Qəzavət-Öz övladını inkar edən qadın

 
Qəzavət-Öz övladını inkar edən qadın

ÖZ ÖVLADINI İNKAR EDƏN QADIN

Bir cavan vahiməli halda Mədinənin küçələrində gəzir, səmimi-qəlbdən Allah dərgahına nalə edib deyirdi: «Ey ədalətlilərin ən ədalətlisi! Mənimlə anamın arasında hökm et!»

Ömər ona çatıb dedi: – Ey cavan! Nə üçün anana qarğış edirsən?!

Cavan:– Anam məni doqquz ay öz bətnində saxlamış, dünyaya gətirdikdən sonra iki il süd vermişdir. Böyüdüb tərbiyə etdikdən, yaxşını-pisi başa düşdükdən sonra məni inkar edib deyir: – Sən mənim oğlum deyilsən!

Ömər o qadına üz tutub dedi: – Bu oğlan nə deyir?

Qadın:– Ey xəlifə! And olsun nur pərdəsinin arxasında olan və gözlərin görə bilmədiyi Allaha! And olsun Məhəmmədə və onun Əhli-beytinə! Mən onu əsla tanımıram,hansı qəbilə və tayfadan olmasını da bilmirəm. Allaha and olsun ki, o, bu iddia ilə məni öz qohum-əqrəbam arasında rüsvay etmək istəyir. Mən Qüreyş qəbiləsindən olan bir qızam və indiyə qədər də ərə getməmişəm.

Ömər: – Dediklərinə şahidin varmı?

Qadın:– Bəli.

Qadın öz iddiasını isbat etmək üçün öz qohum-əqrəbasından qırx nəfəri şahid kimi çağırdı. Onlar Ömərin yanında şəhadət verib dedilər ki, bu oğlan yalan deyir.Qadına bu töhməti vurmaqla onu el arasında rüsvay etmək istəyir.

Ömər mə`murlara dedi: – Şahidlər barəsində artıq təhqiqat aparılıncaya qədər cavanı tutub zindana salın. Onların şahidlikləri səhih olduğu təqdirdə cavana«iftira həddi» vurun.

Mə`murlar cavanı zindana tərəf apardıqları vaxt Əmirəl-mö`minin Əli (ə.s) yolda onlarla qarşılaşdı. O cavanın nəzəri Əli (ə.s)-a sataşanda ucadan fəryad etdi:«Ey Rəsulullahın əmisi oğlu! Mənə zülm olunmuşdur, kömək et.»

Sonra başına gələn əhvalatı danışdı. Əmirəl-mö`minin Əli (ə.s) mə`murlara dedi: – Cavanı Ömərin yanına qaytarın.

Cavanı qaytardılar.Ömər onları gördükdə qəzəblənib dedi: – Axı mən əmr etmişdim ki, cavanı zindana salın. Nə üçün onu qaytarmısınız?!

Mə`murlar dedilər:– Ey xəlifə! Əliyyibni Əbi Talib bizə belə fərman verdi. Biz sənin özündən belə dediyini eşitmişik: «Əlinin göstərişlərindən heç vaxt boyun qaçırmayın

Bu zaman Əli (ə.s) daxil olub buyurdu:– Cavanın anasını gətirin!

O qadını gətirdilər.Sonra o həzrət oğlana üz tutub dedi: – Nə deyirsən?

Cavan başına gələn əhvalatları əvvəlki kimi bəyan etdi. Əli (ə.s) Ömərə buyurdu: – İcazə verirsənmi, onların arasında qəzavət edim?

Ömər: – Sübhanəllah! Necə icazə verə bilmərəm?! Halbuki, Rəsulullahın «Əliyyibni Əbi Talib sizin hamınızdan biliklidir»-deyə buyurduğunu eşitmişəm.

Əmirəl-mö`minin Əli (ə.s) qadına buyurdu:– Öz iddianı isbat etmək üçün şahidin varmı?

Qadın: – Bəli.

Sonra şahidləri gətirdi,yenidən şahidlik etdilər. Əli (ə.s): – İndi bunların arasında elə qəzavət edərəm ki, aləmin Yaradanı ondan razı olar. Elə bir qəzavət ki,onu həbibim Rəsulullah (s.ə.v.v.) mənə öyrətmişdir.

Sonra qadına buyurdu: – Qəyyumun varmı?

Qadın:– Bəli, bu şahidlərin hamısı mənim qardaşlarım və qəyyumlarımdır.

Əli (ə.s) onlara buyurdu:– Mənim sizinlə bacınız barəsində etdiyim hökm qəbul olunurmu?

Hamılıqla dedilər:– Bəli!

Sonra buyurdu:– Mən Allahı və bu məclisdə olan müsəlmanları şahid tuturam ki, öz malımdan 400 dirhəm nağd pul (mehriyyə) ilə bu qadını bu cavanın əqdinə keçirdim! Qənbər! Ayağa qalx və dirhəmləri gətir.

Qənbər dirhəmləri gətirdi. Əli (ə.s) onları cavanın ovcuna töküb buyurdu: – Bu dirhəmləri arvadının ətəyinə tök və ikinci dəfə zifaf əlaməti olmadan (cənabət qüslü etməmiş) mənim yanıma gəlmə.

Cavan ayağa qalxıb dirhəmləri qadının ətəyinə tökdü və onun yaxasından tutub dedi: – Ayağa qalx!

Bu zaman qadın fəryad edərək dedi: –Od! Od! Ey Rəsulullahın əmisi oğlu! Məni öz oğlumun əqdinə keçirmək istəyirsənmi?! Allaha and olsun, o mənim oğlumdur!

Daha sonra oğlunu nə üçün inkar etməsini belə açıqladı:– Qardaşlarım məni pis, yaramaz və alçaq bir adama ərə vermişdilər. Bu oğlan da ondan dünyaya gəlib. O böyüdükdən sonra qardaşlarım məni təhdid etdilər ki, onu özümdən uzaqlaşdırım. Allaha and olsun ki, bu oğlan mənim, mənim oğlumdur!

Sonra oğlunun əlindən tutub yola düşdü. Bu zaman Ömər uca səslə dedi: – «Əgər Əli olmasaydı, Ömər həlak olardı.»


Ehliwie-samux.tr.gg


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 20 iyun 2014 16:56
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
Allah razi olsun

--------------------

2-ci kurs telebesi

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyun 2014 21:21
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
tewekkur edirem...

Sto_Game_Over

  • 24 may 2014 01:48
  • Məqalə: 3
  • Şərh: 397
  • Bal:
{awards}
tewekkurler

--------------------
PrOfIlImE cHox...GiRiB - cIxMiYiN...!!
kOnDiSaNeR iWlIr....))

♫ мєl๏dyคм ♫

  • 24 may 2014 00:02
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
tewekkurler

--------------------

K.r.A.l

  • 23 may 2014 21:37
  • Məqalə: 26
  • Şərh: 1366
  • Bal:
{awards}
░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░
░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░
░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░
░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░
░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

PoZitiV Kaa=)

  • 23 may 2014 20:54
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN)

--------------------

goz yasim

  • 23 may 2014 20:17
  • Məqalə: 0
  • Şərh: 959
  • Bal:
{awards}
COX SAQ OLUN BELE MEQALELERE GORE

K.r.A.l

  • 23 may 2014 20:13
  • Məqalə: 26
  • Şərh: 1366
  • Bal:
{awards}
Dur əzizim, barışmağa gəlmişəm,
Dözəmmirəm, dözüm sənsiz qalıbdı.
Öz ürəyim öz sinəmi isitmir,
Odum sənsiz, közüm sənsiz qalıbdı.

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

♔ Rapuиzel ♔

  • 23 may 2014 19:33
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

İTMİŞ_ŞƏHZADƏ

  • 23 may 2014 19:00
  • Məqalə: 1
  • Şərh: 2049
  • Bal:
{awards}
ALLAH BU MEQALEDE EZIYETI OLANDAN RAZI OLSUN
AMIN

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Qaska_Quli

  • 23 may 2014 18:49
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

ヅ Bad Girl ヅ

  • 23 may 2014 18:44
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Tesekurler

--------------------

^^Nazlı Şeytan^^

  • 23 may 2014 18:43
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

Banned456

  • 23 may 2014 18:36
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun

NeFeSiM LiL OrXaN

  • 23 may 2014 18:11
  • Məqalə: 38
  • Şərh: 3491
  • Bal:
{awards}
ALLAH razi olsun

➰__Ýųśíf__➰

  • 23 may 2014 18:03
  • Məqalə: 298
  • Şərh: 5649
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.,.,.

^Peri MaSali^

  • 23 may 2014 17:48
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.,.,.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 71
Cəmi: 89

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 876
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}