Qəzavət-Müqəssiri aşkar etmək

 
Qəzavət-Müqəssiri aşkar etmək

YALANÇI ŞAHİDLƏRİN ARASINA TƏFRİQƏ SALIB MÜQƏSSİRİ AŞKAR ETMƏSİ

Günahsız və iffətli bir qızı Ömərin yanına gətirib onun zina etməsinə dair şahidlik etdilər. İndi hadisəni ətraflı şəkildə nəql edirik:

O qız uşaqlıq çağlarında ata-anasını itirmişdi. Bir kişi onu himayəsinə götürüb saxlayırdı. Kişi daim səfərə gedirdi. Nəhayət qız böyüyüb ərlik ərsəsinə çatdı. Kişinin arvadı ərinin o qızı öz əqdinə keçirəcəyindən qorxurdu. Buna görə də belə bir hiylə qurdu. Qonşu qadınlardan bir neçəsini öz evinə çağırdı. Onlar qızı tutdular, qadın da öz barmağı ilə qızın bəkarət pərdəsini yırtdı.

Kişi səfərdən qayıtdıqda arvadı ona dedi: – «Bu qızcığaz fahişəliklə məşğul olur!» Bu hadisədə iştirak edən qonşu qadınlar da şəhadət vermək üçün gəldilər. Kişi hadisəni Ömərə dedi. Ömər hökm vermədən dedi: – Qalxın, Əlinin yanına gedin.

Onlar hamılıqla ayağa qalxıb Əli (ə.s)-ın hüzuruna getdilər və hadisəni ona dedilər. Əli (ə.s) o qadına buyurdu: – İddiana şahidin varmı?

Dedi: – Bəli, qonşu qadınlardan bə`ziləri şahiddir.

Qadın onları çağırdı. Həzrət Əli (ə.s) qılıncını qınından çıxardıb qarşısına qoyaraq buyurdu ki, qadınların hər birini bir hücrəyə daxil etsinlər. Sonra o kişinin arvadını çağırıb kamil istintaq apardı. Lakin o, əvvəlki kimi öz iddiasından əl çəkmək istəmirdi. Onu əvvəlki otağına apardı. Sonra şahidlərdən birini çağırdı, özü isə diz üstə oturub ona buyurdu: – Məni tanıyırsanmı? Mən Əliyyibni Əbi Talibəm. Gördüyün bu qılınc da mənim qılıncımdır. O kişinin arvadı haqqa qayıtdı. Ona aman verdim. Əgər düzünü deməsən boynunu vuracağam!

Qadın qorxudan titrəməyə başlayıb Ömərə dedi: – Ey xəlifə! Mənə aman ver, həqiqəti deyim.

Əli (ə.s) ona buyurdu: – De görüm!

Qadın dedi: – Allaha and olsun, hadisə belə oldu: O kişinin arvadı qızın gözəlliyini və camalını gördükdə ərinin onunla izdivac etməsindən qorxdu. Buna görə də bizi öz evinə çağırdı və qıza bir qədər şərab içirtdi. Biz onu tutduq, o da barmağı ilə qızın bəkarət pərdəsini yırtdı.

Bu zaman Əli (ə.s) buyurdu: – Allahu Əkbər! Mən Danyal peyğəmbərdən sonra şahidlərin arasına təfriqə salaraq həqiqəti kəşf edən ilk şəxsəm!

Sonra o qıza nahaq yerə zina töhməti vuran qadınların hamısına iftira həddini tətbiq etdi. O qadını isə qızın bəkarət diyəsini (400 dirhəm) verməyə vadar etdi. Daha sonra göstəriş verdi ki, kişi özünün cinayətkar arvadına təlaq versin və həmin qızı alsın. O qızın mehriyyəsini də Əli (ə.s) öz malından verdi.

Bu hadisə sona çatdıqdan sonra Ömər dedi: – Ya Əbəl-Həsən! Həzrət Danyalın hadisəsini bizə bəyan et.

Əli (ə.s) buyrdu: – Danyal yetim bir uşaq idi. Bəni-İsraildən olan qoca bir qarı onun məişət xərclərini və ehtiyaclarını tə`min etməyi öz öhdəsinə almışdı. Dövrün padşahının iki xüsusi qazısı var idi ki, onların da padşahın yanına gedib-gələn bir dostları var idi. Onların dostunun arvadı çox gözəl idi. Bir gün padşah bir işi görmək üçün düzgün və əmanətdar bir şəxs axtarır, bu məsələ haqqında o iki qazı ilə məşvərət edir və deyir: – Bu işi yerinə yetirməyə layiqli olan bir adam tapın.

Hər iki qazı həmin dostlarını padşaha təqdim edir və onun hüzuruna gətirirlər. Padşah da həmin işi görməyi ona həvalə edir. O şəxs səfərə hazırlaşır. Lakin öz həyat yoldaşını daim o iki qazıya tövsiyə edirdi ki, onun məişət ehtiyaclarını tə`min etsinlər. Kişi səfərə getdikdən sonra hər iki qazi onun evinə gedib-gəlməyə başlayırlar. O qadınla çox ünsiyyətdə olduqlarına görə ona aşiq olur və öz istəklərini bəyan edirlər. Lakin qadın ciddi şəkildə imtina edir. Nəhayət ona deyirlər: – Əgər dediyimizə razı olmasan, səni padşahın yanında rüsvay edəcəyik! Qoy səni daş-qalaq etsin.

Qadın deyir: – Nə istəyirsinizsə, onu da edin.

O iki qazı padşahın yanına gəlib onun zina etdiyinə şahidlik edirlər. Padşah bu xəbəri eşitdikdə çox kədərlənir və o qadının işindən heyrətlənərək qazılara deyir: – Sizin şahidliyiniz qəbul olunur, amma bu işdə tələsməyin. Üç gündən sonra onu daş-qalaq edərsiniz!

Bu üç gündə padşahın əmri ilə carçı şəhərdə car çəkib deyir: «Camaat! O abidin zina edən arvadını daş-qalaq etmək üçün hazır olun! İki qazı onun bu işinə şahidlik etmişdir!»

Camaat bu xəbəri eşitdikdə söz-söhbətlər başlanır. Padşah öz vəzirinə deyir: – Bu işə bir çarə edə bilərsənmi?

Deyir: – Xeyr.

Üçüncü gün vəzir istirahət etmək üçün evindən çıxır, təsadüfən yolda oynayan çılpaq uşaqlarla rastlaşır. Onlara baxmağa başlayır. Vəzir onların arasında kiçik yaşlı Danyalı tanımırdı. Danyal zahirdə oynayırdı. Həqiqətdə isə özünü vəzirə göstərmək üçün uşaqları öz ətrafına toplamışdı. Onlara deyirdi: – «Mən padşah, sizin biriniz abidin arvadı və o iki uşaq da iki şahid olan iki qazi olsun.» Sonra bir qədər torpaq komalayır, bir qadından qılıncı alır və sair uşaqlara deyir: – Bu iki şahidin hər birinin əlindən tutun və filan yerə aparın.

Sonra o ikisindən birini çağırıb deyir: – Düzünü deməsən səni öldürəcəyik! (Vəzir bu səhnəni dəqiq şəkildə müşahidə edir və hər bir sözü eşidirdi.) O şahid deyir: – Şəhadət verirəm ki, o qadın zina etmişdir.

Danyal deyir: – Nə vaxt?

Deyir: – Filan gündə.

Danyal deyir: – Bunu o tərəfə aparın, o birisini gətirin.

Uşaqlar da onu əvvəlki yerinə aparıb digərini gətirirlər. Danyal ona deyir: – Sənin şəhadətin nədir?

Deyir: – Şəhadət verirəm ki, o qadın zina etmişdir.

–Nə vaxt?

–Filan gündə.

–Kim ilə?

–Filan kəsin oğlu filan kəslə.

–Harada?

–Filan yerdə.

O, əvvəlki şahidin dediyinin əksini deyir. Bu zaman Danyal buyurur: – Allahu Əkbər! Yalan yerə şahidlik etdilər!

Sonra uşaqlardan birinə göstəriş verir ki, camaatın arasında car çəkib belə desin: – «O iki qazı pak və iffətli bir qadına töhmət vurmuşlar, indi onları e`dam etməyə hazır olun!»

Vəzir bu hadisəni müşahidə etdikdən sonra dərhal padşahın yanına gəlib gördüklərini ona deyir. Padşah o iki qazını öz hüzuruna çağırır, eşitdiyi qayda üzrə onlardan xəbər alır. Onların şahidliklərinin bir-birinin əksinə olduğunu görür. Fərman verir ki, camaatın arasında car çəkib desinlər ki, o qadına bəraət qazandırılır. O, pakdır. Qazılar isə ona töhmət vurmuşlar. Sonra göstəriş verir ki, onları e`dam etsinlər.



Ehliwie-samux.tr.gg


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 20 iyun 2014 16:41
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
Allah razi olsun

--------------------

2-ci kurs telebesi

Banned549678

  • 26 may 2014 19:18
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun

➰__Ýųśíf__➰

  • 25 may 2014 19:54
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
тєωєккυяℓєя

NeFeSiM LiL OrXaN

  • 25 may 2014 17:57
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
ALLAH razi olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 may 2014 17:07
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsun

AySenKa

  • 25 may 2014 16:55
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Allah razi olsun

PoZitiV Kaa=)

  • 25 may 2014 16:30
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

^^FiDaNKa^^

  • 25 may 2014 16:00
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkurler

PSIXOPATKA

  • 25 may 2014 15:45
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Zehra_Aşiqi

  • 25 may 2014 15:44
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
Sitat: deye_deyeoleceysen
ALLAH razi olsunnn

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 25 may 2014 15:20
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ADA GirL

  • 25 may 2014 15:09
  • Məqalə: 32
  • Şərh: 4751
  • Bal:
{awards}
Allah razı olsun

♫ мєl๏dyคм ♫

  • 25 may 2014 14:33
  • Məqalə: 163
  • Şərh: 4827
  • Bal:
{awards}
Tewekkurler

--------------------

Mr.LegenD

  • 25 may 2014 14:08
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

Qaska_Quli

  • 25 may 2014 13:57
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunnn

--------------------

ヅ Bad Girl ヅ

  • 25 may 2014 13:52
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ILK WERH MENEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}