İmam Kazim (ə)-in dövründə xilafətin gördüyü çirkin işlər

 
İmam Kazim (ə)-in dövründə xilafətin gördüyü çirkin işlər


Peyğəmbər övladı kimdir?

Yuxarıda qeyd etdik ki, Harun Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. O bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alih) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim (əleyhissəlam) Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki rəngi dəyişib ixtiyarsız olaraq dedi: "Doğrudan da bu bir şərəfdir.
O təkcə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir üstəlik İmamların Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olmalarını da, bir vasitə ilə inkar etmək istəyirdi. O bir gün İmam Kazim əleyhissəlama dedi: "Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil ata babasına nisbət verilir.” İmam Kazim (əleyhissəlam) onun cavabında aşağıdakı ayəni qiraət etdi: "Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə peyğəmbərliyə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu Süleymanı Əyyubu Yusifi Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri yaxşılıq edənləri belə mükafatlandırırıq. Zəkəriyyanı Yəhyanı İsanı İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi.” İmam Kazim (əleyhissəlam) sonra əlavə edib buyurdu: "Bu ayədə İsa (əleyhissəlam) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli bu ayəyə əsasən, qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə vasitəsilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları hesab olunuruq.
Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi qalmadı.
İmam Kazim əleyhissəlamın Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki nəyə görə sizi Əli əleyhissəlamın övladları yox Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları adlandırırlar? İmam Kazim (əleyhissəlam) onun
cavabında buyurur: "Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) dirilib sənin qızınla evlənmək istəsə qızını ona verərsənmi?” Harun dedi: "Nə təkcə qızımı verərəm hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.
İmam Kazim (əleyhissəlam): "Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz nə də mən qızımı ona vermərəm.
Harun: "Nəyə görə?
İmam Kazim (əleyhissəlam): "Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.
Harun: "Afərin tamamilə doğrudur!

Bu saray kimindir?
Bir gün İmam Kazim (əleyhissəlam) Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: "Bu saray kimindir?” Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını İmama göstərmək idi. İmam Kazim (əleyhissəlam) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: "Bu ev fasiqlərin evidir. Hansı ki Allah-taala onların haqqında buyurur: "Yer üzündə haqsız yerə layiq olmadıqları halda təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam mane olacağam. Onlar nə möcüzə görsələr ona inanmazlar. Onlar haqq yolu görsələr onu qəbul etməz azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.
Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: "Onda bu ev kimindir?” İmam Kazim (əleyhissəlam) buyurdu: "(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar.
Harun: "Əgər bu ev şiələrindirsə bəs, onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?
İmam Kazim (əleyhissəlam):" Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa onu yenidən geri alacaq.


Ehliwie-samux.tr.gg


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 20 iyun 2014 16:21
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
Allah razi olsun

--------------------

2-ci kurs telebesi

No Ordinary Boy

  • 9 iyun 2014 23:14
  • Məqalə: 27
  • Şərh: 2132
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------

PoZitiV Kaa=)

  • 2 iyun 2014 20:40
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
mEqaleye gore twk

--------------------

PércyDarkMoon

  • 2 iyun 2014 15:05
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^^YeRaZKa MeLeK^^

  • 2 iyun 2014 14:24
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

^^Nazlı Şeytan^^

  • 2 iyun 2014 13:34
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

Mr.LegenD

  • 2 iyun 2014 13:20
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

♫ мєl๏dyคм ♫

  • 2 iyun 2014 13:16
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
tewekkurler

--------------------

Prosta Moda

  • 2 iyun 2014 12:51
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Yalandan ağlama, onsuzda yox bir faydası… Sevgi bir oyundur, ayrılıq da qaydası…

NikaLYa

  • 2 iyun 2014 12:39
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
ALLAH ARZI OLSUN

--------------------

ヅ Bad Girl ヅ

  • 2 iyun 2014 11:47
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
тєωєкυяℓєя

--------------------

prosta barbi

  • 2 iyun 2014 11:24
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

♫ мєl๏dyคм ♫

  • 2 iyun 2014 10:38
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
tewekkurler

--------------------

♔ Rapuиzel ♔

  • 2 iyun 2014 10:32
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyun 2014 10:28
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
coox sagolun.

ღKiRaZ MeVsİmCiღ

  • 2 iyun 2014 08:41
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

EmİcKa

  • 2 iyun 2014 08:32
  • Məqalə: 15
  • Şərh: 3011
  • Bal:
{awards}
ilk şərh məndən

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 45
Cəmi: 72

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 43
Cəmi: 123
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 25
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}