İmam Museyi-Kazim (ə)-in əxlaqi xüsusiyyətlərindən

 
İmam Museyi-Kazim (ə)-in əxlaqi xüsusiyyətlərindən

Allaha ibadət və xalqa xidmət
Yeddinci imam həzrət Musa ibn Cəfər (ə) dövrünün ən abid, ən fəqih, ən səxavətli və ən möhtərəm şəxsi olmuşdur. Rəvayətdə deyilir: Həzrət bütün gecə nafilələrini yerinə yetirər, ardınca sübh namazını qılıb, duaya məşğul olardı. Sübhədək səcdə halında qalardı. Həzrət tez-tez bu duanı təkrarlayardı: "Pərvərdigara! Səndən ölüm zamanı rahatlıq, hesab zamanı əfv diləyirəm.” Həzrətin dualarından birində belə deyilir: "Bəndənin günahı böyükdür. Beləsə, Sənin əfvin gözəl olar.” İmam daim Allah qorxusundan ağlayar, göz yaşları saqqalını isladardı. İmam Əhli-beyti və yaxınlarını hamıdan çox yoxlayardı. Gecənin qaranlığında Mədinə yoxsullarına əl tutar, onların halını öyrənərdi. Onlara dinar və dirhəm, buğda və xurma paylayardı. Amma kimsə bilməzdi ki, bu lütfün sahibi kimdir.

Qənaət və səxavət
Məhəmməd ibn Abdullah Bəkri deyir: Mədinəyə borc ardınca gəldim. Gəzməkdən yoruldum. Düşündüm ki, Musa ibn Cəfərin yanına gedib vəziyyətimdən şikayətlənsəm yaxşı olar.
Şəhər yüksəkliyində yerləşən əkinəcəyə getdim. İmam qulamı ilə birlikdə mənə doğru gəldi. Əlindəki qabda bir neçə tikə ət vardı. Özü də, mən də həmin ətdən yedik, sonra məndən nə üçün gəldiyimi soruşdu. Əhvalatı danışdım. Evə daxil olub bir az sonra bayıra çıxdı. Qulamına buyurdu: "Sən get.” Sonra əlini mənə doğru uzatdı, içində üç yüz dinar olan pul kisəsini mənə verdi. Sonra qalxıb sağollaşdı və getdi. Mən də ayağa qalxıb Mədinədən çıxdım.”

Müxaliflərə yardım və sevgi
Ömər ibn Xəttabın övladlarından biri Mədinədə idi. O daim imam Musa ibn Cəfəri incidir, onu görəndə təhqir edir, Əmirəl-mömininin ünvanına pis sözlər danışırdı! Bir gün həzrətin səhabələri dedilər: "Ey peyğəmbər oğlu! Bizə icazə ver onu məhv edək.” Həzrət onları sərt şəkildə bu işdən çəkindirdi. Həzrət Umrinin vəziyyəti haqqında soruşdu. Dedilər: "Mədinə ətrafında əkinçilik edir.” Həzrət miniyinə süvar olub həmin yerə üz tutdu. Onu sahədə tapdı. Atı ilə əkin sahəsinə girdi. Umri fəryad çəkdi: "Mənim əkin sahəmi tapdama.” Amma həzrət ona çatanadək irəlilədi. Minikdən düşüb yanında əyləşdi. Ona təbəssümlə dedi: "Bu əkin sahəsinə nə qədər xərc qoymusan?” Dedi: "Yüz dinar.” Həzrət buyurdu: "Nə qədər qazanc götürmək ümidindəsən?” Dedi: "Qeybi bilmirəm.” Həzrət buyurdu ki, əlinə nə qədər qazanc gələ bilər?” Dedi: "Ümid edirəm ki, iki yüz dinar qazanım.” Həzrət içində üç yüz dinar olan pul kisəsini ona verib buyurdu: "Allah sənə ümid etdiyin qazancı versin.” Umri ayağa qalxıb həzrətin alnından öpdü, öz rəftarına görə üzür istədi.
Həzrət razılıq ifadə edən bir təbəssümlə dönüb getdi. Rəvayətçi deyir: İmam məscidə gedib gördü ki, Umri orada oturub. O, həzrəti görüb dedi: "Allah öz risalətini kimə verməyi yaxşı bilir!” Umrinin yoldaşları ona hücum çəkib dedilər: "Bu nə əhvalatdır? Sən dünən onun haqqında başqa söz deyirdin!” Dedi: "Şübhəsiz, hazırda dediklərimi eşitdiniz.” Sonra yoldaşları ilə imam haqqında söhbət etdi. Onlar mübahisəyə qalxdılar! İmam evə qayıdıb Umrini öldürmək istəyən səhabələrinə buyurdu: "Sizin qərarınız yaxşı idi, yoxsa mənim qərarım? Mən bildiyiniz kimi onu islah etdim, şərinə son qoydum.”

Misilsiz bəxşiş
Mənsur Dəvaniqi həzrət Musa ibn Cəfərdən (ə) xahiş etdi ki, novruz gününün təbriki və hədiyyələrin təqdimi mərasimində iştirak etsin. Həzrət buyurdu: "Mən cəddim peyğəmbərin buyuruqlarında axtarış apardım və bu bayram haqqında bir şey tapmadım. Belə bir gündə bayram etmək iranlıların adətidir və İslam bu adəti aradan qaldırıb. Haqqa pənah aparıram ki, İslamın aradan qaldırdığını səhnəyə gətirək!” Mənsur dedi: "Mən bu işi qoşuna münasibətdə siyasət olaraq yerinə yetirirəm. Səni Allaha and verirəm ki, əyləşəsən.” Həzrət əyləşdi. Komandanlar, əmirlər, döyüşçülər imamın hüzuruna gəlib təbrik söyləyir və ona hədiyyələr təqdim edirdilər. Mənsurun xadimi imamın başı üzərində dayanıb hədiyyələri sayırdı. Görüşün sonunda yaşlı bir kişi məclisə daxil oldu. O dedi: "Ey peyğəmbər qızının balası! Mən yoxsul bir adamam və bu gün sənə hədiyyə üçün bir şeyim yoxdur. Hədiyyəm üç beyt şerdir. Bunu babam sənin baban Hüseyn üçün nəzmə çəkib.” Sonra kişi həmin şeri oxudu. Həzrət buyurdu: "Hədiyyəni qəbul etdim, əyləş, Allah sənə bərəkət versin.” Sonra üzünü Mənsurun qulamına
tutub buyurdu: "Əmirin yanına get və toplanan mal haqqında ona məlumat ver. Soruş gör bu mallar barədə fikri nədir?” Qulam Mənsurun yanına gedib, bir qədər sonra qayıtdı və dedi: "Mənsur deyir ki, bütün bunlar mənim tərəfimdən sizə hədiyyədir. Toplanan malla istədiyi kimi rəftar edə bilər.” Həzrət imam yoxsul qocaya buyurdu: "Burada nə varsa götür, onlar mənim tərəfimdən sənə hədiyyədir!”



Ehliwie-samux.tr.gg


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 20 iyun 2014 16:17
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
Allah razi olsun

--------------------

2-ci kurs telebesi

No Ordinary Boy

  • 9 iyun 2014 21:46
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------

prosta barbi

  • 5 iyun 2014 13:18
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^^YeRaZKa MeLeK^^

  • 4 iyun 2014 21:25
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

NikaLYa

  • 4 iyun 2014 12:48
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLHA RAZI OLSUN

ALLAH RAZI OLSUN

--------------------

♫ мєl๏dyคм ♫

  • 4 iyun 2014 00:20
  • Məqalə: 163
  • Şərh: 4759
  • Bal:
{awards}
tewekkurler

--------------------

Diamond Lady

  • 3 iyun 2014 23:52
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
tewekkurler

--------------------
aysel mamedova

PércyDarkMoon

  • 3 iyun 2014 22:44
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun baci

--------------------

PoZitiV Kaa=)

  • 3 iyun 2014 20:28
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Hemiweki kimi sizin meqalelerinizi beyendim)ox maraqlidi)

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 3 iyun 2014 20:27
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♔ Rapuиzel ♔

  • 3 iyun 2014 20:13
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

PoZitiV Kaa=)

  • 3 iyun 2014 19:30
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

ヅ Bad Girl ヅ

  • 3 iyun 2014 19:04
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

^^Nazlı Şeytan^^

  • 3 iyun 2014 17:53
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Payız qoxulu

  • 3 iyun 2014 17:46
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰Karabakh Girl✰

  • 3 iyun 2014 17:44
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
tewekkurler...

➰__Ýųśíf__➰

  • 3 iyun 2014 17:40
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
təşəkkür.......

LeLLi

  • 3 iyun 2014 17:39
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Tewekkurler....Allah razi olsun

--------------------

Mr.LegenD

  • 3 iyun 2014 17:32
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
ilk werh mennen ALLAH razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 24

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}