Ey qövmüm! Allaha ibadət edin!

 
Ey qövmüm! Allaha ibadət edin!

Uca Allah buyurur: “Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?" Qövmünün kafir zadəganları dedilər: "O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!" O dedi: "Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!" Biz ona vəhy etdik: "Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt erkək və dişi, barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olunacaqlar. Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: "Bizi zalım adamlardan xilas edən Allaha həmd olsun!" Həmçinin de: "Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!" Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz qullarımızı beləcə sınağa çəkirik. Onlardan sonra isə başqa bir nəsil yaratdıq. Onlara da özlərindən (Hud peyğəmbəri) bir elçi göndərdik. O dedi: "Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?" Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: "O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız. O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir? Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq! Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirildiləcək deyilik. Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik". O dedi: "Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!" Allah dedi: "Onlar tezliklə peşman olacaqlar!" Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar! Onlardan sonra başqa-başqa nəsillər yaratdıq. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar. Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər! Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik – Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər. Onlar dedilər: "Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?" Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular. Biz Musaya Kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!” Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik. Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm! Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun. Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir. Sən onları bir müddət öz cəhaləti içində burax! Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar. Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər, Rəbbinin ayələrinə iman gətirənlər, Rəbbinə şərik qoşmayanlar, Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbi qorxa-qorxa yerinə yetirənlər – Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa pis işləri də vardır. Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar. Onlara deyiləcək: "Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!" Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz. Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. Məgər kafirlər bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər? Yaxud: "O cinlidir?"– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır. Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər” (əl-Muminun, 23-71).


Geri dön

PoZitiV Kaa=)

  • 25 iyun 2014 20:20
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
Meqaleye gore twk)

--------------------

No Ordinary Boy

  • 9 iyun 2014 21:52
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------

Diamond Lady

  • 4 iyun 2014 22:37
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
tewekkurler

--------------------
aysel mamedova

PércyDarkMoon

  • 4 iyun 2014 13:11
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^^YeRaZKa MeLeK^^

  • 4 iyun 2014 11:45
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...!!!

--------------------

♫ мєl๏dyคм ♫

  • 3 iyun 2014 23:00
  • Məqalə: 163
  • Şərh: 4830
  • Bal:
{awards}
tewekkurler

--------------------

♔ Rapuиzel ♔

  • 3 iyun 2014 20:47
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 3 iyun 2014 20:09
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

PoZitiV Kaa=)

  • 3 iyun 2014 19:42
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

ヅ Bad Girl ヅ

  • 3 iyun 2014 19:37
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

Payız qoxulu

  • 3 iyun 2014 18:12
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

EmİcKa

  • 3 iyun 2014 18:12
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

^^Nazlı Şeytan^^

  • 3 iyun 2014 18:02
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

LeLLi

  • 3 iyun 2014 17:59
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

✰Karabakh Girl✰

  • 3 iyun 2014 17:54
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
tewekkurler...

Mr.LegenD

  • 3 iyun 2014 17:35
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
ilk werh ALLAH razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 23
Cəmi: 535
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}