Azərbaycanda toy adətləri - nişan

 
Azərbaycanda toy adətləri - nişan



Nişan
"Subaydım soltandım, nişanlandım xan oldum"

Elçilikdən bir müddət sonra hər iki tərəfin təyin etdiyi vaxtda qız evinə nişan gəlir. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün lazım olan paltarlar,kosmetik vasitələr, ziynət əşyaları, şirniyyat və meyvə xonçaları gətirirlər. Şirniyyat xonçalarına paxlava, şəkərbura və ən yaxşı konfetlər daxildir.

Bir neçə xonça isə çərəz və quru meyvələrdən düzəldilir. Nişan Novruz bayramı ərəfəsində olarsa, o zaman qız evinə xüsusi bəzədilmiş səməni də aparılır. Nişanda təkcə ayaqqabı gətirilmir, hesab edilir ki, ayaqqabı darlıqdır. Onu da ara günlərdə qayınana gəlinin yanına gələndə gətirir. Qıza nişanda alınan paltarlar adətən qırmızı rəngdə olur. Qara rəngdə heç nə alınmır.

Nişanda qız üçün zərif naxışlı qırmızı yaylıq gətirilir. Bu nişan mərasiminin ən önəmli atributlarından biridir. Nişanda bütün xərci çox vaxt oğlan evi çəkir. Süfrə üçün soğandan başqa bütün ərzaq göndərilir. Soğan acılıq hesab edilir, ona görə də qız evinə soğan göndərilmir.

Oğlan evindən nişan qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirilir.

Yemək süfrəsindən sonra, ortaya oğlan evindən gətirilmiş tort verilir. Yeməkdən sonra süfrə yığılır və qızı yuxarı başda oturdurlar. Qabağına güzgü qoyurlar və şam yandırırlar. Xonçaları dövrəsinə düzürlər. Bundan sonra oğlan yengəsi ( qardaşı arvadı ) xonçanın üstünə nemət, noğul atır. Qız yengəsi də gəlib nemət, şirinlik atır. Daha sonra oğlanın bacısı (bacısı olmazsa yaxın qız qohumu) gətirilən xonçalardakı əşyaları nümayiş etdirməyə başlayır. Oturanlar da bir ağızdan "mübarəkdir" söyləyirlər. Sonra nişana gətirilmiş ətirlərdən birini götürüb oturanlara verirlər və hamı onunla ətirlənir.[6]

Nişan üzükləri
Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir.

Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyü adsız barmağa taxılır. Bu da urəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir.

Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmağında olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmağdakı üzük is sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Bu "Üzük dili" XIX əsrin sonlarına qədər davam etmişdir.

Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. İndi də Şərq ölkələrində nişan üzüyü sol əldə gəzdirilir. Avropanın əksər ölkələrdə isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxiılır. Hindistanda nişan əlaməti olaraq böyük barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır. Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu mənfi xüsusiyyətini itirir.

Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışlar. Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır. Məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə "M" hərfi yazdırmışdı.

Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı qarşılanmır. Yalnız irsi olaraq verilən üzük istisna sayılır.

Böyük nişan mərasimi – nişantaxdı zamanı oğlan evindən gətirilib ərə veriləcək qızın sol əlinin adsız barmağına nişan üzüyü taxılır.


Geri dön

ヅ Bad Girl ヅ

  • 3 iyun 2014 17:23
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 3 iyun 2014 11:50
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
cooox sagolun....

➰__Ýųśíf__➰

  • 25 may 2014 04:54
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Təşəkkür EdiRəm

Sto_Game_Over

  • 24 may 2014 13:07
  • Məqalə: 3
  • Şərh: 401
  • Bal:
{awards}
tewekkurler

--------------------
PrOfIlImE cHox...GiRiB - cIxMiYiN...!!
kOnDiSaNeR iWlIr....))

^^YeRaZKa MeLeK^^

  • 23 may 2014 10:23
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Supiwwwwwwwwwwwwwwwwwwwwwwwwww

--------------------

Biqeyrət....

  • 23 may 2014 02:39
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Təşəkkür EdiRəm

➰__Ýųśíf__➰

  • 23 may 2014 01:22
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Təşəkkür EdiRəm

♫ мєl๏dyคм ♫

  • 23 may 2014 00:12
  • Məqalə: 163
  • Şərh: 4827
  • Bal:
{awards}
tewekkurler

--------------------

PoZitiV Kaa=)

  • 22 may 2014 21:43
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
meqaleye gore twk)

--------------------

Dikaya_Kavkazka

  • 22 may 2014 20:27
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
butun subaylara qismet olsun=)

Qaska_Quli

  • 22 may 2014 18:31
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

Favorit Girl )

  • 22 may 2014 16:49
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

I love you my heart

  • 22 may 2014 15:31
  • Məqalə: 11
  • Şərh: 450
  • Bal:
{awards}
subaylarcun qismet olsun meqale de eladi suppiw twkler

^Peri MaSali^

  • 22 may 2014 15:28
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
tesekurler))))bunlari bilirem)))

prosta barbi

  • 22 may 2014 15:08
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
SUPER MEQALE TEWEKKUR.........

➰__Ýųśíf__➰

  • 22 may 2014 14:57
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
tewekkur edirem

^^Nazlı Şeytan^^

  • 22 may 2014 14:42
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

NeFeSiM LiL OrXaN

  • 22 may 2014 14:34
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurlerr

♔ Rapuиzel ♔

  • 22 may 2014 13:54
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
tewekkurler

--------------------

Mr.LegenD

  • 22 may 2014 13:49
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

Banned549678

  • 22 may 2014 13:30
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 94

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}