Kaliforniya

 
Kaliforniya


Kaliforniya (ingiliscə: California) - Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-ın ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə isə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır.[1] Şimal tərəfdən Oreqon ştatı, şərqdən Nevada və Arizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los Anceles, San Diyego, San Xose və San Fransiskodur. Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Loc Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. Iqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neftin çıxrılması və emalı, İnformasiya Texnologiyaları tutur. Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır. Müqayisə üçün deyə bilərik ki, tək Kaliforniyanın iqtisadiyyatı Rusiyanın bütün iqtisadiyyatından daha böyükdür. [2] Əgər Kaliforniya ayrıca dövlət olsaydı, onda o əhalisinin sayına görə dünyada 35-ci, ÜDM həcminə görə isə 8-ci yerdə olardı.
Kaliforniya Amerikanın Oreqon, Arizona və Nevada ştatları, Meksikanın Baja Kalifornia ştatı və Sakit Okean ilə həmsərhəddir. Ərazisi 423 970 km² olan Kaliforniya, ayrıca müstəqil dövlət olsaydı ərazi böyüklüyünə görə dünyada 59-cu sırada dayanardı. Ştatın mərkəzi hissəsində Kaliforniya Vadisi yerləşir. Kaliforniya Vadisinin qərbində Kordilyer dağları, şərqində Sierra Nevada dağları, şimalında Kaskad dağları, cənubunda isə Tehaçapi dağları yerləşir. Bu ərazi Kaliforniyanın əsas kənd təsərrüfatı regionudur. ABŞ-ın kənd təsərrüfatında istifadə olunan torpaqlarının 1 faizi, istehsal olunan kənd təsərrüfatı məhsullarının isə (dəyərinə görə) 8 faizi bu regiona düşür.

Ştatın ərazisinin 45 faizini meşələr tutur. Nisbətən quru iqlimə məxsus bir ştat üçün bu göstərici kifayət qədər yüksək göstəricidir. Şam ağaclarının növlərinin zənginliyinə görə Kaliforniya bütün ştatlardan irəlidədir. Kaliforniya meşə sahələrinin ümümi həcminə görə ştatlar arasında Alyaskadan sonra 2-ci yeri tutur. Kaliforniya Ağ Dağlarında yerləşən bəzi ağaclar dünyada ən qədim ağaclar hesab olunurlar.

Cənubda daxili duzlu göl olan Salton Si (Salton Sea) yerləşir. Ştatın cənub-mərkəz hissəsində Mahove Səhrası yerləşir. Mahove Səhrasının şimal-şərq hissəsində Ölüm Vadisi yerləşir, burada Şimali Amerikanın ən isti və ən aşağı nöqtəsi olan Bedvater hövzəsi yerləşir. Qərb yarımkürəsində qeydə alınan ən isti temperatur buraya aiddir. Rekord göstərici 1910-cu il, 10 İyul tarixində 57 °C qeydə alinmışdır. Ümumiyyətlə isə ştatın bütün cənub-şərq ərazisi quru və isti iqlimə malik səhralardan ibarətdir. Kaliforniyanın Arizona ştatı ilə cənub-şərq sərhədləri Kolorado çayından keçir. Kaliforniyanın cənub hissəsi bu çayın sularının yarısını istifadə üçün götürür.

Ştatın sahilyanı bölgəsində çoxlu əhali məskunlaşmışdır. Burada San-Diego, Los-Anceles, San-Fransisko kimi iri şəhərlər mövcuddur.


Geri dön

ZAC EFRON

  • 5 iyul 2011 11:53
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
KALIFORNIYA-ORANI MENNEN YAXSI BILEN VAR?

_RONALDO_

  • 28 fevral 2011 18:39
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Cox sagol...........

--------------------

nilayka

  • 9 fevral 2011 19:03
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
winked

--------------------

Ulya

  • 9 fevral 2011 18:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

Yusif

  • 9 fevral 2011 18:08
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Bir Gun Orada Gedecem wink

only-girl

  • 9 fevral 2011 17:52
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}