Səfəvilər dövləti

 
Səfəvilər dövləti


Səfəvi süSəfəvi
Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Sünnilərin şiələri təqib etdiyi üçün təqiyyə etdi və sünni kimi tanındı. Şeyx Əli dövründə təqiyyə aradan götürüldü. Daha sonra Şeyx Cüneyd dövründə Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün mübarizəyə başladılar. Şeyx Cüneyd 1459-cu ildə Şirvana hücum etdi və Samur çayı sahilində məğlubiyyətə uğradı, özü isə şəhid oldu. Daha sonra hakimiyyətə keçən Şeyx Heydər bu mubarizəni davam etdirdi. Şeyx Heydər dövründə onun müridləri Qızılbaş adlanmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana hücumlar etdi. Sonunca səfərdə Şeyx Heydər şəhid edildi və Qızılbaşlar Ərdəbilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət Şeyx İsmayıl tərəfindən davam etdirildi.

Ərdəbil şeyxliyindən Azərbaycan şahlığına
1499-cu ildə Şeyx İsmayıl öz tərəfdarlarını toplamaq üçün hərəkətə başladı. 1499-cu ildə Ərçivanda, daha sonra isə Çuxursəəddə məskən salaraq öz tərəfdarlarını topladı. 1500-cü ildə Ərzincana doğru hərəkət etdi. Anadolu, İraq və Suriyada olan tərəfdarları da ona qoşulduqdan sonra 1500-cü ildə 7 minlik orduyla Şirvana daxil oldu. Həmin il Cabanı adlı yerdə Şirvanlıları məğlub etdi və Şirvanşah öldürüldü. 1500-cü ildə Bakını tabe etdi və Gülüstan qalasını mühasirəyə aldı, ancaq Azərbaycan sultanı Əlvəndin yaxınlaşmasını eşidib mühasirəni dayandırdı və Sultan Əlvəndə qarşı hərəkətə başladı. 1501-ci ildə Şərur yaxınlığında Sultanın 30 minlik ordusunu dağıtdı. Sultan Diyarbəkirə qaçdı. Şeyx İsmayıl və tərəfdarları Təbizə daxil oldular. 1501-ci ildə İsmayıl Azərbaycan şahı elan edildi və beləliklə Azərbaycanda hakimiyyət Səfəvi sülaləsinə keçdi.

İran, İraq və Şərqi Anadolunun tabe edilməsi
1503-cü ildə I Şah İsmayıl müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Muradın yanına göndərdi və ona tabe olmağı təklif etdi. Rədd cavabı alan şah 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru irəlilədi. Alamaqulağı deyilən yerdə qızılbaşlar ağqoyunlularla qarşılaşdı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu və qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal etdi və şaha təhqiredici məktublar göndərərək onu hədələdi, Azərbaycana və İraqa gələcəyini bildirdi. İsmayıl isə cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi məsləhət gördü. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və Mərv yaxinlığında Məhəmməd xanı məğlub edərək Xorasanı ələ keçirdi. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.

Səfəvilərin I Şah İsmayıl dövründəki bayrağı


Geri dön

Ulya

  • 8 fevral 2011 20:35
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox sagol dosi

heyasiz204

  • 8 fevral 2011 20:20
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
tewekkur maraqli melumatlardi Sefeviler dovteti hakda.

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

sevgim

  • 8 fevral 2011 19:07
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
hm ne deyim vallah

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Lindo

  • 8 fevral 2011 18:54
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
tewekkurler

Yusif

  • 8 fevral 2011 18:42
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Sitat: Morning_Star
Ehhh...Heyf o dövlətdən


nilayka

  • 8 fevral 2011 18:35
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkurler

--------------------

Morning_Star

  • 8 fevral 2011 18:32
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Ehhh...Heyf o dövlətdən

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 23
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}