Bəşəri besət (Missiys)

 
Bəşəri besət (Missiys)

Bəşəri besətə hazırlıq
Ruhi və mədəni dirçəlişin yaranması, cəmiyyətin etiqadının dəyişməsi xeyli çətin bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız bağlı olur. «Hər bir dəstə öz dininə sevinər» («Rum» 32). İnsan öz məsləkinə bağlı olmaqla kifayətlənməyib, başqalarını da bu yola gətirməyə çalışır. «Yəhudilər və məsihilər səndən o zaman razı qalarlar ki, onların dinini qəbul edəsən» («Bəqərə» 120).
Peyğəmbərin qarşısında böyük ictimai vəzifələr vardır. Onlar insanların düşüncəsində batil xarablarını viran qoyub, gözəl tövhid binasını ucaltmalıdırlar. Bütün peyğəmbərlərin son məqsədi eynidir – bəşəriyyəti Allaha qovuşdurmaq. «Hər bir millətdən peyğəmbər seçdik. Onların deyəcəyi bu idi ki, Allaha pərəstiş edin, tağutdan və onun batil təzahurlərindən çəkinin». («Nəhl» 36).
əlbəttə ki, bu məsuliyyətlərin icrasında hamı eyni deyildir. Hərə öz sahəsində məsuldur. «Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik». («Bəqərə» 253). Ən böyük məsuliyyəti isə bu risalət silsiləsini başa çatdıran son peyğəmbərin öhdəsinə düşür. «Bu gün sizin üçün dini kamil etdi və nemətləri tamamladım. Bir din kim islamı sizin üçün bəyəndim». («Maidə» 3). O, yeni bir mədəni və siyasi inqilab üçün çalışır. Düşüncələri vəhy maarifinə bağlamaq, insan fitrətini oyatmaq istəyir.
Belə bir dərin dəyişiklik qısa müddətdə bir dəfəyə başa gələsi deyil. Əvvəlcədən hazırlıq görülməlidir. Böyük səy və hazırlıqla qədəm götürülməlidir ki, bu məqsəd həyata keçsin. Peyğəmbərlərin xüsusiyyətlərindən biri budur ki, onların hər biri özündən əvvəlki peyğəmbərlərə sübut, özündən sonrakı peyğəmbərlərə müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf yoxdur. Həzrətin (s) risaləti bəşəri olduğundan onun zühuru üçün hazırlıq əvvəlki peyğəmbərlərin öhdəsinədir. Buna görə də əsirlərcə əvvəllər böyük peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim-xəlil (ə) üç min ildən çox əvvəl peyğəmbərin zühuru ilə müjdələyir: «Onların arsında elə birini onlara peyğəmbər göndər ki, ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin. Bu istəklə cəmiyyəti böyük bir zühura müntəzir edir. Digər peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri Məsih (ə) gəlsin. O, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə bəyan etməlidir.
O, öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün. «Bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğlulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm
». («Səff» 6). İncildə əhməd adı ivritçə «fərqəlit» (ərəbi) kimi verilmişdir.
Həzrətin (s) xüsusiyyətləri o qədər xırdalıqlarınadək xəbər verilmişdir ki, bəhanəyə yer qalmasın. Onlar öz kitablarında həzrəti (s) öz oğullarını tanıdıqları kimi tanıyırdılar. İnsan öz övladını tanımaqda səhv etmədiyi kimi kitab əhli də həzrəti (s) bu sayaq tanıyırdı. «Kitab verdiyimiz şəxslər onu [Məhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar». («Bəqərə» 146). Bu hazırlıqlar və ardıcıl təbliğlər cəmiyyətə, xüsusi ilə Fələstin və Hicaz ətrafında yaşayan yəhudi və məsihilərə xəbərdarlıq etmişdi. Hamı bu zühurun intizarında idi. Bu həqiqət hamıya günəş kimi aydın idi.
Digər bir tərəfdən onun doğum xüsusiyyətləri, əmanətdarlığı əhali arasında elə məhşur idi ki, həqiqətlərdən agah olan bütün ariflər onu görən kimi peyğəmbərliyini təsdiq edirdilər. Onun hira və başqa yerlərdə gün uzunu ardıcıl ibadətləri, işıqlı keçmişi, ruhi hazırlığı da uyğun zühur üçün bir xəbərdarlıqdı: «O, hər il hira mağarasına gedəndə yalnız mən onu görürdüm»- deyir əli (ə). Bütün bunlar uyğun böyük hadisə, Peyğəmbərin besəti üçün hazırlıq idi.

Bəşəri risalət
Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məsuliyyətini qəbul etməyə layiqdirlər. Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür ki, kimsə uca mənəvi məqama çatsın, övliyalar zümzüməsinə qovuşsun, amma peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu məsum olmuş, doğru yoldan sapmamış insanlara nəsib olur. Bütün bu əlamətlər Allaha məlumdur və peyğəmbərləri də Allah seçir: «Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü daha yaxşı bilir». ("Ənam» 128). Bu ləyaqət öz şəxsi ləyaqətini heç zaman alçatmamış insanlara tapşırılır.
İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər həyatının son anınadək davam edəcəkdir. Peyğəmbərlik silsiləsi həzrət Məhəmməddə (s) sona yetsə də, bu peyğəmbər silsiləsinin sona yetməsidir. Amma həzrət Məhəmmədin risaləti bəşəri bir risalət olduğundan dünya durduqca duracaq. İnsan həmişəlik vəhyə möhtacdır və bu vəhy hər zaman onunla olacaq.
İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin kamilliyi həzrətin (s) risaləti ilə kamala çatır. «Allah yanında din daim islamdır». («Ali-imran» 19). Risalətin sonuncu olmasının fələfəsi budur ki, risalət istəklərin təmini üçündür və həzrətin (s) risaləti bu istəklərə tam cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.
Peyğəmbərin (s) risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir. Allah tərəfindən bəşəriyyət üçün bundan böyük hadisə, bundan böyük nemət göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir etiqadi və siyasi quruluş gətirir. Ləyaqət baxımından bu risalət peyğəmbərin qırx yaşından rəsmi olaraq başlayır. Bunu da qeyd edək ki, rəvayətlərə əsasən hələ qırx yaşınadək ona mələklər nazil olmuş, röya aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə Quran həzrətin (s) qırx yaşında nazil olmuşdur.
Sünni və şiə əhli tərəfindən qəbul olunmuşdur ki, Quran «ələq» surəsinin ilk beş ayəsi nazil olmağa başlamışdır. Eləcə də əksəriyyət qəbul edir ki, besətin başlanğıcı 27-si Rəcəbə düşür. Amma sünnə əhlinə görə bu tarix fərqlidir. Belə məsələlərin araşdırılması Quran elmlərinin mövzusudur və öz vaxtında izah ediləcək. Burada isə məqsədimiz besətin səbəblərini araşdırmaq, eləcə də, həzrətin (s) keçdiyi yolu, ibadi, ictimai və siyasi həyatını təsvir etməkdir. Bu nöqtə də işıqlandırılmalıdır ki, belə bir böyük məsuliyyəti qəbul edən şəxsin hansı xüsusiyyətləri olmuşdur. Bütün həyatı nümunə olmuş belə bir fəzilətli şəxsin öyrənilməsi faydalı olacaq. Çünki düzgün təhlillər və onun həyatının təsviri ona ardıcıl olmaq imkanını yaradacaq.


Ehliwie-samux.tr.gg


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 20 iyun 2014 16:18
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
Allah razi olsun

--------------------

2-ci kurs telebesi

No Ordinary Boy

  • 9 iyun 2014 22:30
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------

ヅ Bad Girl ヅ

  • 3 iyun 2014 14:54
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

PoZitiV Kaa=)

  • 2 iyun 2014 20:17
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Prosta Moda

  • 2 iyun 2014 17:16
  • Məqalə: 0
  • Şərh: 589
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Yalandan ağlama, onsuzda yox bir faydası… Sevgi bir oyundur, ayrılıq da qaydası…

NikaLYa

  • 2 iyun 2014 16:33
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------

^^YeRaZKa MeLeK^^

  • 2 iyun 2014 16:17
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

PércyDarkMoon

  • 2 iyun 2014 14:46
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun winked

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyun 2014 14:43
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
cooox sagolun..

♫ мєl๏dyคм ♫

  • 2 iyun 2014 14:17
  • Məqalə: 163
  • Şərh: 4776
  • Bal:
{awards}
tewekkurler

--------------------

ヅ Bad Girl ヅ

  • 2 iyun 2014 14:04
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
тєωєкυяℓєя

--------------------

^^Nazlı Şeytan^^

  • 2 iyun 2014 13:43
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

ღKiRaZ MeVsİmCiღ

  • 2 iyun 2014 13:39
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

I love you my heart

  • 2 iyun 2014 13:39
  • Məqalə: 11
  • Şərh: 450
  • Bal:
{awards}
sagolunnnnnnnn

♔ Rapuиzel ♔

  • 2 iyun 2014 13:37
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Mr.LegenD

  • 2 iyun 2014 13:35
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
ilk werh mennen ALLAH razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}