İtaliya haqqında məlumat

 
İtaliya haqqında məlumat


İtaliya
Sahəsi: 301 250 kv.km
Paytaxt: Roma
Dövlət dili: İtalyan dili. Turizm sahəsində ingilis və fransız dilini demək olar ki, hər yerdə başa düşürlər. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.
İqlim: Subtropik və mülayim Aralıq dənizi.
Pul vahidi: Avro
Şəbəkədə gərginlik : 220 V.
Bayram və istirahət günləri: 6 yanvar, Pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may- Əmək günü, 2 iyun – Respublika elan olunması günü (Romada paradla keçir),15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr - milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır). Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Pyotr, Milan – Amvrosiy, Turin – İoann və s. İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də. Ezamiyyət və işgüzar səfərlərin planlaşdırılması zamanı bunları nəzərə alın.


Dəyərli məsləhətlər: - İtaliyaya getməyə hazırlaşarkən, nəzərə alın ki, rayonların əksəriyyətində nəinki rusca, hətta, heç ingiliscə də danışmırlar. Danışsalar da siz heç nə başa düşməyəcəksiniz. Bu xoşagəlməzlik sizi ən gözlənilməz yerlərdə, restoranlarda və ya otellərdə yaxalaya bilər. Buna görə həmişə deməyə sözünüz olsun deyə danışıq kitabçasını götürməyi unutmayın. Pulları, qiymətli əşyaları, passport və aviabiletləri oteldə portyenin seyfində (bəzi otellərdə bu xidmət ödənişlidir) ya da özünüzlə gəzdirin. Otelin seyfinə təhvil verilməmiş qiymətli əşyalara görə administrasiya məsuliyyət daşımır. Mübadilə məntəqələrində və bank şöbələrində valyuta dəyişdirərkən valyutanın kursundan başqa, mübadilə üçün götürülən faizə də nəzər yetirin. Bu faiz bir qayda olaraq, heç yerdə yazılmır. Ona görə də onu kassirdən soruşmaq lazımdır. Valyuta mübadiləsinə görə faiz 10% qədər olmaldır. Rusiyada olduğu kimi, valyutanı dəyişdirmək üçün pasport təqdim etməlisiniz. Mübadilənin maksimal məbləği 500$. Bütün bankların iş vaxtı- 9.00-17.00 ( nahar fasiləsi də daxil olmaqla, nahardan sonra adətən banklar 1 saat işləyirlər). - Vaxtınızı boş yerə sərf edib ucuz restoran axtarmayın. Bütün restoranlarda qiymətlər təqribən eynidir (+20%). Əlbəttə ki, şəhərin mərkəzində restoranlar baha, ətrafında ucuzdur. Bu halda seçim kriteriyası rahatlıq və assortimentdir. Əgər yeməkdə qənaət etmək istəyirsinizsə, «Makdonalds»a, «Burger King»ə və ya «Avtoqril» ə baş çəkə bilərsiniz. Qatarlara bilet alan zaman uşaqlarınızın yaşını qeyd edin. Əgər tələbəsinizsə bunu da deyin. İtalyan dəmir yolu nəqliyyatında güzəşt sistemi çox maraqlıdır və bunu bilərək siz kifayət qədər yaxşı qənaət etmiş olarsınız. Lakin, vaqona girməzdən əvvəl perrondakı xüsusi avtomatda bileti komposterləməyi unutmayın. Əgər taksidən istifadə etmək istəyirsinizsə, taksilərin dayandığı dayanacağı tapmaq lazımdır. Məhz burada taksi tapmaq mümkündür, çünki küçədə əlinizi yelləməklə taksi tutmaq mümkün olmayacaq. Eyni zamanda taksini telefonla da (oteldə) sifariş etmək olar, amma, əgər italyan dilini bilirsinizsə. Otelin nömrəsindəki barda olan içkilər nömrənin qiymətinə aid edilmir. Bar-soyuducudan içdiyiniz və ya yediyiniz hər şey sonradan hesaba daxil ediləcək və oteli tərk edərkən sizə təqdim olunacaq. Eyni şey telefon danışıqlarına da aiddir. Nəinki şəhərlərarası və ölkələrarası danışıqlar, hətta, şəhər daxili danışıqlar da ödənişlidir. Nəqliyyatda gediş haqqı salonun daxilindəki avtomatlarda komposterləşdirilən talonlarda ödənilir ( əgər bu tramvay və ya avtobusdursa, metroda isə turniketdə). Tramvay və avtobuslardakı talonlar satılmır və onları dükanlarda və ya keçidlərin kassalarında almaq mümkün deyil.

Leonardo Da Vinçi və Dantenin, Kolizey və Pizan qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş hər şeydə görünür. «Əbədi şəhər» Roma – öz meydanları və fontanları, qədim abidələri və Vatikan muzeyləri ilə ürəyinizi fəth edcək. Renessansın beşiyi olan Florensiya heç də Romadan geri qalmır. Burada demək olar ki, hər bir ev incəsənət abidəsidir. Sevgililərin arzusu və karnavallar vətəni olan Venesiya şəhəri 122 adaya bölünən, çoxsaylı kanallarla hərəkət edən qondolalarla bütün turistləri cəlb edir. Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milan isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız. İtaliya, həmçinin, gözəl çimərlikləri ilə də fərqlənir. Burada aktiv istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər bura xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın «çəkmə»si üzərindən uçmaq üçün gəlirlər. Italiya sizi biganə qoymayacaq. O sizin ürəyinizi fəth edəcək, sizi valeh edəcək. Siz Sofi Lorenin vətənini tərk edəcəyiniz günün gəlməsinə heyfslənəcəksiniz. Amma, ruhdan düşməyin, məşhur Trevi fontanına qəpik atın və siz mütləq bura bir daha qayıdacaqsınız. Məhz onda Çao - «sağol» , Çao İtaliya salamlaşmasına çevriləcək!
İtaliyaya səyahət etməyin bir çox vacib səbəbi var: tərtəmiz dəniz, ən yaxşı çimərliklər, valehedici mənzərələr, saysız-hesabsız qədimi muzeylər. Ən əsası isə odur ki, bu ölkədə ən alicənab kişilər yaşayırlar! Buna görə də dərhal romantik İtalyaya səyahət edək.
Heç vaxt İtaliyada olmayanlara klassik marşrutla hərəkət etməyi məsləhət görərdim: Roma, Venesiya, Florensiya, Neapol, Rimini və San-Marino Respublikası, Piza, Paduya hərdən onlara Verona da əlavə olunur. Sonradan qayıdıb qayıtmayacağınızı müəyyənləşdirməkdən ötrü ölkənin ən məşhur şəhərlərini mütləq ziyarət etmək lazımdır (amma qayıtmaq istəməyəcəyinizə heç bir şübhə yoxdur). Əsl cənnət isə İtaliyanın cənubudur. Onu tələsmədən, həzzi mümkün qədər uzadaraq öyrənmək lazımdır.
Təbii ki, İtaliya haqqında söhbətə Romadan (Rome) başlamaq lazımdır. Tibr sahilində gəzişmək, yarıdağılmış kolizeyi seyr etmək, imperator saraylarının dağıntıları arasında və ya İspaniya meydanının pilləkənlərində dincəlmək inanılmaz təəssüratlar bağışlayır. Bütün bunları etdikdən sonra isə ürəyinizdə niyyət tutub, Trevi fəvvarəsinə dəmir pul atmağı unutmayın. Deyilənlərə görə, bununla bütün arzular çin olur.


İtaliyada ən populyar bayramlar:
1 yanvar Yeni İl
6 yanvar Xaç suyuna salma
6 yanvar Nollaig Bheag (Kiçik Milad günü)
8 aprel Pasxanın Birinci Günü
9 aprel Pasxa Bazar ertəsi
25 aprel Azadlıq Gün
1 May Əmək günü
2 iyun Respublika Günü
24 iyun Dövlət. Müqəddəs Con Günü
29 iyun Dövlət. Piter və Müqəddəs Pol Günü
11 iyul Müqəddəs Rosalia Günü
15 avqust Ehtimal Günü
19 sentyabr Müqəddəs Yanuarius Günü
4 oktyabr Müqəddəs Petronius Günü
1 noyabr Bütün Möminin Günü
4 noyabr Milli Birlik Günü
6 dekabr Müqəddəs Nikolas Günü
7 dekabr Müqəddəs Ambrouz Günü (Milan Yalnız)
25 dekabr Milad
26 dekabr Müqəddəs Stiven Günü
Faydalı əlaqələr:
Fövqəladə hallar telefon nömrələri:
Polis 112
Bədbəxt hadisə 113
Təcili yardım 118
Yanğın xidməti 115
Avtomobillər üçün texniki dəstək 116


Geri dön

Yusif

  • 9 fevral 2011 12:29
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
tesekkurler

Ulya

  • 9 fevral 2011 12:12
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
tesekkur

,,kepenek,,

  • 9 fevral 2011 01:57
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
tesekkur cox maraqli xeberdi

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

nilayka

  • 9 fevral 2011 01:55
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
cox maraqliydi tewekkur

--------------------

Made_In_Bakinka

  • 9 fevral 2011 01:49
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
tesekkurler dosi maraqli melumat idi... oxumaga deyer...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}