Porsche tarixi

 
Porsche tarixi

Porsche-alman avtomobil şirkətidir. Şirkətin mərkəzi Ştutqart şəhərində yerləşir. Şirkətin əsası məşhur konstruktor Ferdinand Porsche tərəfindən 1931-ci ildə dizayn-büro kimi qoyulmuşdur.

1936-cı ildə “Avto-Union” şirkəti üçün “Ture 22” adlı yarış avtomobili hazırlanmışdır. Uğurlu “Avto-Union” yarış avtomobilindən sonra “xalq avtomobili” olan məşhur “böcək”- Volkswagen-in ilk versiyası olan “Ture 60” yarandı.

1937-ci ildə “3-cü Reyx”ə Berlin-Roma marafonunda qalib gəlmək üçün(1939 sentyabr) yarış avtomobili lazım oldu. Həmin vaxtda Porsche milli idman komitəsinin dəstəyini alaraq işə başladı! Volkswagen “böcək” bazasında Porsche-nin 3 prototipi - 50 at güclü “60K-10” yaradıldı. Amma bu modelin satışa çıxarılmasına müharibə(1945) mane oldu. Müharibədən sonra, 1948-ci ildə - şirkət ilk gücləndirilmiş mühərrikli Porsche modeli olan “356”-nı istehsal etdi. 1 həftə sonra, ilk addımlarını etməmiş bu avtomobil yarışda 1-ci oldu. Seriyalı “Porsche 356” avtomobilləri arxa mühərrikli idi. “Porsche 356” 1965-ci ilə qədər istehsal edilib və daha sonra isə “Carrera” modeli ilə əvəz olunub.

“Porsche 356” modelinin 1951-ci ildəki uğurlarını nəzərə alaraq Ferdinand Porsche sırf idman avtomobili yaratmaq qərarına gəlir. Bu avtomobil isə 1953-cü ildə yaradılan “Porsche Spyder” olur. Bu avtomobil bir-birinin ardınca yarışlarda qalib olur. 1953-cü ildə Meksikada keçirilən “Carrera-Panamericana” avtomobil yarışının qalibi olandan sonra ən sürətli modellərə “Carrera” adı vermək ənənəsi başlayır. İlk “Porsche Carrera” modeli 1955-ci ildə işıq üzü görür.

1956-cı il iki hadisə ilə yadda qaldı: 356-nın yenilənmiş versiyası-356A və “Spyder”in daha sakit modifikasiyası olan-550A. İki il sonra hər bir cəhətdən yarış avtomobili olan “Porsche 718” yarandı. 1958-ci ilin sonu hamının sevimlisi olan “Spyder”in sonu oldu. Onun yerini daha güclü model-“356D” tutdu.

1960-cı ildə “550”nin son modeli olan “718 RS” yaradıldı. “356” modelinin 3 modifikasiyası var idi. Ən güclüsü isə - “Super 90” adlandırılırdı. 1961-ci ildə “356 GS Carrera” modeli “Gran Turismo” sinfinin yarışlarında uğurla çıxış etdi. Yazda “Carrera” ailəsinin ən son və ən sürətli modeli- “Carrera 2” yarandı. 1963-cü ildə isa daha bir neçə dəyişiklik edilərək 356C modeli alındı.

15 il ərzində “Porsche 356” dünyanın ən prestijli yarış avtomobillərindən biri olmuşdur. Amma zaman keçdikcə bu avtomobil müasir tələblərə daha az cavab verirdi. Nə isə, tamamilə mükəmməl bir avtomobil yaratmaq lazım idi. Bu avtomobil Ferdinand Porsche-nin şedevri olan və bütün dünyada məşhur olan “Porsche 911” oldu. Bu avtomobilin yaradılmasında onun oğlu da iştirak etmişdir. 911 ilk dəfə 1963-cü ildə Frankfurt avtosalonunda nümayiş olunmuşdur.

İdman dünyasında daha bir layiqli əvəzləmə oldu – “RS Spyder” və “356 GS Carrera”nın davamçısı “904 GTS” oldu. Bu modelin davamçısı isə 1966-cı ildə yaradılan “906” oldu. Məhz bu avtomobil 60-cı illərdə yaradılan bir çox modellər üçün(907,908,917) baza olmuşdur. 1965-ci ildə daha ucuz modifikasiyalı, 4 silindrli “Super 90” mühərrikli “Porsche 912” buraxıldı.

1967-ci ildə isə “Porsche 911 Targa” satışa çıxarıldı. 1975-ci ildə idman avtomobilləri arasında dünyada ən qənaətli hesab olunan “Porsche 924” modeli yarandı. 1977-ci ildə isə 8 silindrli 240 at güclü “928” modeli təqdim olundu. Bu model 1978-ci ildə Avropada “ilin avtomobili” seçildi. 1979-cu ildə “928” modelinin daha güclü versiyası – 300 at gücündə olan “928 S” yarandı. Avtomobilin maksimal sürəti 250 km/saat idi.

1981-ci ildə “924” modelinin daha təkmil versiyası – 220 at güclü və 250 km/saat sürətə malik olan “Porsche 944” istehsal olundu. 3 il sonra Frankfurt avtosalonunda “959” modeli nümayiş olundu. Bütün mümkün olan və olmayanları özündə toplayan bu model “Porsche”nin ən müasir idman avtomobilini təcəssüm etdirirdi. 10 illiklər ərzində prototiplər sinfini yeni uğurlu modellər – “936”, “956”, “962” tamamlayırdı. Bu modellər bir neçə dəfə “24 saat Le-Manş” yarışlarının qalibi olmuşlar. “959” isə “Paris-Dakar” marafonunda hökmranlıq edirdi.

1988-ci ildə avtomobil dünyasının inkişaf etməsi ilə əlaqədar “Porsche 944 S2” Kabriolet nümayiş olundu. 80-ci illərin sonunda yeni model – “911 Spyder” yarandı. Bu modelin turbo versiyası 1991-ci ildə işıq üzü gördü. 1992-ci ildə isə “Porsche” ailəsinə daha bir model əlavə olundu – mühərriki öndə yerləşən “968” modeli. Bu model özündə “944” modelinin bütün ahəngini cəmləyirdi.

Porsche konstruktorlarının növbəti hədiyyəsi 1993-cü ildə Frankfurt avtosalonunda debüt edən, 911 modelinin yeni nəsli olan – 993 tipi oldu. 2 il sonra 408 at güclü, turbo mühərrikli Porsche istehsal olundu. Elə həmin il ümidləri doğrultmayan “928” və “968” modelləri üçün son oldu.

1995-ci ildə “Porsche”nin model sırasına ilk baxışdan qeyri-adi görünən, dam örtüyü tamamilə şüşədən olan “Porsche 911 Targa” əlavə olundu. 1996-cı ildə Porsche şirkəti “bahalı” idman avtomobilləri sinfində özünün böhrandan sonrakı vəziyyətini bərpa etmək üçün avtomobil bazarına tamamilə yeni model olan – “Boxster”i təqdim edir. Model avtomatik yığılan yumşaq dam ortüyünə malikdir. İstəyə uyğun olaraq sərt dam ortüklü variant da əldə etmək olar. Nəhayət ki, ecazkar 911 modelinə “ucuz” rəqib tapıldı.

1996-cı il 15 iyul “Porsche” şirkətinin tarixində ən əlamətdar günlərdən biri idi: milyonunçu Porsche istehsal olundu. Bu model – “911 Carrera”nın polis avtomobili versiyası oldu.

1999-cu ilin əlamətdar hadisəsi “996”nın gövdəsində hazırlanan “GT3” oldu. Dinamikasına görə bu model “911 turbo”ilə çox oxşardır. 6 silindrli, 415 at gücündə olan bu avtomobil 0-100 km/saat-a qədər sürəti 4.8 saniyəyə yığır. Maksimal sürət: 300 km/saat. Növbəti il 996 bazasında hazırlanan yeni “turbo” üçün qələbə ili oldu. 420 at gücündə olan bu avtomobil 0-100 km/saat sürəti 4.2 saniyəyə qət edir.

2003-cü il – “Carrera GT”. Bu model 959-un davamçısıdır. 10 silindrli V-şəkilli və 612 at gücünə malik olan bu avtomobil 0-100 km/saat sürəti 3.9 saniyəyə, 200 km/saat-a sürəti isə 10 saniyəyə qət edir. Maksimal sürət isə 330 km/saat.


Geri dön

_RONALDO_

  • 15 may 2011 10:55
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
cox sevdiyim avtolardandi yeqin menim kimi fikirlesenler de var aranizda

--------------------

_RONALDO_

  • 1 aprel 2011 00:42
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkur MARAQLIDIR

--------------------

Made_In_Bakinka

  • 11 fevral 2011 08:24
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
tesekkur sevdiyim markadir

NaRka

  • 11 fevral 2011 01:05
  • Məqalə: 3
  • Şərh: 266
  • Bal:
{awards}
tewekur wink

Lexikon

  • 11 fevral 2011 00:15
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
cox sevdiyim avtolardandi yeqin menim kimi fikirlesenler de var aranizda

::..ONSLAUGHT::..

  • 10 fevral 2011 18:53
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
cxs.twk winked winked smile

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 10 fevral 2011 18:31
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
winked

--------------------

OpTiMiStKa

  • 10 fevral 2011 16:53
  • Məqalə: 23
  • Şərh: 372
  • Bal:
{awards}
Tesekkur

--------------------

Ulya

  • 10 fevral 2011 16:05
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 16
Qonaqlar: 50
Cəmi: 98

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}