Günəş sistemi

 
Günəş sistemi


Günəş sistemi - Bizim Qalaktikanın qollarından birində yerləşən, Günəş və ətrafında dövr edən böyük planetlər və onların peykleri, kiçik planetlər (asteroidlər, kometlər, meteorlar), xırda hissəciklər(meteoritlər, kosmik toz)kimi fəza cismlərindən ibarət ulduz sistemi. Aparılan tədqiqatlar 5 milyard il əvvəl qaz-toz buludundan yarandığını göstərir. Günəş sistemi 220 km/s sürətiylə qalaktikanın mərkəzi ətrafinda devr edir.
Günəş Sistemindəki Qüsursuz Nizam

Olduğunuz yerdən kənara çıxdıqda günəş şüalarının üzünüzə sizi heç narahat etmədən vurduğunu Günəş sistemindəki qüsursuz nizama borclusunuz. Bizə sadəcə xoş istiliklə aydınlıq verən Günəş, əslində qıpqırmızı qaz buludarından ibarət dərin bir quyu kimidir. Qaynayan səthindən milyonlarla kilometr kənara fışqıran nəhəng alov girdablarından və dibindən səthə doğru yüksələn nəhəng burulğanlarından ibarətdir. Bunlar canlılar üçün öldürücüdür. Ancaq Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və Yerin maqnetik sahəsi tərəfindən udulur. Yerin həyat üçün əlverişli planet olmasını təmin edən məhz Günəş sistemindəki qüsursuz nizamdır.

Günəş sisteminin quruluşunu tədqiq etdikdə son dərəcə həssas tarazlıqla qarşılaşırıq. Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıq, Günəş sistemindəki planetləri, sistemdən çıxaraq dondurucu soyuqluqdakı “xarici kosmosa” sovrulmaqdan qoruyur. Günəş malik olduğu böyük cazibə gücü səbəbindən bütün planetləri cəzb edir, onlar da fırlanmalarından əmələ gələn mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən qurtulurlar. Ancaq əgər planetlərin fırlanma sürətləri bir az yavaş olsaydı, onda bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və nəhayət Günəş tərəfindən böyük partlayışla udulardılar. Bunun tərsi də mümkündür. Əgər planetlər daha sürətli fırlansalar, bu dəfə də Günəşin gücü onları saxlamağa çatmaz və planetlər xarici kosmosa sovrulardılar. Lakin çox həssas olan bu tarazlıq qüsursuz şəkildə qurulmuşdur və sistem bu müvazinəti qoruduğu üçün davam edir.

Burada sözügedən tarazlığın hər planet üçün ayrı-ayrı qurulduğuna da diqqət çəkmək lazımdır. Çünki planetlərin Günəşdən məsafələri çox fərqlidir. Habelə, kütlələri çox müxtəlifdir. Bu səbəbdən hamısı üçün fərqli fırlanma sürətləri müəyyən edilməlidir ki, Günəşə yapışmaqdan və ya Günəşdən uzaqlaşıb kosmosa sovrulmaqdan qurtulsunlar.

Bunlar Günəş sistemindəki ehtişamlı tarazlığın bir neçə dəlilidir. Nəhəng planetləri və bütün Günəş sistemini nizamlayan və davamlılığını təmin edən tarazlığın təsadüfən ortaya çıxmadığı ağıl sahibi hər insanın asanlıqla anlayacağı həqiqətdir. Bu nizamın dəqiqliklə hesablandığı aydındır.

Günəş sistemindəki qeyri-adi həssas tarazlığı kəşf edən Kepler, Qaliley kimi astronomlar bu sistemin çox açıq şəkildə yaradıldığını göstərdiyini və Yaradıcının bütün kainat üzərində hakimiyyətinin sübutu olduğunu dəfələrlə qeyd etmişlər.


Geri dön

only-girl

  • 6 aprel 2011 00:17
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
Thanks you

--------------------

Ulya

  • 8 fevral 2011 21:16
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
tesekkur wink

LOVE IS DEAD

  • 8 fevral 2011 20:22
  • Məqalə: 0
  • Şərh: 1372
  • Bal:
{awards}
cox maraqlidir teshekkurler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

nilayka

  • 8 fevral 2011 20:17
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
cox maraqli xeberdi twk

--------------------

Grace_Angel

  • 8 fevral 2011 20:15
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler maraqli xeber ucun...

--------------------

Yusif

  • 8 fevral 2011 20:13
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Gunes sistemi :) sadece rey yazin :)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 35
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
nevroz
Xəbərləri: 1
Cəmi: 174
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}