
Barselona"nın yeni baş məşqçisi müəyyənləşib. Komandanın keçmiş futbolçusu Luis Enrike baş məşqçi təyin olunub.
“Barselona” və Enrike arasında 2 illik müqavilə imzalanıb. Enrike cəmi 1 gün əvvəl baş məşqçisi olduğu “Selta” ilə vidalaşıb.
Qeyd edək ki, ötən mövsüm "Selta"nı çalışdıran Enrike "Barselona"nın B komandasına və "Roma"ya başçılıq edib. O, 1991-1996-cı illərdə "Real"da, 1996-2004-cü illərdə "Barselona"da çıxış edib.