Allahın kəlamı nə ilə fərqlənir?

 
Allahın kəlamı nə ilə fərqlənir?

Qurana iman gətirmək və Peyğəmbərə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - tabe olmaq istəməyən müşrik ərəblərə öz əməllərinə haqq qazandırmaq və Muhəmmədin söylədiklərini təkzib etmək fürsəti verilmişdir. Bundan ötrü onlar Qurana bənzər sadəcə üç ayə uydurmalıydılar. Uca Allah buyurur: “Yoxsa: “(Muhəmməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!” (Yunus, 38). Buna baxmayaraq müşriklər bu çağırışa cavab verə bilmədilər və Quran ayələrinin kamil və bənzərsiz olduğunu qəbul etdilər. Peyğəmbərin dövründə yaşayan savadlı insanlar Quran ayələrini eşitdikdə bəsirət gözləri açılır və onlar Rəblərinin yoluna üz tuturdular. Quran ayələri oxunduqda Ömər ibn əl-Xattab kimi görkəmli səhabə İslamı qəbul etmişdir. Dövrünün ən məşhur şairi ət-Tufeyl ibn Amr əd-Dausi surələrin oxunuşunu Peyğəmbərin dilindən eşitdikdə ona iman gətirmişdir. Quran ifadələrinin bəlağəti, quruluşunun nizamı, mənalarının hikməti, sübutlarının sadəliyi və doğruluğu ilə hətta ən qatı kafirlərə möcüzəli təsir göstərirdi. Bəs nəyə görə aralarında çoxlu natiqlərin və şairlərin olmasına baxmayaraq Quran ayələri müşriklərə belə güclü təsir göstərirdi? Habelə Quran ayələri ilə ərəb nəsri və şeiri arasındakı fərq nədən ibarət olmuşdur? Bu suallara cavab vermək üçün biz ilk növbədə cahiliyyət dövrünün ərəb ədəbiyyatı ilə tanış olmalıyıq. Məlumdur ki, ərəb ədəbiyyatı nəsr və şeirdən ibarətdir. Şeir əsərləri müəyyən ölçü və qafiyə ilə fərqlənir. Ərəblər on altı növ şeir vəznlərindən istifadə edirdilər. Onlar bu vəznləri “bəhr” (dəniz) adlandırırdılar. Bu şeir vəznlərinə təvil, bəsit, vafir, kamil, racs, xafif, xazəc, mutəqarib, munsarix, muqtətəb, mutədarak, mədid, muctas, raml, xabəb və sariə aiddir. Nəsr şeirdən şeir vəznlərinin olmaması ilə fərqlənir. Bəzi ərəb müəllifləri qafiyəli nəsr əsərləri yaratmışlar. Qafiyəli nəsr hər tərəfi və ya cüt-cüt qafiyəli cümlələrdən ibarət idi. Ərəblər öz dillərini yaxşı bilir, şeiriyyata qiymət verir və onu anlayırdılar. Onlar Taif şəhərinin yanında yerləşən Ukaz deyilən vahədə hər il keçirilən yarmarkada şeir yarışları keçirirdilər. Yeddi qəsidə ərəb şeiriyyatının şah əsəri hesab edilir. Onlar bu qəsidələri Kəbə divarlarının üstünə asmış və onları “muəlləqat” (asılmışlar) adlandırmışdılar. Onların müəllifləri bu yeddi məşhur bədəvi şairləri olmuşdur: İmrul-Keys, Tarafa ibn əl-Abd, Zuheyr ibn Əbu Sulma, Antara ibn Şəddəd, Ləbid, əl-Xaris ibn Xilliza və Amr ibn Kulsum. Beləliklə, Uca Allah Quranı söz sənətinin dəyərini bilən, ərəb bədii əsər növlərindən başı çıxan, fikiri gözəl şəkildə ifadə etməyi və şeir yaratmağı ən böyük üstünlük hesab edən insanlara göndərmişdir. Peyğəmbər bu insanları doğru yola dəvət etməli və bu işdə Qurani Kərim onun həqiqi peyğəmbərliyini sübut etməli idi. Quran şeir əsəri deyildir, lakin onda həm qafiyəli, həm də sərbəst cümlələr bir-biri ilə ahəng təşkil edir. Bəzi ayələrin qafiyələri müntəzəm qafiyəyə salınmış nəsri xatırladır, bəziləri isə qüvvəsinə və sürətinə görə rəcəzə çox oxşayır. Quran nə nəsr əsəri, nə də adi insan nitqidir. Bunu yaxşı dərk etdiklərinə görə ərəblər Allahın çağırışına cavab olaraq elə bir əsər yaratmalıydılar ki, nə bu on altı şeir növünə, nə qafiyəli nəsrə, nə adi insan nitqinə, nə kahin və falçıların müəmmalı və qarmaqarışıq danışığına, nə də azğın mütəfəkkirlərin uzun və təmtəraqlı danışığına uyğun gəlməsin. Bu isə mümkün deyildir. Uca Allah buyurur: "Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın! Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin" (əl-Bəqərə, 23-24).


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyun 2014 21:12
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
meqaleye gore cox sagolun...

^^FiDaNKa^^

  • 25 may 2014 17:01
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkurler

➰__Ýųśíf__➰

  • 25 may 2014 01:45
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
tewekkurler

tewekkurler

Banned549678

  • 24 may 2014 12:20
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun

♫ мєl๏dyคм ♫

  • 24 may 2014 00:15
  • Məqalə: 163
  • Şərh: 4763
  • Bal:
{awards}
tewekkurler

--------------------

NikaLYa

  • 23 may 2014 23:47
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Qaska_Quli

  • 23 may 2014 22:56
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

Sto_Game_Over

  • 23 may 2014 22:52
  • Məqalə: 3
  • Şərh: 401
  • Bal:
{awards}
tewekkurler

--------------------
PrOfIlImE cHox...GiRiB - cIxMiYiN...!!
kOnDiSaNeR iWlIr....))

Mr.LegenD

  • 23 may 2014 22:24
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

ヅ Bad Girl ヅ

  • 23 may 2014 22:10
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

Odd angel

  • 23 may 2014 21:59
  • Məqalə: 0
  • Şərh: 1018
  • Bal:
{awards}
tewekkurler

➰__Ýųśíf__➰

  • 23 may 2014 21:57
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
meqaleye gore twk)

♔ Rapuиzel ♔

  • 23 may 2014 21:48
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^^Nazlı Şeytan^^

  • 23 may 2014 21:44
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

_Niki_

  • 23 may 2014 21:35
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
ALLAH razi olsun

NeFeSiM LiL OrXaN

  • 23 may 2014 21:15
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
ALLAH Razi olsun

K.r.A.l

  • 23 may 2014 21:14
  • Məqalə: 26
  • Şərh: 1379
  • Bal:
{awards}
░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░
░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░
░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░
░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░
░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

AySenKa

  • 23 may 2014 21:12
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Allah raz; olsun bacmm

goz yasim

  • 23 may 2014 21:02
  • Məqalə: 0
  • Şərh: 973
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZLERDEN

PoZitiV Kaa=)

  • 23 may 2014 20:31
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
meqaleye gore twk)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}