Ramil Səfərovdan xəbər var [yeni]

 
Ramil Səfərovdan xəbər var [yeni]


Ramil Səfərovun macarcadan tərcümə etdiyi roman çapdan çıxıb

erməni hərbçinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası alan Azərbaycan zabiti Ramil Səfərov macar dilindən Azərbaycan dilinə əsər tərcümə edib. Tanınmış macar yazıçı Maqda Sabonun "Qapı" romanı macarcadan Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabdır. Səfərov kitabı 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib.

Əsərin əsas qəhrəmanları yazıçı Sabo özü də daxil olmaqla qadınlardır. Psixoloji melodram kimi qələmə alınan romanda yazıçı tipik macar qadının obrazını yaradıb. Əsərdə başı çox bəllalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara kömək etmiş saf, mərd bir qadın olan Emerencin II dünya müharibəsindən əvvəlki və sonrakı həyatı, onun şərəfli ölümü qələmə alınıb.

Səfərov tərcüməçi kimi yazdığı ön sözdə macar və azərbaycan xalqının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edib.

Səfərov yazır ki, Azərbaycanda macar xalqına münasibətin 2004-cü ildə erməni ordusunun zabiti ilə onun arasında baş vermiş hadisəyə və ona oxunan hökmə görə formalaşmasından ciddi narahat olur: "Məhkəmənin hökmü kifayət qədər əsassız və ədalətsiz olsa da, bu, mənim macar xalqına hörmətimi qətiyyən dəyişdirməyib. Ümidvaram ki, tərcümə etdiyim bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə cüzi də olsa, bir töhfə olacaq".

Kitabın redaktoru Fazil Güney (Abbasov) kitaba yazdığı ön sözdə bildirir ki, "məhbəsdə olmasına baxmayaraq ruhunun azadlığı və yenilməzliyi, intellektinin dərinliyi və əhatəliyi ilə macarların da böyük hörmətini qazanmış Ramil yaradıcı əməyi sayəsində ona qarşı söylənən qatil, başkəsən uydurmasını yerlə yeksan edir".

34 yaşlı Səfərov 2004-cü ildə NATO-nun Macarıstanda keçirilən təlimi zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabit Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək, Budapeşt Məhkəməsinin hökmü ilə 30 il müddətinə əfv hüququ olmadan ömürlük azadlıqdan məhrum edilib.

Səfərov Ermənistanın işğal etdiyi Cəbrayıl rayonundandır. Erməni hərbçi azərbaycanlılara qarşı törədilmiş işgəncələrin şahidi olmuş və işğal nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş, mənən təhqirə məruz qaldığına görə affekt vəziyyətində olan Azərbaycan zabitinin qurbanına çevrilib.

Maqda Sabo (05.10.1917-19.11.2007) Macarıstanın tanınmış qadın yazıçılarındandır. Yazıçının ilk kitabı "Quzu" 1947-ci ildə, ikinci kitabı "İnsana qayıdış" 1949-cu ildə nəşr olunubdur. Bu kitab "Baumgarten" mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb. O, "Fresko" və "Abigel" kimi məşhur romanların da müəllifidir. Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunub. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" verilibdir.


Ramil Səfərovdan xəbər var [yeni]


Ramil Səfərovdan xəbər var [yeni]


Geri dön

blom

  • 29 dekabr 2011 21:28
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
RAMİL SEFEROVA AZADLİQ İSTEYİRİK

R_A_P_U_N_Z_E_L

  • 25 noyabr 2011 20:10
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

mirkamal97

  • 11 avqust 2011 05:41
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

_RONALDO_

  • 27 may 2011 14:52
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler Heyatim maraqli ve deyerli xeber idi

tesekkurler Heyatim maraqli ve deyerli xeber idi

--------------------

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 21:52
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maraqli xebere gore tewekkkur edirem muellife

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Black_eagle

  • 27 fevral 2011 08:50
  • Məqalə: 5
  • Şərh: 93
  • Bal:
{awards}
maraqli xebere gore tewekkkur edirem muellife

--------------------
I keep waiting here by the phone with your pictures hanging on the wall

Lexikon

  • 9 fevral 2011 23:04
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Azerbaycan oglu qardasimiz Allah komeyin olsun Insallah vetene qayidacasan.muelife tewekur

ELIZA29

  • 9 fevral 2011 15:09
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
ANASININ OLUMUNU EWIDENDE COX PIS OLDUM. OGLUNA HESRET KOCDU BUDUNYADAN.ALLAH RAMINE DOZUM VERSIN. DEVLETIMIZ ONA KOMEK EYLEYER INWALLAH.

Yusif

  • 9 fevral 2011 12:28
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

Mr.aligator

  • 9 fevral 2011 12:19
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
cox maraqli xeberdir.

--------------------
?????????????

Ulya

  • 9 fevral 2011 12:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

Milaska

  • 9 fevral 2011 11:56
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
Allah onu qorusun!

ILuVia

  • 9 fevral 2011 10:50
  • Məqalə: 11
  • Şərh: 236
  • Bal:
{awards}
cox sag ol,dostik.maraqli xeber idi.bele xeberler cox olsa yaxsidi smile Allah Vetene can yandiran her bir kesin komeyi olsun!!! AAmin!!

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

Elvin_737

  • 9 fevral 2011 10:31
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
ALLAH KOMEK OLSUN RAMIL SEFEROVA.
COX SAGOLUN KI BELE XEBERLERLE MERD OGLANLARI YADDAN CIXARMIRSIZ

--------------------

eliza

  • 9 fevral 2011 09:52
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
{awards}
xebere gore tessekur.allah ramile ve ailesine sebir ve dozum versin

nilayka

  • 9 fevral 2011 02:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli xeber ucun twk

--------------------

Made_In_Bakinka

  • 9 fevral 2011 02:26
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler Heyatim maraqli ve deyerli xeber idi

,,kepenek,,

  • 9 fevral 2011 02:25
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
maraqli xebere gore cox sagol

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}