Sev məni, Allahım, sev məni!
Sev məni!
Sevgin dönsün okeana,
mən içində olum balıq.
Üzüm sağa, üzüm sola
Sularında məhəbbətə bulanaraq.
Sev məni!
Gecənin zülməti, gündüzün nuru tək.
Gecələr qoynunda ulduz et,
Parlayım köksündə sübhədək.
Sev məni!
Yer kimi, göy kimi,
Cahana can verən çay kimi, göl kimi.
Sev məni, su sevən ən susuz çöl kimi.
Uşaq tək bas məni bağrına,
Sev məni, Allahım, sev məni, ən əziz qul kimi!
Sev məni, Allahım, sev məni!
Nuray Nur
Sev məni!
Sevgin dönsün okeana,
mən içində olum balıq.
Üzüm sağa, üzüm sola
Sularında məhəbbətə bulanaraq.
Sev məni!
Gecənin zülməti, gündüzün nuru tək.
Gecələr qoynunda ulduz et,
Parlayım köksündə sübhədək.
Sev məni!
Yer kimi, göy kimi,
Cahana can verən çay kimi, göl kimi.
Sev məni, su sevən ən susuz çöl kimi.
Uşaq tək bas məni bağrına,
Sev məni, Allahım, sev məni, ən əziz qul kimi!
Sev məni, Allahım, sev məni!
Nuray Nur