Səndən olmaz (Bölüm 6)

 
Səndən olmaz (Bölüm 6)


Hər ikimiz maşında əyləşib bir-birimizə baxırdıq.Təbəssüm əskik olmurdu.Əlini yanağıma toxundurdu.
-Yaxşı ki, varsan, Nərmin,-deyib alnını alnıma dirədi.
Gözlərinə baxıb mən də əlimlə onun yanağını sığalamağa başladım.
-Sən də..Yaxşı ki, sən də varsan..
Küçənin qaranlığa bürünməsi və ətrafda ins-cinsin gözə-görünməməsi bizim xeyrimizə idi.
-Nə vaxt?!
-Nə?!-anlamayaraq ona baxdım.
-Nə vaxt gəlim?!!
-Nə vaxt istəsən,-
deyib qolumdakı saata baxdım.-Mən getməliyəm...
Əlimi öpüb gözlərimə nüfuz elədi.İlahi! O anı sözlə ifadə edə bilmirəm...
...Səhər oyanan kimi Orxan gəlib durdu gözlərimin qabağında.Axmaq təbəsümlə yerimdən qalxdım.Geyinib-keçindikdə n sonra makiyajımı tamamlayıb zala keçdim.Anama kömək edib ikimiz də masa arxasına keçdik.Atamla qardaşım öz aralarında nəsə qızğın söhbət edirdilər.Nənəm isə fikirli görünürdü.Anam soyuqqanlılığını bir kənara atıb narahat səslə soruşdu:
-Nəsə olub?
Nənəm gözlərini qaldırıb anamla mənə baxdı.Atamla qardaşım da söhbətlərini yarımçıq kəsib baxışlarını nənəmə zillədilər.
-Heç...Fikiləşirəm sadəcə...
-Nə haqqında?!...
-Qızımla nəvəmin həyatı...
Yenə xalamla xalamqızının həyatı gəldi ortaya.Bircə diskussiya obyektinə çevrilməsin.
-Ana, başlama yenə!-anamın səsi əsəbdən titrəməyə başladı.
-Mən səhv elədim, indi başa düşürəm,-peşmançılıqla etiraf etdi.
-Çox gec başa düşdün, ana, çox gec,
-anamın gözləri dolurdu yavaş-yavaş.-Sonrakı peşmançılıq isə fayda vermir...Faiqə nə böhtanlar atdın, halbuki onun günahı yox idi bu evlilikdə, bacardığı qədər bacıma hörmətini əsirgəmədi.Onun nə günahı vardı, hə?! Bədbətxlərin bədbəxti idi yazıq, görürdüm axı, gözlərindən görürdüm ki, bu evlilik zordur...
Anam sözlərini güclə bitirib ayağa qalxdı.Nənəmə təəssüf dolu baxış atıb otağına addımladı.Atam narahat olub onun ardınca getmək istəyirdi .Elə təzəcə ayağa qalxmışdı ki, telefonu zəng çaldı.Onun necə təəccübləndiyini görüb qardaşım da ayağa qalxdı.
-Ata, nə oldu sənə birdən? Kimdir zəng edən?
Gözlərini ekrandan zorla qopardaraq nənəmə baxdı.Zəngi qəbul edib bir kəlmə deməsi yetərli oldu ki, atamı anlayaq.
-Ramil?!...
İlahi!Ramil əmi, 6 ilə yaxındır...
Nənəm sanki illərin yuxuusndan ayılıbmış kimi stola dayaq verib ayağa qalxa bildi.
-Nə olub ona?!
Atam Ramil əmini diqqətlə dinlədikdən sonra tələm-tələsik cavabladı.
-Gəlirəm, Ramil, gəlirəm,- həyəcanla deyib zəngi sonlandırdı.
-Nə olub soruşdum!-nənəm səsini qaldırdı.
-Zərifə xanım, xahiş edirəm, səs tonunuzu azaldın..
Anam həyəcanla gəlib atamın yanında duraraq nənəmə qəzəbli baxış atdı.Atam dərindən nəfəs alaraq stulun başına keçirtdiyi pencəyi geyinib ara vermədən dedi:
-Faiq xəstəxanaya düşüb.İşə gedərkən avtomobillə toqquşub...
Davamını eşidə bilmədim.Stula çökəndə gözlərimin dolub daşmağa başladı.Atamla anam tələm-tələsik, ildırım sürətilə evdən çıxıb getdikdən sonra qardaşımın kinayəli sözünə özümə qayıda bildim.
-Razı qaldın?!-nənəmə ünvannlanmışdı.-Deyəsən sənin istədiyin bu idi, nənəcan,-kinayənin duzu artdı.
Nənəm susmuşdu.Sadəcə susmamışdı, ətrafdan təcrid olunmuşdu sanki.Gözləri batdıqca batırdı, çökdükcə çökürdü.Nəfəs alıb-almadığı bilinmirdi.
Mən özümdə güc tapıb evdən çıxmaq istəyərkən nənəmin sözünə ayaq saxlamağa məcbur oldum.
-Mən...peşmanam...
Artıq çox gecdir, çox..!
Binadan çıxmağa imkan tapmışdım ki, qarşımı maşın kəsdi.Dalğınlıqdan özümə necə gəldimsə qarşımda Orxanı gördüm.Narahatçılıqla üzümü əlləri arasına alaraq gözlərimə baxdı.
-Nə olub sənə?
-U..zaq...la..şaq,-qırı-qı rıq dedim.
-Yaxşı, gəl,-deyib maşının qapısını açdı.
Maşın bir az yol getmişdi ki, soruşmağa qərar verdi.
-Nərmin, nə baş verib?!-səsi sakit idi.
Mən başımı şüşəyə dayayan kimi yanaqlarım islanmağa başladı.
-Bilmirəm, Orxan, bilmirəm...
Orxan maşını kəskin sürətlə yolun kənarına çəkib barmaqları ilə damcıları qurulamağa başladı.
-Nərmin, belə etmə...Nəsə olub ki, ağlayırsan...
Cavablandırmağa gücüm qalmadığından onun qollarına sığındım.Orxan məni bərk qucaqlayıb saçlarıma sığal çəkirdi.
-Sakitləş...

...İş günüm necə gəlib keçdi, heç xatırlamadım.Heç kimə heç nə deməsəm də deyəsən nəsə hiss etmiş olmalıdırlar ki, mənə tez-tez baxırdlar.Mən isə təbəssüm nümayiş etdirib özümü rahatlaşmış kimi göstərməyə davam edirdim.Rəfiqənin üzündə güllər açırdı.Bu, mənim təəccübümə səbəb oldu.
-Rəfiqə..?!
-Haycan Nərmin,-deyib mənə sevinclə baxdı.
Gözlərinin içi belə gülürdü,az sonra 32 dişini nümayiş etdirdi.
-Xeyir ola?!-maraqlanıb soruşdum.
-Nərmin, çox xoşbəxtəm, çooox,-az qala qışqırırdı.
-Ay qız, yavaş...

-Nərmin, evlənmirəm, evlənmirəm, evlənmirəm...
Mahnı oxumağa davam eləmək istəyirdi ki, mən cəld sözünü kəsdim
-Bir dəqiqə,Nərmin..
-Qardaşım Səlim məni qurtardı...Onunla danışanda cəsarət tapıb dedim.Necə qəzəbləndisə səsindən az qalsın qulağım batsın.Telefonla atamla danışmaq istəsə də,sonra fikrindən daşınıb üzbəüz danışmağa qərar verdi.Moskvadakı işlərini qaydaya salaraq gəlib valideynlərimlə dava edib...Həmişə məni qoruyurdu, uşaq olanda kimsə mənim qəlbimə azacıq dəydimi, dava-dalaş edərdi.Atam güclə onu sakitləşdirirdi...
Rəfiqə "stop” bilmədən danışmağa davam edirdi, mən isə onun sevincinə şərik olaraq təbəssümlə dinləyirdim...
...Axşam yenə bulvarda əl-ələ gəzişirdik.Orxan fikirli olduğumu sezib qəfil sualı ilə məni "oyandırdı”
-Yenə nə olub?!
Onun qarşısına keçib gözlərinə baxa-baxa birnəfəsə soruşdum:
-Heç...
O, çənəmi qaldıırb mənim gözlərimə baxdı.
-Nərmin..?!
-Orxan, inan ki, heç nə olmayıb, sadəcə...
-Sadəcə nə?!...
Cəld çənəmii azad edib üzümü dənizə tutdum.
-Sadəcə qorxuram...
-Nədən?!..
-Mən bu vaxta qədər çoxlarına "yox” demişəm...
...Biz bir az gəzdikdən sonra telefonuma zəng gəldi.Ekranda nənəmin adı göründü.Narahatçılıqla cavablandırdım.
-Nənə, nə olub?!

-Heç, balam, təkəm evdə,-kövrək səslə deyib ağlamağa başladı.
-Nənə, ağlama, gəlirəm indi,-deyib zəngi sonlandırdım.-Orxan, mən getməliyəm, nənəm təkdir, narahatam...
-Gəl,-deyib əlimdən tuturaq maşına doğrulandıq.
...Mən açarla qapını açıb evə girəndə bir anlıq qorxdum.Qaranlıq idi.İşıqları yandırmaq istəyəndə zaldan nənəmin səsi gəldi.
-Lazım deyil, istəmirəm...
Yavaşca zala girib kürsüdə əyləşmiş nənəmə baxdım.Qarşına keçib dizlərimi yerə qoydum.
-Nənə..?!
Nənəm üzümü sığallayıb dolmuş gözlərlə mənə baxdı.İçim elə bərk ağrıdı ki.
-Nənə, necəsən? Bir yerin ağramır ki?!-səsim titrəyirdi.
Nənəm cavab vermək əvəzinə alnımı öpdü...

(Müəllif Nigar)
Ardı var..


Geri dön

✰Karabakh Girl✰

  • 1 iyun 2014 18:23
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
tewekkurler

^^Nazlı Şeytan^^

  • 30 may 2014 23:50
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
werhlere gore twk

PoZitiV Kaa=)

  • 24 may 2014 20:01
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
meqaleye gore twk)

--------------------

Sto_Game_Over

  • 24 may 2014 19:08
  • Məqalə: 3
  • Şərh: 401
  • Bal:
{awards}
tewekkurler

--------------------
PrOfIlImE cHox...GiRiB - cIxMiYiN...!!
kOnDiSaNeR iWlIr....))

➰__Ýųśíf__➰

  • 23 may 2014 02:34
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
tewekkur edirem

^^Nazlı Şeytan^^

  • 20 may 2014 22:41
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
ヅ ΑηοηiмΚα ヅ,
ivit wink

➰__Ýųśíf__➰

  • 20 may 2014 15:37
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
tewekkurler....

ヅ Bad Girl ヅ

  • 20 may 2014 13:23
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

Banned549678

  • 20 may 2014 13:19
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkür EdiRəm

aska rico

  • 20 may 2014 11:12
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

prosta barbi

  • 20 may 2014 11:03
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur..............

Banned549678

  • 20 may 2014 10:49
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
qiiiiiz sənmi yazmisinnnn wassat

T.O.M.A

  • 20 may 2014 10:38
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

NeFeSiM LiL OrXaN

  • 20 may 2014 10:27
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurlerr

♫ мєl๏dyคм ♫

  • 20 may 2014 10:15
  • Məqalə: 163
  • Şərh: 4763
  • Bal:
{awards}
tewekkurler

--------------------

♔ Rapuиzel ♔

  • 20 may 2014 10:01
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
tewekkurler

--------------------

Qaska_Quli

  • 20 may 2014 10:00
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr maragli idi

--------------------

Biqeyrət....

  • 20 may 2014 09:46
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
SON WERH MENDEN)

^Peri MaSali^

  • 20 may 2014 08:53
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
tesekurler ilk serh menden superdi hemiseki kimi axira qeder oxudum)) feel

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 63

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}