Süleyman peyğəmbər və şahzadə Bəlqisin hekayəsi

 
Süleyman peyğəmbər və şahzadə Bəlqisin hekayəsi

Uca Allah buyurur: "Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: "Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!"
Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür".
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar müntəzəm şəkildə yerbəyer edildilər. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər".
Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!"
Süleyman quşları nəzərdən keçirib dedi: "Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur? O, ya mənə aşkar bir dəlil gətirməlidir, ya da mən ona şiddətli bir əzab verməliyəm və yaxud da tutub boğazını üzməliyəm".
Çox keçmədən hüdhüd gəlib dedi: "Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər. Şeytan ona görə belə etmişdir ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər. Böyük Ərşin Rəbbi olan Allahdan başqa ibadətə layiq olan məbud yoxdur".
Süleyman dedi: "Baxaq görək, sən doğru deyirsən, yoxsa yalançılardansan. Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!"
Qadın dedi: «Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı. O məktub Süleymandandır və onda deyilir: "Mərhəmətli və Rəhmli Allahın adı ilə! Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin!"»
Qadın dedi: "Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm".
Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!"
Qadın dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər. Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar.
Elçilər Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz. Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!"
Süleyman dedi: "Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?"
Cinlərdən çox qüvvətli birisi dedi: "Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!"
Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!"
Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!"
Süleyman dedi: "Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq və ya tanımayanlardan olacaq?"
Qadın gəldikdə ona: "Taxtın bu cürdürmü?"–
deyildi.
O dedi: "Deyəsən odur!"
Süleyman dedi: "Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!"
Allahdan başqa tapındığı şeylər o qadını tövhiddən yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi.
Qadına: "Saraya daxil ol!"– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı.
Süleyman dedi: "Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!"
Qadın dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!" (ən-Nəml, 15-44).


Geri dön

PoZitiV Kaa=)

  • 24 may 2014 20:42
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
meqaleye gore twk)

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 23 may 2014 17:18
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Banned549678

  • 22 may 2014 18:24
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun

HUSEYN ASHIQI

  • 22 may 2014 15:23
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
Cox sag olun secilmislere attim ...

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

T.O.M.A

  • 20 may 2014 22:11
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 19 may 2014 19:11
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH Rehmet Elesin

--------------------

prosta barbi

  • 19 may 2014 11:34
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
TEWEKKUR.............

^^FiDaNKa^^

  • 18 may 2014 23:50
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Tewekkurlerrrr

ЛЮБИМКА

  • 18 may 2014 16:01
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
allah.razi.olsun

ヅ Bad Girl ヅ

  • 18 may 2014 15:38
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH Rehmet Elesin

--------------------

Biqeyrət....

  • 18 may 2014 15:02
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH razi olsun...

NikaLYa

  • 18 may 2014 14:40
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALAH RAZI OLSUN

--------------------

NeFeSiM LiL OrXaN

  • 18 may 2014 14:09
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

➰__Ýųśíf__➰

  • 18 may 2014 14:00
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
təşəkkür edirəm

Milyonerka

  • 18 may 2014 13:47
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH Rehmet Elesin

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 62
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}