İ`m back!!!

 
İ`m back!!!


Başladıq. Uzun zamandır yada düşmürsən. Yazmağı da buna görə tərgitmişəm. Vaxt yoxdu səni düşünməyə. Gülməlidir hə? :) Amma həqiqətən vaxt yoxdur. 1il bundan qabaq sənə görə oxumağa vaxt tapmadığım dərslərimi 1-ci plana salmışam. 14 yaşında bir insan üçün sevgi nə qədər vacib ola bilərdi ki? Heç... Sadəcə maraq, simpatiya və ya.. ətrafdakılaramı baxıb öyrəndi deyim? Axı o qız sevirdi, acı çəkirdi...Hətta yaşadıqlarının adını ``sevgi`` də qoymuşdu. ``Ayrılarkən`` ağlamışdı da. Biləklərinə izlər də qoymuşdu. Yox, axı bəlkə o bunları sadəcə kinolardan öyrənmişdi? Bəlkə daha bağçada oxuyan bir qızın sevgi sms-ləri yazmağı təəccübləndirməmişdi onu? Amma bunların heç biri deyil... O qız sevirdi... Vaxtı deyildi bəlkə... Amma həqiqətən sevirdi. Tez ya gec, gərəkli və ya gərəksiz, doğru və ya yanlış... Amma sevirdi. Çoxlarından fərqli olaraq o daha 8 - ci sinifdə oxuyanda sözün əsl mənasında sevirdi. O bununla qürur duymurdu, amma nəticədə sevirdi...Gülməlidi :) İndi mən də çox gülürəm :)))) Amma nəticədə mən həqiqətən sevirdim. Sevməyi bacarmayan birini sevirdim. Əlbətdə, daha ağlı komp. oyunlarında olan birindən sevməyi gözləmək də ağılsızlıq idi. Kifayət qədər ağılsızlıq. Amma əgər o, gününü çayxanalarda keçirdəcək qədər böyümüşdüsə, siqaret çəkəcək qədər yetkinləşmişdisə sevməyi niyə bacarmayaydı? Yox, bax bu nöqtədə mən anladım... Nəyi? Sirli qalsın :) Gec anladım...Bəlkə mühit, bəlkə şərait... bəlkə sadəcə ilk dəfə səsini eşitdiyim qəlbim. Səbəb hər nə olur olsun. Mən sevirdim. Sevgi mənə lazım deyildi. Həm də heç. Nə ona, nə mənə. Amma biz bunu anlamayacaq qədər ``zəmanə uşağı`` idik. Doğrudur, o daha məni sevəcək qədər böyüməmişdi, amma fırladıb atacaq qədər ``kişiləşmişdi``. Verdiyi sözün üstündə duracaq qədər yetkinləşməmişdi, amma 14 fevralda 4 qıza hədiyyə alacaq qədər ``pullanmışdı``. Mən isə özümə zərər verəcək qədər zəifləmişdim... Ağlayacaq qədər ``balacalaşmışdım``. Dərd çəkəcək qədər ``böyümüşdüm``. Yox, bunların hamısı gərəksiz idi. Amma mən bunu xatırlamayacaq qədər vecsiz idim... Və... və səni unudacaq qədər ya ``uşaq`` idim, ya ``sevmirdim``, ya da ``güclü`` idim. Sanu isə gülməli bitdi nağılımızın...Mən yoxam...Yalnız özümü və gələcəyimi düşünürəm. Sən isə... Unuda bilməyəcəksən deyirdin :) Əksinə,,, hər şey əla oldu... Sən isə yenidən sevilirsən. 1il sonra...15yaşlı bir qız tərəfindən. Yenidən sevilirsən...


Geri dön

nilayka

  • 9 fevral 2011 18:54
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
thank you winked

--------------------

Ulya

  • 9 fevral 2011 18:41
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
tesekkur

Ay_Nur

  • 9 fevral 2011 17:25
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
tesekkurler maraqli yazi ucun.

--------------------
Gərçək dəyər gəlməsi boşluq dolduran deyil;
getməsi boşluq yaradandır.

only-girl

  • 9 fevral 2011 17:17
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
təşəkkür

--------------------

sevgi_meleyim.

  • 9 fevral 2011 17:16
  • Məqalə: 17
  • Şərh: 549
  • Bal:
{awards}
Hmm cox gozel ve menali. TSK cox beyendim. Esasda sonu superdi request

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Yusif

  • 9 fevral 2011 17:05
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
twk Rey ucunnn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 21
Cəmi: 58

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}