Monqolustan

 
Monqolustan


Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Rusiya və Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon kvadratmetr ərazisi var
Monqolustan (1945-2000)

II dünya müharibəsi və onun nəticələri Monqolustanın tarixində iki önəmli cəhətdən böyük əhəmiyyət kəsb edir. Bunlardan birincisi mövcud dövlət status-kvosunun saxlanılması və bu dövlətin dünya birliyi tərəfindən tanınması, ikincisi isə müharibədən sonra onun yenidən qeydsiz-şərtsiz Sovet nüfuz dairəsinə düşməsi və sözün həqiqi mənasında Sovet İttifaqının müstəmləkə əlavəsinə çevrilməsidir. Belə ki, Krım(Yalta) konfransında(fevral 1945-ci il) ABŞ, Böyük Britaniya və Sovet İttifaqının dövlət rəhbərləri qərara almışdılar ki, Sovetlərin Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamasının şərtləri sırasında MXR-in status-kvosunun saxlanılması da daxildir. Həm də buna Çinin razılığı da tələb olunurdu.

Qeyd etmək lazımdır ki, 1945-ci ilin avqustunda Sovet ordusunun Şərqi Baykal cəbhəsi hərbi qüvvələri çox çətinliklə Böyük Xinqan və Qobi səhrasından keçərkən onun sıralarında monqol süvari dəstələri də var idi. Onlar Şimal-Şərqi Çinin azad edilməsində Sovet ordusu ilə birlikdə iştirak etdilər. 1945-ci ilin 14 avqustunda artıq Çin hökuməti də elan etdi ki, o, Xarici Monqolustanın(yəni MXR-in) mövcud sərhədlər daxilində istiqlaliyyətini tanıyır və ilkin şərt olaraq monqol xalqı özünün istiqlala olan istəyini ümumi rəy sorğusu yolu ilə bildirməlidir. 1945-ci ilin 20 oktyabrında belə bir rəy sorğusu keçirildi və bu zaman monqol xalqı yekdilliklə mövcud dövlətin istiqlaliyyətinə səs verdi. Rəy sorğusunun nəticələri Çin hökuməti tərəfindən tanındı. Bununla da, Monqolustan Xalq Respublikası ərazisinə Çin dövləti tərəfindən olan iddiaya son qoyuldu, monqol dövlətinin mövcudluğuna olan təhlükə aradan qaldırıldı. Qeyd etmək istərdik ki, 1950-ci ilin 14 fevralında imzalanan «Dostluq, ittifaq və qarşılıqlı yardım haqqında» Sovet-Çin müqaviləsindədə tərəflər MXR-in tam müstəqilliyini bir daha qeyd edir və onunla ÇXR-in diplomatik əlaqələr qurmasının vacibliyini olduğunu söyləyirdilər.

Lakin bu müstəqillik müharibədən sonra Sovet İttifaqı və MXR arasında bağlanan bir sıra müqavilə və sazişlər nəticəsində öz əhəmiyyətini itirir, formal xarakter daşıyır və MXR siyasi-ideoloji, hərbi-iqtisadi və s. baxımından tam Sovet təsirinə məruz qalan bir ölkəyə çevrilirdi. 1946-cı ilin fevralında iki dövlət arasında «Dostluq və qarşılıqlı yardım haqqında» müqavilə imzalandı. Müqaviləyə görə tərəflər öhdəlik götürürdülər ki, onlardan birinə hücum olarsa o biri ona «hər cür, o, cümlədən hərbi kömək göstərəcəkdir». Əslində bu, MXR-in Sovetlərin hərbi bazasına çevrilməsini hüquqi baxımdan əsaslandırmaqdan başqa bir şey deyildi. Sonrakı dövrlərdə bir sıra müqavilə və sazişlər imzalandı. Bunlardan 1957-ci il ticarət müqaviləsini, 1966-cı il elmi-texniki əməkdaşlıq haqqında sazişi və «Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında» müqaviləni göstərmək olar. Həmin müqavilələr MXR-in həyatının bütün sahələrinə Sovet nəzarətinin yaranmasını başa çatdırdı. MXR bütünlüklə Sovet İttifaqından asılı bir vəziyyətə düşdü.

Bununla yanaşı MXR-in beynəlxalq vəziyyətində müəyyən dəyişikliklər də baş verirdi. ÇXR yaranandan az sonra MXR ilə diplomatik əlaqələr qurdu. 1952-ci ildə onlar iqtisadi və mədəni əməkdaşlıq haqqında saziş bağladılar. 1960-cı ildə isə «Dostluq və əməkdaşlıq haqqında müqavilə» imzalandı. Sonuncu sənəd iki dövlət arasındakı münasibətlərin daha geniş sahələrini əhatə edirdi.

1948-1960-cı illərdə MXR Avropa və Asiyanın bütün sosialist dövlətləri və Kuba ilə diplomatik əlaqələr qurmuş, onlarla dostluq və əməkdaşlıq müqavilələri imzalamış, iqtisadi və mədəni əməkdaşlıq haqqında sazişlər bağlamışdı. 60-cı illərin mühüm hadisəsi kimi MXR-in 1961-ci ildə BMT-yə üzv qəbul olunmasını göstərmək olar. Bundan sonra böyük dövlətlərin MXR-i tanıması prosesi başlamışdır. 1963-cü ildə Böyük Britaniyanın MXR-i tanımasından 1983-cü ilədək sürən müddətdə onunla diplomatik münasibətlər quran dövlətlərin sayı xeyli artdı. Həmin ildə MXR artıq 92 dövlət ilə diplomatik əlaqələr saxlayırdı ki, onların 20-yə yaxını inkişaf etmiş dövlət idi. Nəhayət, 1987-ci ildə ABŞ da Monqolustan ilə diplomatik əlaqələr yaratdı.

Daxili vəziyyətə gəlincə, yuxarıda dediyimiz kimi, ölkə Sovet İttifaqından asılı idi. Həyatın bütün sahələrində «Sovet təcrübəsi» kor-koranə tətbiq olunurdu. Həm də bunun əsası MXR-in yaranması dövründə qoyulmuşdu. Şəxsiyyətə pərəstiş, siyasi və hərbi xadimlərə, təsərrüfat rəhbərlərinə, keçmiş inqilabçılara, elm və mədəniyyət nümayəndələrinə, təbiidir ki, buna qədər məmləkətin var- dövlət və nüfuz baxımından üzdə olan bütün insanlarına, bütünlüklə öz xalqına qarşı kütləvi repressiyalar normal həyat tərzinə çevrilmişdi. 30-40-cı illərdə məhz Stalin şəxsiyyətinə pərəstiş səviyyəsində Monqolustanda da Çoybalsan şəxsiyyətinə pərəstiş vardı. O, hakimiyyəti bütünlüklə öz əlində cəmləşdirmiş, avtoritar, totalitar və despotik bir rejim yaratmışdı. Kiçik bir narazılıq böyük qəddarlıqla və amansızlıqla qarşılanırdı.

Bunlara baxmayaraq monqol xalqı bu despotik rejimə qarşı çıxmaq üçün həmişə özündə güc tapmışdır. 1932-ci ilin yazında baş verən etiraz hərəkatında, demək olar ki, ölkə əhalisinin çox böyük hissəsi iştirak etmişdi. Hərəkatın əsas qüvvələri aratlar idilər. Onlara din xadimləri-lamalar başçılıq edirdi. Aratlar zorakılıqla «artel»lərə və «kommuna»lara cəlb edilməyə qarşı çıxır, mal-qaranın əllərindən alınmasına müqavimət göstərirdilər. Onlar «kollektivləşmək» istəmədiyinə görə həbs edilmiş bütün aratlar azad olunmasını tələb edirdilər. Üsyanı yatırmaq üçün nizami ordudan istifadə olundu, üsyançılar top və tank atəşləri ilə güllə-baran edildilər. Ələ keçənlərə ən amansız cəzalar verildi. Üsyan böyük bir qəddarlıqla yatırıldı. 1933-cü ildə MXİP MK-nın katibi J.Lhumba haqqında yalandan bir «cinayət» işi qaldırıldı. Neçə yüzlərlə insan bu «cinayət»də iştirak etməkdə təqsirli bilindi və onlara qarşı hər cür repressiv tədbirlər görüldü. 1937-ci ilin payızında(sentyabr ayında) kütləvi repressiyalar başladı. Bu dövrdə Monqolustan əhalisinin onda bir hissəsi(uşaqlar və gənclər istisna olunmaqla) edam, sürgün, katorqa, ömürlük həbs və s. kimi ən ağır cəzalara məruz qaldı. Yüz minlik din xadiminin-lamanın 70%-i məhv edildi, 700 monastır bağlandı, lama məbədləri «əks inqilab yuvaları» elan edildi və dağıdıldı. 1990-cı ildə Monqolustanda cəmisi bircə monastır fəaliyyət göstərirdi.


Geri dön

Inciciceyi

  • 3 iyun 2011 11:27
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
TWKLER no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Ulya

  • 8 fevral 2011 21:14
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

LOVE IS DEAD

  • 8 fevral 2011 20:30
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
kopyaladim sonra oxuyacam teshekkurler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

MuslimGirl

  • 8 fevral 2011 20:24
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Yusif,
deymez:)

Yusif

  • 8 fevral 2011 20:14
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Reylerinizi yazdiqiniz Ucun Cox sa olun

MuslimGirl

  • 8 fevral 2011 20:08
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox uzun meqale idim. Calisacam ki, vaxt tapim, mutleq oxuyum. Inaniram ki, cox faydali informasiyalar var. Texminen bu dovlet haqqinda az da olsa, melumatlarim var. Cekilen eziyyete gore tesekkurler

nilayka

  • 8 fevral 2011 20:08
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}