Biz insanı ən gözəl surətdə yaratdıq

 
Biz insanı ən gözəl surətdə yaratdıq

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. And olsun əncirə və zeytuna! 2. And olsun Sinay dağına! 3. And olsun bu təhlükəsiz şəhərə! 4. Biz insanı ən gözəl surətdə yaratdıq! 5. Sonra isə onu aşağı qatların ən aşağısına qaxacağıq. 6. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır. 7. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir? 8. Məgər Allah hakimlərin ən üstünü deyilmi? ət-Tin (Əncir) surəsinin təfsiri. And olsun əncirə və zeytuna! And olsun Sinay dağına! And olsun bu təhlükəsiz şəhərə! Bu surədə Uca Allah bu dörd şeyə and içir: Əncirə, zeytuna, Sinay dağına və bu təhlükəsiz şəhərə, yəni bu sizin yaşadığınız Məkkə şəhərinə. Allahın əncirə və zeytuna and içməsi Fələstində bu meyvələrin çox olmasına görədir. Sinay dağı isə Allahın Musa ilə danışdığı dağdır. Həmçinin, Allah Məkkə şəhərinə and içir, çünki, Məkkə Allah üçün ən sevimli və Allahın dərgahında ən şərafətli yerdir. Bəzi təfsir alimləri Allahın bu üç and içməsini belə izah edirlər. “And olsun əncirə və zeytuna!” dedikdə, peyğəmbərlərin göndərildiyi Fələstin torpağı nəzərdə tutulur. İsrail oğullarının sonuncu peyğəmbəri isə Məryəm oğlu İsa olmuşdur. “And olsun Sinay dağına!” dedikdə, bu, Allahın Musa peyğəmbərə onun yaxınlığında vəhy nazil etdiyi dağdır. “And olsun bu təhlükəsiz şəhərə!” – dedikdə, bu, Allahın Muhəmməd peyğəmbəri elçi olaraq göndərdiyi Məkkə şəhəridir. Alimlər demişlər ki, Sinay Mübarək dağ deməkdir. Çünki, onun ətəyində Müqəddəs vadi yerləşir. Sonra Allah buyurur: Biz insanı ən gözəl surətdə yaratdıq! Uca Allah bu ayədə yaradılış və məqsəd baxımından insanı ən gözəl biçimdə yaratdığını bəyan edir. Yaradılış baxımından Adəm oğullarından daha gözəl məxluq yoxdur. Yer kürəsinin bütün məxluqları yaradılış etibarı ilə Adəm oğullarından aşağı səviyyədədir. İnsanın yaradılış məqsədinə gəlincə, Uca Allah buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım" (əz-Zəriyət, 56). Allah insanı şüurlu varlıq olaraq yaratmış, bütün mələklərini bəşəriyyətin atası Adəmə səcdə etməyi əmr etmiş, insanlara özlərindən peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir. Allah insana haqqı nahaqdan ayırd etmək üçün ağıl, Onun ilahi nişanələrini görüb iman gətirmək üçün isə qəlb vermişdir. Başqa məxluqlardan fərqli olaraq Allah insanı ən ali məqsəd - yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allah “Biz insanı ən gözəl surətdə yaratdıq!” deməklə bunu bəyan edir. Sonra Allah buyurur: Sonra isə onu aşağı qatların ən aşağısına qaxacağıq Bu ayədə Uca Allah insanı aşağı qatların ən aşağısına çatdıracağını xəbər verir. Uca Allahın ən-Nəhl surəsinin 70-ci ayəsində buyurduğu kimi: “Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq.” İnsan yaşa dolduqca, bədəninin qüvvəsi zəifləyir, bədəninin görkəmi naqisləşir, üzünün parlaqlığı azalır və s. naqisliklər əmələ gələrək ömrünün ən rəzil çağına çatır. Sonra Allah buyurur: İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır Bu ayədə Allah iman gətirib xeyirxah işlər görən möminləri istisna edərək onların aşağı qatların ən aşağısına çatdırılmayacaqlarını bəyan edir. Çünki, onlar ölənə qədər iman gətirməkdə və xeyirxah işlər görməkdə sabit qalmışlar. “Onlar üçün tükənməz mükafat hazırlanmışdır” dedikdə, burada ərəb dilində istifadə edilən “ğayru məmnun” sözü həm tükənməz, həm də minnət qoyulmayan mənalarını ifadə edir. Belə ki, iman gətirib xeyirxah işlər görən möminlərə tükənməz və minnət qoyulmayan mükafat veriləcəkdir. Uca Allahın onlara iman bəxş etməsi, xeyirxah işlərə yönəltməsi və mükafat hazırlaması böyük bir lütfdür. Buna baxmayaraq Allah onlara minnət qoymur. Görürsən ki, bu dünyada bir insan sənə yaxşılıq edir, sonra hər dəfə səni gördükdə minnət qoyaraq sənə əziyyət verir və: “Sənin üçün filan şeyləri etdim” və ya “Sənə filan şeyləri verdim” deyir. Sonra Allah buyurur: Bundan sonra dini yalanlamağa səni nə məcbur edir? Ey insan, bu dini hökmləri yalan saymağa səni məcbur edən nədir? Məgər insan öz yaradılışına baxıb Allahın onu bütün məxluqlardan seçərək ən gözəl surətdə yaratdığını görmürmü? Allaha, Onun kitabına və peyğəmbərlərinə iman gətirməyə ona mane olan nədir? Uca Allah buyurur: "Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı" (əl-İnfitar, 6-8). Sonra Allah buyurur: Məgər Allah hakimlərin ən üstünü deyilmi? Bu ayədə sual Allahın ən üstün hakim olmasını bəyan etmək üçün verilir. Hakim sözü ərəb dilində hökm və hikmət sözlərindən əmələ gəlmişdir. Dəyişilməyən ən əzəmətli hökm Allahın hökmüdür. Habelə, ən üstün hikmət də Allahın hikmətidir. Buna görə də Uca Allah hakimlərin ən üstünüdür. Hökm Onundur və bütün işlər sonda Ona qayıdır. Allah buyurur: “O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız” (əl-Qasas, 70).


Geri dön

Biqeyrət....

  • 16 iyun 2014 04:10
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
ALLAH razi olsun

prosta barbi

  • 5 iyun 2014 12:46
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Allah razi olsun

EmİcKa

  • 5 iyun 2014 11:17
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

^^YeRaZKa MeLeK^^

  • 4 iyun 2014 23:38
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

♫ мєl๏dyคм ♫

  • 4 iyun 2014 23:37
  • Məqalə: 163
  • Şərh: 4776
  • Bal:
{awards}
Axira kimi oxuyan oldu?.Tewekkurler..

--------------------

ヅ Bad Girl ヅ

  • 4 iyun 2014 21:59
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

goz yasim

  • 4 iyun 2014 20:36
  • Məqalə: 0
  • Şərh: 973
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN feel

sessiz deniz

  • 4 iyun 2014 20:21
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnn

NikaLYa

  • 4 iyun 2014 20:13
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

aykkaa

  • 4 iyun 2014 19:17
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
meqaleye gore tskk

PoZitiV Kaa=)

  • 4 iyun 2014 19:12
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

♔ Rapuиzel ♔

  • 4 iyun 2014 18:56
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^^Nazlı Şeytan^^

  • 4 iyun 2014 18:33
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Manoliya

  • 4 iyun 2014 18:24
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....!

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 4 iyun 2014 17:59
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

ღNəmLi kiprikღ

  • 4 iyun 2014 17:52
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razi olsun....

ヅ Bad Girl ヅ

  • 4 iyun 2014 17:36
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ILK WERH MENEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}