İnsan həyatda niyə çətinliklərlə üzləşir?

 
İnsan həyatda niyə çətinliklərlə üzləşir?


Dünya həyatı başdan başa çətinliklərdən ibarətdir. İnsan özünü çətinliyə hazırlaşdırmalıdır. Bəziləri istəyir yaxşı insan olsun, kamilliyə çatsın, amma çətinlik istəmir. İstəyir əxlaqi dərəcələrə çatsın, əxlaqi fəzilətlərə sahib olsun, amma çətinliksiz... Bu mümkünsüzdür! Deyir ki, "Mənim həyat yoldaşım məni əsəbləşdirməsin, mən səbirli insan olum", "Hamı mənə yaxşılıq eləsin, mən də yaxşılıq edim". Bu böyük hünər deyil! Yaxşılığın cavabı elə yaxşılıq olar.

Səbirli olmaq o zaman hünərdir ki, biri məni qəzəbləndirir, mən səbir göstərirəm. "O, mən istəyən kimi olsun, mən inkişaf edim" - belə qayda yoxdur dünyada. Hünər odur ki, biri insanı əsəbləşdirsin, insan əsəbləşməsin.

Bu dünya çətinliklər evidir. Mütləq biri tapılacaq ki, səni əsəbləşdirsin. Başqa cür mümkün deyil, mütləq o adam olacaq. Heç vaxt insan gərək o gümanda olmasın ki, nə zamansa çətinlik olmayacaq. Belə bir şey yoxdur. Hədisdə var ki, möminə ya ailəsi əziyyət verir, ya qonşusu, o da olmasa yoldan keçən mütləq biri tapılacaq, onu əsəbləşdirsin. Başqa bir hədisdə deyilir: "Möminə ya kafir düşmənçilik edər, ya münafiq hiylə qurar, ya da ki, başqa mömin həsəd aparar". Bunlar həyatın qanunlarıdır. Nə qədər desək ki, "Bunlar inşAllah mənim həyatımda olmayacaq" qəti bilin ki, olacaq. Bu yaradılışın fəlsəfəsi imtahana çəkilməkdir. İmtahan yaradılış fəlsəfəsidir və imtahanın içərisində çətinlik gizlənir. Düzdür, biz xoşluqlarla da imtahana çəkilirik, amma çətinliklər olmasa xoşluğun da mənası yoxdur. Xoşluq çətinlik müqabilindədir. Və biz bəzən sərvətlə də, var-dövlətlə də imtahana çəkiliriksə, onun yanında fəqirlik olmasa, bu imtahanın mənası olmaz. Bəzən niyə harama tərəf gedirik? Çünki fəqir olmaqdan qorxuruq. Varlılığın yanında fəqirlik olmasa, rahatlığın yanında sıxıntı və çətinlik olmasa, o zaman rahatlığın da mənası olmaz.

Quranda qeyd olunur ki, Həzrəti Adəm yolunu azdı. Adəmin yoldan çıxma hadisəsini Allah Quranda belə danışır:

Şeytan Adəmə dedi: "Sənə bir ağac göstərimmi ki, onu yesən əbədiyyət qazanacaqsan?"

Deməli nədən istifadə elədi? Adəm cənnətdə qorxur ki, bir gün bundan alınar, çünki biz gedəcəyimiz cənnət deyil, o başqa cənnət idi, o xoşluqlardan ibarət bir yer idi. Həzrəti Adəm onu itirmək qorxusundan gedib ağacın meyvəsindən yedi. Şeytan çətinliyə düşmək qorxusu hissindən yapışdı. Nemət içində olan birinə dedi ki, istəyirsən bu nemətlər səndən alınmasın? Nemətlərin alınma qorxusundan istifadə elədi, onu o ağacdan yeməyə vadar elədi.

Yəni din yolu getmək istəyən, təzkiyə olmaq istəyən insan əvvəlcədən bir şeyi bilməlidir ki, bu yolda çətinliklər olacaq. Bu yol çətinliklərdən ibarətdir. Bu yolun mahiyəti çətinlikdir. Bundan başqa qeyri bir yol axtarmaq mümkün deyil. İnsan nə qədər də dua eləsə ki, "İlahi məni çətinlliyə salma" bu dua batil duadır, belə dua etməyin. O dua heç zaman qəbul olunmayacaq. Çünki həyatın fəlsəfəsinə zidd bir duadır.


İnsan həyatda niyə çətinliklərlə üzləşir?

Nə qədər yaşayırsansa, imtahan olunacaqsan. Hər balaca və böyük hadisə bizim üçün imtahandır.

Hər şey biz istəyən kimi olmayacaq. Bu mütləqdir, birmənalıdır.

Biz istəyirik hamı, hər şey bizim istədiyimiz kimi olsun, biz də yaxşı adam olaq, islah olunaq. Amma "çətin həyatda" islah olmaq hünərdir. İslah olmaq o zaman anlam kəsb eləyir ki, çətinliklərlə, hərşey mən istəyən kimi getməsin, bu çətinliklərlə mubarizə aparıb islah olum.

Bəzi adamlar var deyir: "Yox mən bu şəraitdə islah ola bilmirəm, mühit pisdir." Bəli, mühit çətin mühitdir, amma prinsip bu deyil ki, "hər şey yaxşı olsun, mən də islah olunum. Hər şey mən istəyən kimi olsun."

Yox, inşAllah cənnətdə elə olacaq. Cənnətdə hər şey biz istəyən kimi olacaq. Necə istəyirsən, orda hər şey elə olacaq. Burda isə heç vaxt elə olmayacaq, burda heç vaxt hiss eləməyəcəksən ki, hər şey qaydasında gedir. Əgər hiss eləsən hər şey qaydasında gedir, bil ki hər şey qaydasında deyil, sadəcə sənin xəbərin yoxdur. Axtarsan görərsən xeyli şey qaydasında deyil. İnsan həyata münasibətdə, dünyaya münasibətdə gərək özünü aldatmasın, problemsiz həyat arzusuna düşməsin, çətinliksiz həyat arzusuna düşməsin. Mübarizə həyatın fəlsəfəsidir.

Allah buyurur: "Biz insanı əzab-əziyyətdə yaratdıq, yaratdıq ki imtahan eləyək.

İmtahan deyəndə bilirsən ki çətinlik var. "Biz sizi bir az qorxuyla imtahan eləyəcəyik, bir az aclıqla, bir az canınızda olan nöqsanla, sağlamlığınız əldən gedəcək, bir az övladlarınızla, bir az malınızla imtahana çəkəcəyik. "

Səbr o zaman anlam kəsb eləyir ki, bu çətinliklərdən keçəsən. (Bunlar olmasa, hər şey yaxşı olsa, daha səbrin mənası nədir?)

Bu sözlərdən sonra buyurdu ki: "Səbir edənlərə müjdə ver. Çətinlikləri düzgün, yaxşı qarşıladılar.

Sual yarana bilər ki: "Niyə axı Allah yaratdıqlarını çətinliyə salır? Bir cənnətə görə gərək 50 il əzab çəkim? Niyə belə edir?"

Ona görə ki, bu mərhələləri keçmədən insana cənnəti versə, tutum yoxdu. Elə bil ki, təzə dünyaya gəlmiş uşağa, məsələn, ət yeməyi verirsən ki ye.. Onun mədəsinin tutumu yoxdur, o bir müddət gərək süd içsin, tutumu artsın ki, ona hazırlaşsın. İnsan da zatən tutumu məhduddur. Ona görədə bu dünyada çətinliklər ruhu böyüdür və biz böyük Allahla görüşəcəyik deyə böyük Allahla bizim aramızda bir uyğunluq olsun, yəni ruhumuz Allaha uyğunlaşsın. Ona görə bizi dünyaya göndəriblər ki, çətinliklər vasitəsi ilə ruhumuz böyüsun ki, biz o görüşə hazır ola bilək. Əzəmətli Allaha qovuşa bilək. Ona görə də dünyanın xəmiri çətinliklərlə yoğrulub.

Uşağa uşaqlıqdan uşaq dilində başa salmalısan ki, həyatda çətinliklər var, çətinliklərlə qarşılaşacaqsan. 7 yaşdan sora yavaş-yavaş başa sal, öyrət, müəyyən qədər çətinliklərə sal ki ruhu hazırlaşsın. Niyə deyir, ədəbi 7 yaşdan öyrət? Ədəb nə deməkdir: Ədəb, yəni ürəyin istədiyin kimi oturma, ayağını uzatma, ayağı yığmaq çətin gəlir, çantanı ürəyin istədiyi yerə atma, zəhmət çəkib yerinə qoy, ürəyin istədiyi kimi yazma, hətta o xətti, gözəl yazma qaydasını uşaqlara öyrədin. Çünki ordada çətinlik var, gərək barmağına bir az zəhmət versin ki, gözəl xətlə yazsın. Uşağa 7 yaşdan sonra ədəb öyrədin, yəni 7 yaşdan sonra yavaş-yavaş çətinliklərə alışdırın, həyatı nizama düşsün.

İnsan həyatda niyə çətinliklərlə üzləşir?

Dünya çətinliklərdən ibarətdir, arada nəfəs almaq üçün asanlıq da var. Dünya təxminən üzməyə bənzəyir, üzürsən, hərdən başını çıxarıb nəfəs alırsan, yenə başlayırsan suyla çarpışırsan, mübarizə aparırsan. Rahatlıqlar arada adama verilir ki, bir az nəfəs çəksin, özünə gəlsin, təzədən mübarizəyə davam eləsin. İnsan dünyada dənizdə üzən kimidir, çətinliklər olmalıdır ki, insan inkişaf eləsin, sonra da Allaha şükr etməyi bacara bilsin.

Allaha doğru getmək istəyən insan əvvəl yolun qayda-qanununu bilməlidir. Bilməlidir ki, insan yaşayırsa, daim çətinliklərdə olacaq, mütləq çətinliklərdə olacaq. Məsələn: İnsan döyüşə girirsə, yarışa gedirsə, yarışın qayda-qanununu bilməsə, nə qədərdə güclü olsa, yenə məğlub olacaq. Yarışa gedən adam bilir ki, məqsədi nədir. Özünü də tanıyır, bilir, gücü çatacaq, amma döyüşün qayda-qanununu bilmirsə, məqsədə çata bilməz.

Ona görə məqsəd o deyil bilsin, məqsəd Liqaullahdır (Allahla görüşdür) və özünü də tanısın, desin mən bu yolu gedə bilərəm. Bu, kifayət eləmir. Gərək yolun qayda-qanununu biləsən, məqsəd nədir onu bilə insan...


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyun 2014 15:10
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
ALLAH RAZI OLSUN bele dini meqaleler qoydugunuz ucun

✰Karabakh Girl✰

  • 1 iyun 2014 18:12
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
tewekkurler

Damlam

  • 28 may 2014 12:27
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
Quranda qeyd olunur ki, Həzrəti Adəm yolunu azdı. Adəmin yoldan çıxma hadisəsini Allah Quranda belə danışır:

Şeytan Adəmə dedi: "Sənə bir ağac göstərimmi ki, onu yesən əbədiyyət qazanacaqsan?"

--------------------
http:///user/İmza/

^Peri MaSali^

  • 28 may 2014 09:29
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Banned549678

  • 28 may 2014 09:05
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun ◕‿-

Röya_Ayxan_Fan

  • 28 may 2014 00:13
  • Məqalə: 1
  • Şərh: 27
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Mövlanadan soruşmuşlar " eşq nədir ?" Deyə.Necə təsvir edim ol da gör demiş. . . !

Kapriznaya Dəcəlka

  • 27 may 2014 23:52
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
tewekkurler

--------------------

Mr.LegenD

  • 27 may 2014 23:20
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

PSIXOPATKA

  • 27 may 2014 22:37
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
CETINLIK MOMININ SINAQIDI ALLAH RAZI OLSUN

--------------------

PoZitiV Kaa=)

  • 27 may 2014 22:20
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
meqaleye gore twk)

--------------------

Zehra_Aşiqi

  • 27 may 2014 21:59
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Bitmesin Hikayemiz

  • 27 may 2014 21:30
  • Məqalə: 0
  • Şərh: 782
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------
Onun sənə bütün etdiklərinə baxmayaraq, bağışlaya bilərsən. Çətin olan onu bağışladığın üçün özünü bağışlaya bilməkdir.

Qaska_Quli

  • 27 may 2014 21:20
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunnnn

--------------------

lider

  • 27 may 2014 21:13
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Cox maraqli idi tewekkurler

ヅ Bad Girl ヅ

  • 27 may 2014 21:08
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tewekkurler

--------------------

goz yasim

  • 27 may 2014 21:07
  • Məqalə: 0
  • Şərh: 973
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN


INSAN OQLU HEYATINDA CETINLIKLERI SEVIR

➰__Ýųśíf__➰

  • 27 may 2014 20:58
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
təşəkkür edirəm

NikaLYa

  • 27 may 2014 20:49
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♔ Rapuиzel ♔

  • 27 may 2014 20:46
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

NeFeSiM LiL OrXaN

  • 27 may 2014 20:44
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
ALLAH razi olsun

♫ мєl๏dyคм ♫

  • 27 may 2014 20:38
  • Məqalə: 163
  • Şərh: 4759
  • Bal:
{awards}
ilk werh menden tewekkurler

--------------------

I love you my heart

  • 27 may 2014 20:36
  • Məqalə: 11
  • Şərh: 450
  • Bal:
{awards}
sagolunnnnnn

^^Nazlı Şeytan^^

  • 27 may 2014 20:36
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

ADA GirL

  • 27 may 2014 20:36
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}