şərh: 275
  • Bal:
{awards}
MARAQLI IDI.ALLAH RAZI OLSUN

--------------------
Ölüm nedir??...Dönüsü olmayan tetil.
Hmmm...bes sevgi??
Gencliyi mehv eden qatil...

K.r.A.l

  • 13 may 2014 13:54
  • Məqalə: 26
  • Şərh: 1379
  • Bal:
{awards}
cox gozeldiii

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

shiltag_ayka

  • 13 may 2014 13:51
  • Məqalə: 1
  • Şərh: 372
  • Bal:
{awards}
ALLAH razi olsunnnn

--------------------
heyatda 2 weyi unut: sene olunan pislikleri ve etdiyin yaxwiliqlari 2 weyi yaddan cixarma "ALLAH ve OLUM"

Roya_____

  • 13 may 2014 13:48
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}