Aysel Teymurzadə ilə müsahibə

 
Aysel Teymurzadə ilə müsahibə



1.Zövq rənglərlə ifadə olunur

Azərbaycan qızlarının gözəl zövqü var. Amma gənclərə məsləhət görərdim ki, xarici jurnallara baxıb, özlərinə düzgün stil seçsinlər. Qızlarımız daha yaxşı geyinə bilərlər. Bəziləri imiclərini özü yaradır, üslubu tamamlamayan, fərqli paltarlar geyinməklə, guya qeyri-adi üslub yaratmağa çalışırlar. Mən «Eurovision»da olanda, professional stilistlər mənə doğru imic seçimində yardım etdilər. Öz stilimi tapdım və bu günə kimi də həmin imicdəyəm. Mən ağ, qara və füruzəyi rənglərdə olan geyimləri sevirəm. Amma bir faktı da vurğulayım ki, bir ara bütün şəhər sarı rəngdə gəzirdi. Ondan sonra sarı rəngə nifrət etdim. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Bir rəng dəbdə olan kimi bütün dünya o rənglə «xəstələnir» və o rəngin özünəməxsus yaraşığı qalmır. Mən İsveçrədə olanda yerli xanımların geyimlərinə həsəd aparırdım. Onlar sadə, eyni zamanda çox zövqlə geyinirlər. Bizim qızlar isə hər yerə dikdaban ayaqqabı geyinir, daha cazibəli görünməyə çalışırlar. Halbuki, idman ayaqqabısında da gözəl və zövqlü görünmək olar. Qızlarımızın stil mövzusunda bir mənfi cəhəti odur ki, onlar makiyajdan çoxlu istifadə edirlər

2. Hər qida xörək deyil

Hər bir gənc mədəni tərbiyəsi və dünya görüşü ilə fərqlənməlidir. Mən Amerikada olanda gördüm ki, onlar heç ağıllı millət sayılmırlar. Bizim gənclər daha gözüaçıqdırlar və yüksək dünyagörüşü ilə seçilirlər. Biz hər şeydən az-az öyrənirik. Hər mövzuda danışa bilirik. Amma onlar bir sahəni seçib, o yolla irəliləyirlər. Ətrafda baş verən heç nədən anlayışları olmur. Gənclərə tariximizi, mədəniyyətimizi, mətbəximizi öyrənməyi məsləhət görərdim. Çünki hansısa əcnəbi insanların məclisində olanda bu barədə danışmaq olar. Mən bu cür məclislərdə ancaq mətbəximizdən danışıram. Çünki Azərbaycan yeməklərini - balıq məhsullarını, aş, dolma, dovğanı çox sevirəm. İsveçdə Azərbaycan restoranı olmadığı üçün bizim yeməklər üçün çox darıxırdım. İndi fast-food yemək çox dəbdədir. Mənsə heç vaxt xörək ola-ola fast-food yemərəm. Ancaq çəkiliş vaxtı yaxınlıqda kafe olanda ordan nəsə alıb yeyirəm. Düzdür, sağlam həyat tərzinə indiki zəmanədə riayət etmək çox çətindir. Amma çalışıram ki, sağlamlığıma xeyirli olan ərzaqları yeyim.Bilirəm ki, çox çörək yemək olmaz. Amma nə edim ki, mən təndir çörəyini çox sevirəm. Xüsusi pəhrizim yoxdur. Formada qalmaq üçün sadəcə, az yeyirəm. Həm də arıqlıq insanın genetikasında olmalıdır. Mənim konfiqurasiyam belədir.

3. Xarici dil bilməsən, əcnəbinin susqunluğunu anlamayacaqsan

Gənclər iş tapmaq üçün daha çox ingilis dilini öyrənməyə çalışırlar. Halbuki, hər bir insan ingilis dilini bilməlidir. Çünki dünyanın hansı ölkəsinə getsən, bu dil sənə çox kömək edəcək. İndi işə qəbul olunmağa gələndə soruşmurlar ki, «İngilis dilini bilirsən?». Soruşurlar ki, «Başqa hansı dili bilirsən?». Çünki ingilis dilini bilib, evdə oturan çox gənclərimiz var. İndiki zəmanə üçün təkcə bu dildə danışmaq kifayət etmir. Deyirlər ki, hər dil bir insandır. Əgər 5 dil bilirsənsə, demək, sən 5 ayrı insansan. Poliqlot olmaq çox gözəldir. Mən rus, azərbaycan, ingilis və türk dillərindən başqa alman və ispan dillərini bilirəm. Bu dillərdə mahnılar oxumağı çox sevirəm. İndi də Fransız və fars dilini öyrənmək istəyirəm.


4. Dizayn zövq formalaşdırır


Bizim restoranların interyeri çox gözəldir. Oturmaq üçün kafe seçimi edəndə, yeməkdən əvvəl dizayna xüsusi fikir vermək lazımdır. Çünki yemək hazır olana kimi oturub, maraqlı dizayna baxıb, maraqlı ideyalar götürmək, zövqü formalaşdırmaq, inkişaf etdirmək olur. Doğrusu, özümü heç vaxt dizaynerlikdə sınamamışam. Amma məncə, bir otağa və ya evə gözəl dizayn verə bilərəm. Çünki mənim gözəl zövqüm və maraqlı ideyalarım var


5. Toyların sehri


Bu gün bizim toylar çox səviyyəli və maraqlı keçir. Gözəl adət -ənənələr və gəlinlə - bəyin qonaqlara xüsusi rəqs töhfəsi çox gözəl yenilikdir. Amma bircə detalı deyim ki, toylarda səs akustikası xoşuma gəlmir. Səsdən adamın qulağı tutulur. Toydan çıxandan sonra qulaqlarında elə bir səs qalır ki, heç nə eşitmirsən. Mən öz toyumu şəhərdən kənarda, açıq səma altında, təbiət qoynunda, göl kənarında, ağ toy çadırının altında etmək istəyərdim. Amma bizdə belə toy stili qəbul olunmur. Daha çox bər-bəzəkli şadlıq saraylarına üstünlük verilir.

6. Şablon görüşlər

Bütün dünyada görüşlər şablon keçir. Gənclər görüşəndə kinoya gedir, alaqaranlıq otaqda şam edirlər. Amma görüşləri daha gözəl və səviyyəli etmək olar. Əgər hava imkan verirsə, sevdiyin insanı dəniz kənarına aparıb, ona sürpriz etmək olar. Qurulmuş çadır altında masa düzəltmək, üzərinə balıq yeməyi və ağ şərab qoymaq çox romantikdir. Masanın yanında bir nəfər də gitara və ya skripkada ifa etsə, bu, qadın üçün heç vaxt unutmayacağı şam yeməyi olar.

7. Qadın eyni zamanda həm şeytan, həm mələkdir


Kişi və qadın arasında söz - söhbət düşəndə, kişi bir dəstə gül və ya xoş sözlərlə öz peşmançılığını ifadə edib, qadına barışıq təklif edə bilər. Amma qadının bu kimi jestlər etməyə ehtiyacı yoxdur. Qadın nazı-qəmzəsi, şirin dili, baxışları ilə naz eləsə, kişi onu bağışlayar. Xəyanət isə bağışlanmazdır. Kim olursa olsun, mən heç vaxt xəyanəti bağışlamaram. Qadının incəliyi və gözəlliyi məclislərdə nəzərə çarpır. Məclisdə qadın gərək əsas rolu kişiyə versin. Kişi danışmalı, o isə sadəcə, qısa olaraq, şərh bildirib, özünü mədəni aparmalıdır.


8. İçki qədəhinə diqqət!



Qırmızı şərabı çox sevirəm. Deyilənə görə, gündə bir qədəh qırmızı şərab içmək sağlamlıq üçün çox xeyirlidir. Amma evdən kənarda çox içməyi sevmirəm. Xarici ölkədə səni nə qədər maraqlı insanlar əhatə etsə də, qətiyyən alkoqol içmə. Çünki qədəhinə nəsə atarlar. İnsan yalnız dost-tanış yanında sərbəst ola bilər


Xəyanəti heç vaxt bağışlamayan Aysel Teymurzadə


Şirin siması, maraqlı oxu tərzi və naz-qəmzəsi ilə Azərbaycan şou-biznesində özünə yer tapan Aysel Teymurzadə sən demə, əsl stilist imiş. Onun həyata qlamur baxışları hər bir gəncə nümunə ola bilər. Geniş fantaziyası ilə fərqlənən Ayselin 13 fikri yəqin ki, çoxlarını təəccübləndirəcək.

1. Zövq rənglərlə ifadə olunur

Azərbaycan qızlarının gözəl zövqü var. Amma gənclərə məsləhət görərdim ki, xarici jurnallara baxıb, özlərinə düzgün stil seçsinlər. Qızlarımız daha yaxşı geyinə bilərlər. Bəziləri imiclərini özü yaradır, üslubu tamamlamayan, fərqli paltarlar geyinməklə, guya qeyri-adi üslub yaratmağa çalışırlar. Mən «Eurovision»da olanda, professional stilistlər mənə doğru imic seçimində yardım etdilər. Öz stilimi tapdım və bu günə kimi də həmin imicdəyəm. Mən ağ, qara və füruzəyi rənglərdə olan geyimləri sevirəm. Amma bir faktı da vurğulayım ki, bir ara bütün şəhər sarı rəngdə gəzirdi. Ondan sonra sarı rəngə nifrət etdim. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Bir rəng dəbdə olan kimi bütün dünya o rənglə «xəstələnir» və o rəngin özünəməxsus yaraşığı qalmır. Mən İsveçrədə olanda yerli xanımların geyimlərinə həsəd aparırdım. Onlar sadə, eyni zamanda çox zövqlə geyinirlər. Bizim qızlar isə hər yerə dikdaban ayaqqabı geyinir, daha cazibəli görünməyə çalışırlar. Halbuki, idman ayaqqabısında da gözəl və zövqlü görünmək olar. Qızlarımızın stil mövzusunda bir mənfi cəhəti odur ki, onlar makiyajdan çoxlu istifadə edirlər.

2. Hər qida xörək deyil

Hər bir gənc mədəni tərbiyəsi və dünya görüşü ilə fərqlənməlidir. Mən Amerikada olanda gördüm ki, onlar heç ağıllı millət sayılmırlar. Bizim gənclər daha gözüaçıqdırlar və yüksək dünyagörüşü ilə seçilirlər. Biz hər şeydən az-az öyrənirik. Hər mövzuda danışa bilirik. Amma onlar bir sahəni seçib, o yolla irəliləyirlər. Ətrafda baş verən heç nədən anlayışları olmur. Gənclərə tariximizi, mədəniyyətimizi, mətbəximizi öyrənməyi məsləhət görərdim. Çünki hansısa əcnəbi insanların məclisində olanda bu barədə danışmaq olar. Mən bu cür məclislərdə ancaq mətbəximizdən danışıram. Çünki Azərbaycan yeməklərini - balıq məhsullarını, aş, dolma, dovğanı çox sevirəm. İsveçdə Azərbaycan restoranı olmadığı üçün bizim yeməklər üçün çox darıxırdım. İndi fast-food yemək çox dəbdədir. Mənsə heç vaxt xörək ola-ola fast-food yemərəm. Ancaq çəkiliş vaxtı yaxınlıqda kafe olanda ordan nəsə alıb yeyirəm. Düzdür, sağlam həyat tərzinə indiki zəmanədə riayət etmək çox çətindir. Amma çalışıram ki, sağlamlığıma xeyirli olan ərzaqları yeyim.Bilirəm ki, çox çörək yemək olmaz. Amma nə edim ki, mən təndir çörəyini çox sevirəm. Xüsusi pəhrizim yoxdur. Formada qalmaq üçün sadəcə, az yeyirəm. Həm də arıqlıq insanın genetikasında olmalıdır. Mənim konfiqurasiyam belədir.

3. Xarici dil bilməsən, əcnəbinin susqunluğunu anlamayacaqsan

Gənclər iş tapmaq üçün daha çox ingilis dilini öyrənməyə çalışırlar. Halbuki, hər bir insan ingilis dilini bilməlidir. Çünki dünyanın hansı ölkəsinə getsən, bu dil sənə çox kömək edəcək. İndi işə qəbul olunmağa gələndə soruşmurlar ki, «İngilis dilini bilirsən?». Soruşurlar ki, «Başqa hansı dili bilirsən?». Çünki ingilis dilini bilib, evdə oturan çox gənclərimiz var. İndiki zəmanə üçün təkcə bu dildə danışmaq kifayət etmir. Deyirlər ki, hər dil bir insandır. Əgər 5 dil bilirsənsə, demək, sən 5 ayrı insansan. Poliqlot olmaq çox gözəldir. Mən rus, azərbaycan, ingilis və türk dillərindən başqa alman və ispan dillərini bilirəm. Bu dillərdə mahnılar oxumağı çox sevirəm. İndi də Fransız və fars dilini öyrənmək istəyirəm.

4. Dizayn zövq formalaşdırır

Bizim restoranların interyeri çox gözəldir. Oturmaq üçün kafe seçimi edəndə, yeməkdən əvvəl dizayna xüsusi fikir vermək lazımdır. Çünki yemək hazır olana kimi oturub, maraqlı dizayna baxıb, maraqlı ideyalar götürmək, zövqü formalaşdırmaq, inkişaf etdirmək olur. Doğrusu, özümü heç vaxt dizaynerlikdə sınamamışam. Amma məncə, bir otağa və ya evə gözəl dizayn verə bilərəm. Çünki mənim gözəl zövqüm və maraqlı ideyalarım var.

5. Toyların sehri

Bu gün bizim toylar çox səviyyəli və maraqlı keçir. Gözəl adət -ənənələr və gəlinlə - bəyin qonaqlara xüsusi rəqs töhfəsi çox gözəl yenilikdir. Amma bircə detalı deyim ki, toylarda səs akustikası xoşuma gəlmir. Səsdən adamın qulağı tutulur. Toydan çıxandan sonra qulaqlarında elə bir səs qalır ki, heç nə eşitmirsən. Mən öz toyumu şəhərdən kənarda, açıq səma altında, təbiət qoynunda, göl kənarında, ağ toy çadırının altında etmək istəyərdim. Amma bizdə belə toy stili qəbul olunmur. Daha çox bər-bəzəkli şadlıq saraylarına üstünlük verilir.

6. Şablon görüşlər

Bütün dünyada görüşlər şablon keçir. Gənclər görüşəndə kinoya gedir, alaqaranlıq otaqda şam edirlər. Amma görüşləri daha gözəl və səviyyəli etmək olar. Əgər hava imkan verirsə, sevdiyin insanı dəniz kənarına aparıb, ona sürpriz etmək olar. Qurulmuş çadır altında masa düzəltmək, üzərinə balıq yeməyi və ağ şərab qoymaq çox romantikdir. Masanın yanında bir nəfər də gitara və ya skripkada ifa etsə, bu, qadın üçün heç vaxt unutmayacağı şam yeməyi olar.


7. Qadın eyni zamanda həm şeytan, həm mələkdir

Kişi və qadın arasında söz - söhbət düşəndə, kişi bir dəstə gül və ya xoş sözlərlə öz peşmançılığını ifadə edib, qadına barışıq təklif edə bilər. Amma qadının bu kimi jestlər etməyə ehtiyacı yoxdur. Qadın nazı-qəmzəsi, şirin dili, baxışları ilə naz eləsə, kişi onu bağışlayar. Xəyanət isə bağışlanmazdır. Kim olursa olsun, mən heç vaxt xəyanəti bağışlamaram. Qadının incəliyi və gözəlliyi məclislərdə nəzərə çarpır. Məclisdə qadın gərək əsas rolu kişiyə versin. Kişi danışmalı, o isə sadəcə, qısa olaraq, şərh bildirib, özünü mədəni aparmalıdır.

8. İçki qədəhinə diqqət!

Qırmızı şərabı çox sevirəm. Deyilənə görə, gündə bir qədəh qırmızı şərab içmək sağlamlıq üçün çox xeyirlidir. Amma evdən kənarda çox içməyi sevmirəm. Xarici ölkədə səni nə qədər maraqlı insanlar əhatə etsə də, qətiyyən alkoqol içmə. Çünki qədəhinə nəsə atarlar. İnsan yalnız dost-tanış yanında sərbəst ola bilər.


9. Muzey və reklam sintezi

Muzeylərə getməyi, orada qədim xalça və əl işlərinə, arxeoloji qazıntılara baxmağı çox xoşlayıram. İndiki gənclərdə isə teatrlara, muzeylərə getməyə qətiyyən həvəs yoxdur. Müasir gəncləri qədim tariximizə, incəsənətimizə yönəldən maraqlı bir vasitə olmalıdır. Bu da reklamdır. Çünki gənclər reklama daha çox baxırlar. Reklam insanı ruhlandırır. Məncə, zəmanə hər şeydə reklam tələb edir.

10. Xaricdə yaşlı insana hörmət yoxdur

Bizə balacalıqdan yaşlılara hörmət etməyi öyrədiblər. Azərbaycanda ümumiyyətlə, böyük-kiçik yeri var. Amerikada isə bütün yaşda və cinsdə olan insanlar eyni hüquqludu. Məsələn, orada şagird müəlliminə cavab qaytara bilər. Şərq prizmasından yanaşsaq bu, çox pis haldır.


11. Kumir ideal insan demək deyil


Mən uşaq vaxtı Natalya Oreyronun fanatı olmuşam. İndi isə kumirim yoxdur. Ümumiyyətlə, insan heç kimə özünü bənzətməməlidir. Çünki ideal insan yoxdur. Ona görə də insan sadəcə, çatışmayan cəhətlərini görüb, öz üzərində işləməlidir. Başqasının görkəmi və xüsusiyyətləri ilə ideallaşmaq olmaz. Sadəcə, yaxşı olana baxıb, nümunə götürmək lazımdır.

12. Sevgi etirafları gözə baxaraq deyilməlidir

Bu gün sevgi etirafları sms-lə bildirilir. İnsan həyatda ifadə edə bilmədiyi sözləri sms-lə, internetlə yazır və ya telefonla deyir. Məncə bu, düzgün deyil. Sevgi etirafı

romantik mühitdə olmalıdır. Sevgi hissləri sevgilinin gözünün içinə baxaraq, səmimi hisslərlə ifadə olunmalıdır. Bu vaxt qarşı tərəf də bu etirafların səmimiliyinə inanar. Əvvəllər sevgi məktubları əl ilə yazılardı. Orada insanın hiss və həyəcanı hiss olunurdu. İndi isə etiraflar adiləşdiyi üçün sevgilərin də ömrü az olur. Sevgi bu gün çox adiləşib. Oğlanın qızdan xoşu gələndə, öyrəşəndə belə, «Sevirəm» deyir. Ona görə də indiki münasibətlər qısaömürlü və qeyri-ciddi olur. İndiki gənclər tez alışıb, tez də sönür. Məncə hər şey yavaş-yavaş, təmkinlə olmalıdır.

Mən həmişə deyirdim ki, əcnəbiyə ərə gedəcəm. Amma vaxt keçdikcə, insan böyüdükcə başa düşür ki, bizim mentalitetimiz, dünyagörüşümüz və düşüncələrimiz tamam fərqlidir. Xaricdə yaşayan azərbaycanlı da bizim ruhda, mentalitetdə böyüyüb. O cür insanla ailə qura bilərəm.

13. Kitab insanı həyata hazırlayır

Mütaliə etmək insanın dünyagörüşünü artırır. Kitabı dərk etmək üçün bir neçə dəfə oxumaq lazımdır. Gənclərin ən yaxın dostu ana və kitab olmalıdır. Kitab insanı pis yola yönəltməz. O insana həyat dərsini əvvəlcədən göstərir. Çox gənclərin otağında kitabdan başqa hər şey var. Çoxları kitabın xeyrini başa düşmür. Halbuki, bütün suallara kitablarda cavab tapmaq olar.


Geri dön

nilayka

  • 6 may 2011 21:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
smile

--------------------

aysel16

  • 3 mart 2011 12:55
  • Məqalə: 96
  • Şərh: 409
  • Bal:
{awards}
aysel superdir

--------------------

Milaska

  • 10 fevral 2011 13:28
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
xosuma gelmedi

-=EFSANE-XANIM=-

  • 8 fevral 2011 19:36
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
DEYESEN TERS YAZILIB AXI,TEKRAR GEDIB BEZI HISSELER.BIR DE BU MUSAHIBEDEN COX MESLEHETXANA OLDU

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

Yusif

  • 8 fevral 2011 18:54
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
MARAQSIZ alinib.

sevgi_meleyim.

  • 8 fevral 2011 16:38
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Hmm belay ... Acigi hec beyenmirem de Ayseli... Ama tsk, musahibeni hec oxumadimda tam. tongue

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Nili

  • 8 fevral 2011 16:32
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
bu xeberi basqa saytda oxumusam eziyete gore tsk edirem

--------------------
я щиринка

_PESSIMIST_SINDY_

  • 8 fevral 2011 16:05
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
MARAQSIZ alinib.

--------------------
" NOTHING IS PERFECT "

Just For Legend

  • 8 fevral 2011 15:52
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Hamiya tesekkurler

--------------------

Shady Lady

  • 8 fevral 2011 15:47
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Bezi sozlerinde heqiqet var ama sadelik gozellikdi.Bir az ashagi dush Aysel xanim.

nilayka

  • 8 fevral 2011 15:11
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
fellow fellow thanks

--------------------

ozalismayilli2000

  • 8 fevral 2011 13:43
  • Məqalə: 6
  • Şərh: 28
  • Bal:
{awards}
No fellow

--------------------
ÖzaL İsmylove


Ulya

  • 8 fevral 2011 13:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}