Xərçəngdən qorunmaq istəyirsiz? Xoşbəxt olun!

 
Xərçəngdən qorunmaq istəyirsiz? Xoşbəxt olun!


Xoşbəxtlik hormonları insanı xərçəngdən də qoruyur
Xoşbəxt olmaq yalnız psixoloji duruma deyil, həm də bütün orqanizmə müsbət təsir edir. Mütəxəssislərin fikrincə, xoşbəxt edən hormonlar bir çox xəstəliklərdən, hətta xərçəngdən də qoruyur. Üç il davamlı stress şəraitində olmaq isə xərçənglə nəticələnir.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bəzən həyatında hər şeyi qaydasında olan insanların da xoşbəxt olmadığını müşahidə edib: "Xoşbəxtlik hissi hormonların təsiri nəticəsində yaranan biokimyəvi prosesdir. Bir neçə hormon var ki, onların çoxluğu insanda məmnunluq yaradır, depressiyaya, stressə düşmə hallarını minimuma endirir. İnsanın əhvalı əsas iki - serotonin və endorfin hormonlarından asılıdır".

A.Qurbanova bildirib ki, serotonin hormonu kifayət qədər olan insanların nadir hallarda kədərləndiyini görmək olar: "Alimlər bir sıra təcrübələr aparıb bu qənaətə gəliblər ki, bu təbii kimyəvi element xərçəngdən qoruyur. Serotonin başqa hüceyrələri məhv etməyə qadirdir. Hal-hazırda alimlər serotonin fenomeni üzərində işləyərək xərçəngin dərmanını tapmağa çalışırlar".

Bundan başqa, serotonin gərginliyi azaldır, zövq alma hissini və əhvalı yüksəldir, yuxuya və iştaha yaxşı təsir edir. Əgər bu hormonun azlığını hiss edirsinizsə, şokolad, banan, əncir və xurma yeyə bilərsiniz. Serotonin atdıqda əhval yüksəlir. Bu reaksiya ilə də serotoninin nə səviyyədə olduğunu öyrənmək olar.

Endorfin hormonu çox olan insanlar həmişə enerjili olur və özlərini xoşbəxt hiss edirlər. Bu hormonu az olan insanlar isə özlərini bədbəxt hiss edir və apatiya vəziyyətində olurlar.

Endorfini - bioloji fəal olan birləşmələrini beyin hüceyrələri və sinir sistemi yaradır. Bu hormonun təsirindən insan sevinir, özünü yüngül hiss edir və gümrah olur. Bu cür təsirə bir sıra narkotik maddələr də malikdir. Bu hormonun formulu morfinin formulu ilə oxşardır.

Qeyd edək ki, alimlər süni endorfin maddələrini yaratmağa cəhd etsələr də, bu maddələr qısa müddət ərzində asılılıq yaratdığı üçün onların istehsalı dayandırılıb. Hesab olunur ki, endorfin maddəsinə asılılıq, heroinə olan asılılıqdan daha tez yaranır.

Psixoloq qeyd edib ki, endorfin maddəsi güclü ağrıkəsici, hərarəti aşağı salan, iltihab əleyhinə effektə də malikdir: "Hamiləlik dövründə endorfin hormonlarının sayı çoxalır, doğuşdan sonra isə qəfildən azalır. Bu səbəbdən də doğumsonrası depressiyalar və nevrozlar çox geniş yayılıb. Xroniki ağrı sindromlarına görə endorfinlərin sintezi pozula bilər, - deyən müsahibimiz əlavə edib ki, xoşbəxtlik hormonları bir çox səbəblərə görə azala bilər. - Bu hormonların sintezi endokrin, infeksion və viruslu xəstəliklər, eləcə də xroniki yorğunluq zamanı azalır. Hətta, uşağın tərbiyəsi də bu hormonların az sintez olmasında rol oynayır. Əgər ailədə hər bir xırda problemə görə məyus olurlarsa, uşaq tez-tez danlanırsa, valideynlərini daim qəmli görürsə, tədricən aşağı əhval-ruhiyyə uşaq üçün normaya çevrilir. Uşaq xoşbəxtlik hormonlarının minimum hədd olmasına öyrəşərək böyüyür".

Onun dediyinə görə, insanda bu hormonlar azdırsa, onların çoxalması üçün həyat tərzini, qidalanma, gündəlik rejimini dəyişdirə bilər: "Soyuq hava bu hormanların yaranmasını sürətləndirir. Lətifə oxumaq, dinləmək, komediya filmlərinə baxmaq, çox gülmək də endorfin maddələrinin qəfil qalxmasına səbəb olur. Ultrabənövşəyi şüaların da təsirindən serotonin artır. İncəsənətdən zövq almaq da xoşbəxtlik hormonlarının sintezini artırır. Kitab oxumaq, musiqi dinləmək, rəsm əsərlərinə baxmaq bu baxımdan xeyirlidir".

Endorfin maddələri məqsədlərə nail olduqda da artmağa başlayır. Günahkarlıq hissi isə əksinə, xoşbəxtlik hormonlarının sintezini pozur. Hormonların artmasına idman da müsbət təsir göstərir. Xüsusilə də, idmanla məşğul olmaq kişilər üçün çox xeyirlidir. Yarım saat idmanla məşğul olduqda qanda xoşbəxtlik hormonları 6-7 dəfəyədək artır. Bu vəziyyət 1-2 saata qədər davam edir.

Hələ qədim zamanlardan sevgi bir çox xəstəliklərin dərmanı hesab olunurdu. Sevən zaman xoşbəxtlik hormonları yüksək həddinə çatır. Sevgini dadlı qida da kompensasiya edə bilər. İlk növbədə şokolad xoşbəxt olmağa kömək edir. Karbohidratlarla zəngin qida, banan və dondurma da xoşbəxtlik hormonlarını çoxaltmağa qadirdir.

Vitamin B və fol turşusu ilə zəngin olan ispanaq da xoşbəxtlik hormonlarını artırır. Amin turşuları və teaninlə zəngin olan yaşıl çay da əhvalı yüksəldir. Giləmeyvələr - çiyələk, moruq, qarağat da əhvalı yüksəltməyə qadirdir. B12 vitamininə görə toyuq əti yeməyin də xeyri var. Xüsusilə də, toyuğun ağ ətində B12 vitamini çoxdur. Bu vitamin isə serotoninin lazımi qədər sintez olmasına yardım edir. Avokado da insanı enerjili və gümrah edir. Bu meyvə ürək-damar sisteminə müsbət təsir göstərir, xolesterini azaldır. Xoşbəxtlik hormonlarının azlığı insanı əsəbi, yorğun, əzgin və ən pisi bədbəxt edir. İnsanın yuxu rejimi belə pozulur.


Geri dön

ヅ Bad Girl ヅ

  • 2 iyun 2014 16:37
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
тєωєкυяℓєя

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyun 2014 16:25
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
cox gozel meqaledi sagol.

PoZitiV Kaa=)

  • 27 may 2014 18:50
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

I love you my heart

  • 27 may 2014 16:51
  • Məqalə: 11
  • Şərh: 438
  • Bal:
{awards}
sagolunnnnnn

K.r.A.l

  • 27 may 2014 15:37
  • Məqalə: 26
  • Şərh: 1366
  • Bal:
{awards}
1- Sənin ayaqqabılarını qapımın ağzına qoyub insan kimi yaşamaq istəyirəm.

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

ღKiRaZ MeVsİmCiღ

  • 27 may 2014 13:03
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
tewekkurler winked

^^Nazlı Şeytan^^

  • 27 may 2014 12:55
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

Qaska_Quli

  • 27 may 2014 12:41
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrrrrrrr

--------------------

♫ мєl๏dyคм ♫

  • 27 may 2014 12:31
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
tewekkurler

--------------------

Kapriznaya Dəcəlka

  • 27 may 2014 12:26
  • Məqalə: 90
  • Şərh: 2844
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

lider

  • 27 may 2014 11:59
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
3 il? bəs niyə mən hələ ölməmişəm?

Nazi_Odi

  • 27 may 2014 11:35
  • Məqalə: 36
  • Şərh: 5417
  • Bal:
{awards}
Mən bütün günü xoşbəxtəm )

aska rico

  • 27 may 2014 11:07
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
təşəkkülər

--------------------

➰__Ýųśíf__➰

  • 27 may 2014 10:57
  • Məqalə: 298
  • Şərh: 5649
  • Bal:
{awards}
tewekkurler

Banned456

  • 27 may 2014 10:45
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Çox sağoLun ◕‿-

Zehra_Aşiqi

  • 27 may 2014 10:42
  • Məqalə: 272
  • Şərh: 1305
  • Bal:
{awards}
OYYYYYYYYYYY UZAQ OLSUN

--------------------

PércyDarkMoon

  • 27 may 2014 10:15
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
tewekkurler

--------------------

♔ Rapuиzel ♔

  • 27 may 2014 09:37
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
tewekkurler

--------------------

Biqeyrət....

  • 27 may 2014 09:32
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
megaleye gore tesekkurler

^Peri MaSali^

  • 27 may 2014 09:25
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
tesekurler meqaleye goreee

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 155
 
The Shield
Xəbərləri: 47
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}