Mobil telefonu niyə dəyişdiririk?

 
Mobil telefonu niyə dəyişdiririk?


Bu gün insanların əlaqə imkanlarını asanlaşdıran mobil telefonlar onların gündəlik həyat tərzinə çevrilib.
Eləcə də hazırda dünya iqtisadiyyatında gəlir gətirən sahələrdən biri olan İKT-nin inkişafında mobil rabitənin xüsusi rolu var. Artıq son illər mobil telefondan istifadənin genişlənməsinin nəticəsidir ki, bu gün insanların bir qisminin iki və daha çox mobil telefonu var. Əgər bir qrup insan mobil telefondan sadəcə əlaqə vasitəsi kimi, hətta məcburən istifadə edirsə, bu gün həyatını onsuz təsəvvür etməyən, 2-3 mobil telefonu gün ərzində üzərində daşıyan, yatağında belə onu baş ucuna qoyan insanlar var. Bu baxımdan mobil telefondan istifadə məqsədləri də fərqlidir. Ondan sadəcə əlaqə vasitəsi kimi istifadə edənlər sadə, az funksiyalı telefonlara üstünlük versələr də, müxtəlif məqsədlər üçün istifadə edənlər çoxfunksiyalılara üstünlük verirlər.
Mobil telefon həvəskarlarına onun tarixi haqda qısa məlumat vermək istərdik. Belə ki, mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır ki, satış məqsədilə ilk portativ telefon 1983-cü ildə istehsal olunub. "Motorolla” şirkətinə məxsus bu telefonların çəkisi 794 qram olub ki, satış qiyməti 3995 dollar olmağına baxmayaraq minlərlə amerikalı onu almaq üçün növbəyə dayanıb. Bir sıra dəyişikliklərdən sonra nəhayət, 1998-ci ildə mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəlib. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, dünyada 6 milyard insan mobil telefona malikdir. Onların üçdə biri Çin və Hindistan sakinləridir. Beləliklə, gündən-günə sayı getdikcə artan mobil telefon istifadəçilərinin bir çoxu isə davamlı olaraq telefonlarını yeniləri ilə əvəz edirlər.
Məsələn, 67 milyon mobil telefon abunəçisi olan Türkiyədə vətəndaşların telefon dəyişdirmə sıxlığına nəzər salsaq, beş il əvvəl bir telefonu 3 il istifadə edən şəxslər artıq onu 2 ildə dəyişdirirlər.
İşlətdiyiniz neçənci telefondur?
Mobil telefonu dəyişdirmə səbəblərinə gəldikdə isə qeyd edək ki, ilk mobil telefonlar xarici görünüşcə böyük ölçüdə olduğundan sonralar həcmi kiçildiyində insanlar onu dəyişməyə üstünlük verdilər. Həmçinin ağ-qara ekrandan rəngli ekrana, daha sonra kameralı mobil telefona keçid oldu. Sonra internetə daxil olma imkanı, sensor ekranlı telefonlar satılmağa başlandı. Ümumiyyətlə, dünya miqyasında mobil telefon dəyişdirmə müddəti 24 aydır.
Beynəlxalq bazar araşdırma şirkəti olan Millward Brown təkcə Türkiyədə 18 yaşdan yuxarı 450 adam arasında apardığı araşdırma nəticəsində 1 il içərisində 100 adamdan 50-sinin mobil telefonu satın aldığı, eyni zamanda istifadəçilərin telefonlarını 2 ildə bir yenilədiyi aşkarlanıb. Ümumiyyətlə, televizor, soyuducu, paltaryuyan və kompüter istehlakçı tərəfindən ən çox alınan məhsullar olsa da, dəyişdirmə sıxlığına gəldikdə ən çox satın alınan məhsul olan televizor 6 ildə bir dəyişdirildiyi halda avtomobil və kompüter 3 ildə bir, digərləri 5-6 il arasında dəyişdirilir. "İşlətdiyiniz neçənci telefondur?" sualına cavab verənlər arasında mobil telefonu 5 dəfədən daha çox yeniləyənlər 40 faiz təşkil edib. Ən çox dəyişdirmə səbəbinə gəldikdə isə əsasən, köhnəlmə-pozuqluq, yeni model və daha keyfiyyətli məhsulun bazara çıxmasıdır. O da aşkarlanıb ki, kişilər qadınlara nisbətən daha çox mobil telefon alırlar. Ən son model telefonlara isə daha çox gənclər üstünlük verirlər ki, satın alanların üçdə birini 18-25 yaş qrupu gənclər təşkil edir.
Sənədsiz, işlənmiş telefon alan vətəndaşlar problemlə üzləşə bilərlər
Bu gün mobil telefon satışı obyektləri insanların ən çox müraciət etdikləri məkanlardandır. Mütəxəssislər işlənmiş mobil telefon bazarının isə daha hərəkətli olduğunu bildirirlər ki, bu isə təhlükəliliyi ilə də diqqət çəkir. Belə ki, sənədi olmadığı üçün işlənmiş telefon alan vətəndaşlar problemlərlə üzləşə bilərlər. Xalq arasında belə bir fikir var ki, "işlənmiş mobil telefonun sim kartını dəyişdirsəniz, kifayətdir”. Ancaq mütəxəssislərin fikrincə, bu səhv fikirdir. Çünki aldığınız işlənmiş telefonların əvvəlki istifadəçisinin peşəsini və telefonda nə cür söhbətlər etdiyini bilmirsiniz.
Rabitə və informasiya texnologiyaları nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyir ki, sim kart dəyişsə də, telefonun İMEİ nömrəsi var: "İMEİ cihaz üçün tək və bənzərsiz olaraq təsis edlimiş beynəlxalq indentifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir (İMEİ-İnternational Mobile Equipment Identification). Bu beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. İMEİ nömrəsi rəqəmlərin kombinasiyasından təşkil olunub. Hər bir mobil cihazın öz İMEİ nömrəsi var və bu 15 rəqəmdən ibarətdir. Onun 1-dən 8-ə qədər olan rəqəmi TAC kodu - yəni, mobil cihaz tipinin təsdiq kodu, 9-dan 14-ə qədər olan rəqəmi - seriya nömrəsi, sonuncu 15-ci rəqəm isə təsdiq rəqəmidir. Belə ki, 14 rəqəmin müvafiq kombinasiyası yekun 15-ci rəqəmi təsdiq etmirsə, onda həmin mobil cihaz saxta hesab olunur. Hər hansı mobil telefonda *#06# yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar”.
Əgər işlənmiş telefon bir hadisədə istifadə edilibsə, problemlər yarana bilər. Bu zaman həmin telefonun sənədinin olmaması da bir problemdir. Çünki insanlar sadəcə sim kartı dəyişməklə riskdən xilas olmurlar.
Mobil telefon seçimində yaş qrupu da rol oynayır
Qeyd edək ki, ölkəmizdə də mobil telefon istifadəçilərinin sayı kifayət qədərdir. 2012-ci ilin yekunlarına görə, Azərbaycana ümumi məbləği 8680,5 min dollar təşkil edən 183 422 ədəd mobil telefon idxal edilib. DSK-nin məlumatına görə, 2011-ci illə müqayisədə ölkəyə idxal olunan mobil telefonların sayı 22,8 faiz artıb. Orta hesabla hər ay ölkəyə 13-15 min mobil telefon idxal edilib.
Telefon dəyişdirmə səbəbləri isə müxtəlf yaş qrupları arasında fərqlidir. Belə ki, 55 yaşlı Vahid Əsədov deyir ki, 7-8 ildir ki, mobil telefonu var. Bu müddətdə cəmi bir dəfə telefonu dəyişdirib ki, bu da əvvəlki telefonun artıq köhnəlib, sıradan çıxması ilə bağlıdır.Ümumiyyətlə, o, telefondan yalnız əlaqə saxlamaq məqsədilə istifadə etdiyini bildirdi.
Digər telefon istifadəçisi Günay Muradova isə əksinə, bir ildən bir telefon dəyişdiyini deyir: "Hər yeni telefonun daha çox funksiyası var. Yeni telefonlarda video endirmək olur, internet imkanı genişdir. Müxtəlif proqram yükləmək imkanı var. Bir dəfə mağazadan işlənmiş telefon almışam, çünki belə telefonlar daha ucuz qiymətə olur. Normal işləyib. Ancaq bacım tanınmış bir telefon mağazasından işlənmiş telefon almışdı, sonra həmin telefonla bağlı problem yaranmışdı. Ümumiyyətlə, telefonu yeniləməyi sevirəm”.
Müsahibimiz Ramin Ələsgərov isə mobil telefonunu gec-gec dəyişdirdiyini deyir ki, bu da onların qiyməti ilə bağlıdır: "Mən də istərdim müasir, texniki imkanları geniş olan mobil telefon alım. Ancaq həmin telefonlar baha qiymətə olduğuna görə ala bilməmişəm. Son 5 ildə 2 dəfə dəyişdirmişəm. Hazırda yenisini almaq istərdim”.
Bütün bunlar onu göstərir ki, mobil telefon seçimində ehtiyacla yanaşı, zövq də mühüm rol oynayır və bu da adı çəkilən sahədə bazarın genişlənməsinə şərait yaradır.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyun 2014 20:27
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
coox sagolun...

Prasti menya Allax_

  • 1 iyun 2014 19:23
  • Məqalə: 0
  • Şərh: 72
  • Bal:
{awards}
Men telefonumu 2 aydan bir deyiwmesem ele bilerem ki, nefes almiram, axirinci telefonu ise heleki deyiwmek fikirde deyilem, IPhone 4s-di, deyiwimmi? evezinde ne alim bes?...

NikaLYa

  • 1 iyun 2014 13:58
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
Tewekkur edirem ^_^

--------------------

^Peri MaSali^

  • 26 may 2014 20:28
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
tesekurler meqaleye gore

^^FiDaNKa^^

  • 25 may 2014 16:35
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
TeWeKKuRLeR ....

♫ мєl๏dyคм ♫

  • 24 may 2014 23:23
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
tewekkurler

--------------------

Manoliya

  • 24 may 2014 18:48
  • Məqalə: 46
  • Şərh: 2926
  • Bal:
{awards}
Tewekkurlerrr.......

PoZitiV Kaa=)

  • 24 may 2014 16:12
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
meqaleye gore twk)

--------------------

NeFeSiM LiL OrXaN

  • 24 may 2014 15:11
  • Məqalə: 38
  • Şərh: 3491
  • Bal:
{awards}
tewekkurler

_keleBek_)

  • 24 may 2014 14:45
  • Məqalə: 63
  • Şərh: 3013
  • Bal:
{awards}
Sherhlere gore twk

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 24 may 2014 14:31
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
tewekkurler

Nazi_Odi

  • 24 may 2014 13:41
  • Məqalə: 36
  • Şərh: 5411
  • Bal:
{awards}
Melumat üçün tesekkurler

Mr.LegenD

  • 24 may 2014 13:34
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

Qaska_Quli

  • 24 may 2014 13:25
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

➰__Ýųśíf__➰

  • 24 may 2014 13:19
  • Məqalə: 298
  • Şərh: 5649
  • Bal:
{awards}
tewekkur edirem

goz yasim

  • 24 may 2014 12:39
  • Məqalə: 0
  • Şərh: 959
  • Bal:
{awards}
tesekkurler

sevende o kesi sev ki ureyim o menim heyatda olsun gereyim bilmirem bu sozu deyim demiyim urek bir de sevme menim yerime

NikaLYa

  • 24 may 2014 12:23
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

I love you my heart

  • 24 may 2014 12:15
  • Məqalə: 11
  • Şərh: 438
  • Bal:
{awards}
sagolun meqale ucun

AySenKa

  • 24 may 2014 12:01
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
təşəkkür edirəmm

Sto_Game_Over

  • 24 may 2014 11:46
  • Məqalə: 3
  • Şərh: 397
  • Bal:
{awards}
tewekkurler

--------------------
PrOfIlImE cHox...GiRiB - cIxMiYiN...!!
kOnDiSaNeR iWlIr....))

Banned456

  • 24 may 2014 11:28
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Heççç varKi dəyişimDəəə wink

➰__Ýųśíf__➰

  • 24 may 2014 10:50
  • Məqalə: 298
  • Şərh: 5649
  • Bal:
{awards}
TEWEKKURLER,

♔ Rapuиzel ♔

  • 24 may 2014 10:46
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
tewekkurler

--------------------

Zehra_Aşiqi

  • 24 may 2014 10:36
  • Məqalə: 272
  • Şərh: 1305
  • Bal:
{awards}
Hər yeni telefonun daha çox funksiyası var. Yeni telefonlarda video endirmək olur, internet imkanı genişdir.

--------------------

Kapriznaya Dəcəlka

  • 24 may 2014 10:19
  • Məqalə: 90
  • Şərh: 2844
  • Bal:
{awards}
tewekkurler ..

--------------------

^^Nazlı Şeytan^^

  • 24 may 2014 09:29
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

__MB__

  • 24 may 2014 09:11
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
tewekkur edirem

^Peri MaSali^

  • 24 may 2014 09:10
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
ilk serh menden))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 53

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}