Səndən olmaz (Bölüm 5)

 
Səndən olmaz (Bölüm 5)


Yol boyunca heç birimiz 1 kəlmə kəsmədik.Orxan bacardığı qədər özünü soyuqqanlı aparmağa çalışırdı.Mən isə vecsiz kimi görünsəm də azacıq narahat idim.Ya bu adam birdən manyaklaşsa...?!....Allah uzaq eləsin!...
Və nəhayət ağzını güclə də olsa açıb söz soruşmağa nail oldu.

-Hara?!...
Dilucu əyləncə mərkəzinin ünvanını bildirib ona baxdım.
-Kimlər olacaq orda?!...
Vau! Qısqanclıq notları güclənir getdikcə...
-Qızlar ancaq...
-Hansı qızlar?!...
-Sinif yoldaşlarım...
Deyəsən mənim "açıqlama”mdan sonra azcıq da olsa rahatlşadı.
-Sən onlarla görüşə gedəndə belə geyinməyə məcbursan?!...
Mən cavab verməyib sadəcə başımı buladım.Yenə salona səssizlik çökdü...Maşın gəlib mərkəzə çatanda mənə diqqətlə baxdı.
-Elə düşünmə ki, sənə güvənmirəm, sadəcə sənin kimi birinin...-sözünü tamamlaya bilmədi.
-Mən necə biriyəm ki?!..
-İnsanlara güvənməkdən qorxursan,amma güvəndiklərin də var və onlarla vaxt keçirmək xoşdur sənə...
Onun analizi dodaqlarımda təbəssüm yaratdı. Heç nə demədən maşından enib mərkəzə daxil oldum...
Gün boyu qızlarla əylənsəm də Orxanın son halı məni rahat buraxmırdı.Düzdür, xoşuma gəlirdi, amma bu "hə” deməyə əsas vermirdi.Xalamqızının başına gələnlər məni elə sarsıtmışdı ki, bunu sözlə ifadə edə bilmirəm.İldə 2-3 dəfə Bakıya təşrif buyuran xalamqızının gözlərində hamıdan gizlətməyə çalışdığı ümman kədər vardı.Son gəlişi ilə Orxanı mənim izimə salmışdı....
...Artıq əyləncə bitmişdi. Günortadan xeyli keçmişdi.Məkandan çıxanda onun maşınını görüb təəccübləndim.Bu adam işə getməyib bəyəm?! Diqqətlə baxanda onun sükanın arxasında əyləşdiyini və mənə baxdığını görüb içimdə sanki nəsə yerini dəyişdi.Mənimlə danışan qızlara fikir vermədən maşına tərəf addımlarımı atmağa başladım.Salona keçib əyləşdim.
-Sənin kimi tanınmağa başlayan iş adamı niyə rəqiblərinə şans versin ki?!-təəccüblə soruşdum.
Gözlərini şüşədən ayırıb mənə baxdı.
-İşlə bağlı hansısa fövqəladə problem olmayıb, narahat olma,-səsi də baxışları qədər quru idi.
-Bu nə tondur?!...
-Necə danışmağımı istəyirsən, Nərmin?!...
-Orxan, xahiş edirəm...
-Sən mənə nə etmisən?!...
Özümün də xəbəri olmadan onun gözlərinə sehrlənmişdim.
-Niyə, Nərmin?! Niyə?! Sadəcə "niyə”sini de, başqa heç nə istəmirəm...Niyə özünü aldadırsan?!...
-Mən özümü aldatmıram.Düzdür, səndən xoşum gəlir, əsl kişi xaarakterinə sahibsən, amma mən insanlara güvənmək məsələsində ehtiyatlı biriyəm...
-Hə, bilirəm, amma mən o insanlardan deyiləm, Nərmin...
-Bilirəm,-deyib xəfifcə təbəssüm etdim.
O da gülümsəyərək əlini yanağıma toxundurdu.
-Gedək?!-soruşub gözlərimə daha mənalı baxdı.
-Hara?!-təəccübləndim.
-Bax onu özün görəcəksən,-deyib mütəhərriki işə saldı.
Yol boyunca bir-birimizə baxıb gülümsəyirdik.Arada gah əlimi öpür, gah da yanağıma sığal çəkirdi.Mən ciddi təsir bağışlayan bir adamın əsl ruhunu kəşf etmişdim deyəsən...
...O, məni bahalı əyləncə mərkəzinə gətirmişdi.Əyləncələrin sayı-hesabı yox idi.Biri bitər-bitməz, digəri gəlirdi...
...Axşama yaxın məkandan çıxdıq.Vaxtın necə gəlib keçdiyini bilmədim.Hər ikimiz də gülə-gülə maşına əyləşdik.Mən ona baxanda sözlə ifadə edilməsi mümkun olmayan hisslər keçirdim.Orxan üzünü yaxınlaşdırıb nəfəsini üzümdə hiss etdirdi.
-Sən özəlsən,-deyib astaca dodaqlarıma toxundu
Mənə elə gəldi ki, ətrafda nə varsa hamısı bircə anlığa hərəkətsiz vəziyyətə düşdü.Orxan dodaqlarını dodaqlarımdan ayırıb mənə "günahkarcasına” baxaraq dedi.
-Bağışla...
Evə gəlib çatanadək heç birimiz səsimizi çıxartmadıq.Arada baxışırdıq,nəsə deməyə can atırdıq, amma tez də vaz keçirik.Mən qapın açmaq istəyəndə biləyimdə onun barmaqlarını hiss etdim.Qeyri ixtiyari gözlərinə baxdm.
-Mən səni incitmək istəmirəm, Nərmin...
Cavab vermədən biləyimi Orxanın barmaqlarından qopardıb maşından endim...
...Evə gəlməyimə bir yox, min peşman oldum.Nənəm yenə də öz ampulasında idi.Mən nəsə anlamağa çalışarkən acgözlüklə baxaraq nəzərimə çatdırdı.
-Sənə elçi düşüblər...
-Və?!...
Anam əl çalaraq mənim cavabımdan məmnunluğunu nümayiş etdirdi.
-Ana, mən hər dəfə bacımla onun qızına qurduğun ssenarini yada salmalıyam ki, xam xəyallarından əl çəkəsən, hə?!...
"Savaş”ı izləmək fikrində olmadığımdan özümü otağıma yerləşdirdim.Güzgü qarşısında özümlə Orxanı düşünməyə başlamışdım ki, qapı taqqıldatdı.
-Gəl...
İçəəri girən qardaşım idi. Bacı-qardaş ordan-burdan söhbət elədik...
...Aradan 1 həftəyə yaxın vaxt keçmişdi.Orxan yenə məni aparıb gətirirdi.Hər dəfə də hansısa kişi cinsinin mənə baxması, gülümsəməsi onun cinlərini təpəsinə mindirirdi.Dava-dalaş salmamaq üçün özünü güclə saxlayırdı.Artıq ona görə işdə mənə heç bir oğlan yaxınlaşmırdı...
...Yenə Bakı gecələrinin birində bulvarda gəzişirdik.Özümdən asılı olmadan onun qoluna girdim.Orxan təəccüblənsə də məmnun olduğu gözlərindən oxunurdu...
Açıq kafedə əyləşmişdik.
-Nərmin,niyə?!...
-Anlamadım?!...
-Sənə gələn növbəti elçiyə rədd cavabı verdiyini bilirəm...
-Sadəcə istəmədim..Həm ailənin reaksiyası elə oldu ki, deyəsən buna borcum var.
-Necə yəni?!
-"Olmadı ki! Minnətiniz olsun da! Buraya qədər rədd edilmək üçün gəlmişik?!”...Atam qardaşımı güclə saxladı.Anam isə nənəmə qalibanə baxırdı...
Orxan gülümsəməyini saxlaya bilmədi.
-Bəs sən?!...
-Mən?! Heç nə...Sadəcə izlədim, vəssəlam...
Masaya qoyulan əlimi qaldırıb gözlərimə baxa-baxa öpdü.
-Belə də bilirdim...
Bu insanın özünə əminliyi o qədər güclü idi ki gəl görəsən...
...Artıq evdəkilər də, işdəkilər də aramızdakı münasibətdən xəbərdar idilər.Nənəm tez-tez evlilik söhbətini ortaya atsa da valideynlərim məni tələsdirmirdilər.Qardaşım isə onun haqqında məndən 1-2 kəlməlik də olsa söz qopartmağa çalışırdı...
...Yenə axşam, yenə gəzinti.Bulvar boyunca gəzirdik.Birdən əlimdən tutub dayandı.Məsum təbəssümlə gözlərinə baxdım.
-Nərmin, düzünü de,-tonundakı zarafatla bərabər ciddiyət də sezilirdi.
-Nəyi?!-heç nə anlamdım.
-Mənə qarşı nə hiss edirsən?!...
Bir anlıq mənə elə gəldi ki, ətrafda hər şeyin hərəkəti durdurulub.Bir mən, bir Orxan, vəssəlam! Onun baxışları getdikcə ciddiləşib mənə yaxınlaşdı.Nəfəsimi içəri çəkib üz cizgilərinə diqqətlə baxmağa başladım.
-Mən...
-Sən nə?!
Gözlərim yavaş-yavaş dolmağa başladı.Yanağıma süzülən damcıları barmaqları ilə silib xırltılı səslə dedi:
-Ağlama...Səni incitmək istəmədim...
-Səni itirmək istəmirəm,-deyib onun boynunu bərk qucaqladım.
Orxan isti əlləri ilə məni özünə sıxıb qucaqladı.Saçlarımın ətrini içinə çəkərək qulağıma pıçıldadı.
-Səni sevirəm, Nərmin...Çox sevirəm...
-Mən də...Mən də səni sevirəm...
Biz neçə müddət beləcə bir-birimizi bəmbərk qucaqladıq heç xəbərimiz olmadı...

Ardı var.....
(Müəllif Nigar)


Geri dön

PoZitiV Kaa=)

  • 24 may 2014 20:45
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
meqaleye gore twk)

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 23 may 2014 17:30
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler maragli idi

--------------------

T.O.M.A

  • 20 may 2014 22:58
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 19 may 2014 19:21
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

Banned549678

  • 19 may 2014 17:12
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkür ediRəm sağolun

^^FiDaNKa^^

  • 18 may 2014 23:33
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Tewekkurler

Biqeyrət....

  • 18 may 2014 18:26
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler

ЛЮБИМКА

  • 18 may 2014 16:21
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 18 may 2014 15:57
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

NikaLYa

  • 18 may 2014 14:54
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Milyonerka

  • 18 may 2014 12:53
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
TewekkurLer :)

TewekkurLer :)

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

NeFeSiM LiL OrXaN

  • 18 may 2014 12:17
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurlerrrr

^Peri MaSali^

  • 18 may 2014 11:17
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
tesekurleeer super)))

♔ Rapuиzel ♔

  • 18 may 2014 10:16
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
tewekkurler

--------------------

__MB__

  • 18 may 2014 09:53
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
tewekkur edirem

PércyDarkMoon

  • 18 may 2014 09:39
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurler maragli idi

--------------------

Qaska_Quli

  • 18 may 2014 09:25
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

➰__Ýųśíf__➰

  • 18 may 2014 08:39
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
ilk şərh mənden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}