İmam Zeynul-Abidin (ə)-ın əxlaqi səciyyələrindən

 
İmam Zeynul-Abidin (ə)-ın əxlaqi səciyyələrindən


İmam Zeynul-Abidinin (ə) əxlaqi səciyyələrindən

Təhqirə cavab
İmam Zeynəlabidinin (ə) qohumlarından biri həzrətin üzərinə səsini qaldırıb onu təhqir etdi. Həzrət ona bir kəlmə də cavab vermədi və kişi dönüb getdi.
İmam ətrafındakılara buyurdu: "Onun nə dediyini eşitdinizmi? İstəyirəm mənimlə gəlib ona verəcəyim cavabı eşidəsiniz.” Dedilər səninlə gəlirik, biz ona cavab verməyinizi istədik.” Həzrət ayaqqabılarını geydi və ayağa qalxıb Quran ayəsi oxudu: "O kəslər ki, qəzəblərini udar, xalqa güzəşt edərlər; Allah xeyir əməl sahiblərini sevir.”503 İmamı müşayiət edənlərdən biri deyir ki, biz imamın ona təhqirlə cavab verməyəcəyini bilirdik. Hər halda onunla gəldik. İmam onu çağırdı, Əli ibn Hüseynəm dedi. Ev sahibi bayıra çıxdı. O əmin idi ki, imam bir az əvvəlki təhqirə cavab verməyə gəlib. Həzrət buyurdu: "Bir qədər mənim yanımda qaldın, mənim haqqımda nələr dedin! Əgər mən sən deyən kimiyəmsə Allahdan bağışlanma diləyirəm, əgər dediklərin məndə yoxsa, Allah səni bağışlasın.” Həmin şəxs imamın alnından öpdü və dedi: "Dediklərim səndə yoxdur, mən özüm dediyim sözlərə layiqəm.” Rəvayətçi deyir ki, həmin şəxs imamın əmisi oğlu Həsən ibn Həsən idi!

Cüzam xəstələrə məhəbbət
İmam Sadiq (ə) buyurur: İmam Səccad (ə) cüzam xəstəliyinə yoluxmuş xəstələrin yanından ötdüyü vaxt onu öz süfrələrinə dəvət etdilər. Həzrət buyurdu: "Əgər oruc olmasaydım sizinlə əyləşərdim.” Evə çatdıqdan sonra göstəriş verdi ki, xüsusi xörək hazırlasınlar. Sonra həmin adamları dəvət edib bir süfrə arxasında onlarla əyləşdi.

Hakimin əfvi
Hişam ibn İsmail Əbdül Məlik Mərvan tərəfindən Mədinəyə hakim təyin olunmuşdu. Həzrət Əlinin nəvəsi Abdullahdan nəql olunur: Hişam ibn İsmail çox pis qonşu idi. O imam Səccada (ə) əziyyət verirdi. Vəzifədən çıxarıldıqdan sonra Vəlid ibn Əbdül Məlikin fərmanı ilə onu qolu bağlı saxlayırdılar. İmam onun yanından ötərkən salam verdi. Öz yaxınlarına tapşırdı ki, məbada kimsə onu təhqir etsin.

Əmin-aman fəza
İmam Əli ibn Hüseyn (ə) öz qulamını üç dəfə çağırsa da qulam ona səs vermədi. İmam ondan bu işin səbəbini soruşduqda dedi: "Özümü sizin tərəfinizdən əmin-amanlıqda hiss edirəm.” Həzrət buyurdu "Allaha şükr edirəm ki, xidmətçilərim əmin-amanlıqdadır.

Gizli ehsan
Mədinədə yaşayan bir ailə ehtiyaclarının haradan ödəndiyini bilmirdi. İmam Əli ibn Hüseyn (ə) dünyasını dəyişəndə başa düşdülər ki, onlara kömək edən imam imiş.
Nəql edirlər ki, imam gecələr daim bir torba dirhəm və dinar götürüb yoxsulların qapısı ağzında paylaşdırırdı. İmam dünyasını dəyişdikdən sonra bu işin məhz onun tərəfindən görüldüyü aydınlaşdı.

Namaz və ehsan
Əbu Həmzə Somali deyir: İmam Səccad (ə) namaz qıldığı vaxt ridası çiynindən düşdü. İmam buna əhəmiyyət vermədən namazını qıldı. Ridasını nə üçün götürmədiyini soruşdum. Buyurdu: "Vay olsun sənə! Bilirsənmi kimin qarşısında dayanmışdım?! Bəndənin namazı yalnız qəlbən qıldığı qədər qəbuldur.”

Quran əsasında əfv
İmam Səccadın (ə) kənizlərindən biri onun əlinə su tökdüyü vaxt aftabanı əlindən saldı və o imama toxunub yerə düşdü. İmam kənizə doğru baxdı. Kəniz dedi: "Allah-təala buyurur ki, onlar qəzəblərini udarlar.” Həzrət buyurdu: "Qəzəbimi uddum.” Kəniz dedi: "Allah buyurur ki, onlar insanlara güzəşt edərlər.” Həzrət buyurdu: "Səni bağışladım.” Kəniz dedi: "Allah-təala buyurur ki, xeyir əməl sahiblərini dost tutur.” Həzrət buyurdu: "Get, səni Allah yolunda azad etdim.

Təlxəklərin cəza günü
İmam Sadiq (ə) buyurur: Mədinədə təlxək və avara bir kişi vardı. Bir gün dedi: "Mən bu kişini (Əli ibn Hüseyni) güldürə bilmirəm.” Bir gün imam iki xidmətçisi ilə birlikdə onun yanından ötürdü. Təlxək onun ardınca gəlib onun çiynindən ridasını çəkdi. Həzrət ona əhəmiyyət vermədi. Amma camaat təlxəyi qovub ridanı ondan aldı. Ridanı gətirib imamın çiyninə saldılar. Həzrət camaata buyurdu: "O kimdir? " Dedilər: "İşsiz və təlxək bir adamdır. Onun işi Mədinə əhlini güldürməkdir.” Həzrət buyurdu: "Ona deyin ki, Allah boş işlərlə məşğul olanlar üçün zərər görəcəkləri bir gün təyin edib.

Karvanda tanınmayan şəxs
İmam Sadiq (ə) buyurur: Əli ibn Hüseyn daim onu tanımayanlarla səfərə çıxar və şərt kəsərdi ki, ehtiyacları olduğu vaxt onlara kömək edəcək.
Bir dəfə səfərdə olarkən onu tanıyan kişi ətrafdakılara dedi: "Bilirsinizmi o kimdir?” Dedilər ki, yox. Dedi: "Bu Əli ibn Həsəndir.” Adamlar imamın üstünə yüyürüb onun əlindən və ayağından öpdülər və dedilər: "Ey peyğəmbər oğlu! İstəyirsən dilimizdən-əlimizdən əziyyət görüb cəhənnəmə daxil olaq? Əgər xəbər tutmasaydıq bədbəxt olardıq! Nə üçün bu sayaq səfərlərə çıxırsan?” İmam buyurdu:" Bir dəfə məni tanıyanlarla səfərə çıxmışdım. Peyğəmbərə xatir mənimlə elə rəftar etdilər ki, mən o rəftara layiq deyildim. Qorxdum ki, siz də belə edəsiniz. Ona görə də kimliyimi bilməməyiniz daha məsləhətli oldu.

Heyvanla əxlaqlı rəftar
İmam Sadiq (ə) buyurur (ə) Əli ibn Hüseyn vəfatı zamanı oğlu imam Baqirə (ə) buyurdu: "Mən bu dəvəmlə iyirmi dəfə həccə getmişəm və bir dəfə olsun ona qamçı vurmamışam. O öləndə dəfn et ki, yırtıcılar onu parçalamasın. Çünki Peyğəmbər (s) buyurub: "Yeddi dəfə Ərəfatda saxlanan dəvəni Allah behişt nemətlərindən edər və nəslində bərəkət qərar verər.” Dəvəsi öləndə imam Baqir (ə) onu dəfn etdi.

İftar bəxşişi
İmam Əli ibn Hüseyn (ə) oruc tutanda tapşırardı ki, bir qoyun kəsib onu bişirsinlər. Xörək hazır olanda imam qazanın başında dayanıb onun xoş qoxusunu alar və buyurardı: "Qablara xörək çəkin və ehtiyaclı ailələrə paylayın.” Beləcə xörək paylanıb qurtarardı. Sonradan imama orucunu açmaq üçün çörək və xurma gətirərdilər.

Möhtaclara kömək
İmam (ə) hava qaralanda evdə qalan ruzini torbaya yığıb çiyninə atar və üzü bağlı halda ehtiyaclılara paylayardı.
İmam (ə) evdəkilərin qapıya çıxacağını səbirlə gözləyirdi. Onunla üzbəüz gələnlər pıçıldaşardı: "Torba sahibi gəldi!

Üzüm əhvalatı
İmam Sadiq (ə) buyurur: "Əli ibn Hüseyn (ə) üzümü xoşlayardı. Bir gün Mədinəyə yaxşı üzüm gətirmişdilər. Bu üzümdən imam üçün alınmışdı. İftar vaxtı üzümü süfrəyə gətirdilər. Süfrəyə əl uzatmaq istədikləri vaxt bir yoxsul gəlib kömək istədi. Həzrət ümmü Vələdə buyurdu: "Ona üzüm apar.” Ümmü Vələd "Ona bir qədər versək bəsdir” dedi. Həzrət buyurdu: "Yox, and olsun Allaha! Üzümün hamısını apar.
Səhəri gün də imam üçün həmin üzümdən alındı. Yenə də yoxsul gəldi və süfrədə əyləşənlər üzümdən dadmadı. Üçüncü gecə yoxsul gəlmədi. Həzrət üzümdən dada bildi.

Kiçik yaşlarında böyük əzəmət
Abdullah ibn Mübarək deyir: "Məkkəyə getmişdim. Karvanın kənarı ilə hərəkət edən 7-8 yaşlı bir uşaq gördüm. Onun azuqəsi yox idi. Yaxınlaşıb ona salam verdim və dedim: "Bu yolu kiminlə gedirsən?” Dedi: "Xeyir sahibi Allahla!
Gözümə əzəmətli göründü. Dedim: "Övladım! Yükün haradadır?” Dedi: "Yüküm təqvadır, azuqəm iki ayağımdır, məqsədim mövlam!” Gözümdə daha da əzəmətləndi. Dedim: "Hansı ailədənsən?” Dedi: "Müttəlibiyəm.” Dedim: "Hansı qoldansan?” Dedi: "Haşimiyəm.” Dedim: "Hansı şaxədənsən?” Dedi: "Ələvi-Fatimi.” Dedim: "Ey mənim ağam! Şer də bilirsən?” Dedi: "Bəli.” Dedim: "Şerindən mənim üçün oxu.” Oxudu:
Bizdən üz çevirən acı içində,
Bizə əl uzadan haqqın köçündə.
Bizə dost olanlar kövsər başında,
Qəzəbləndirənlər od yağışında!

Sonra onu görmədim. Məkkəyə gəldim. Həccimi başa vurub geri qayıtdım. Şəhərdə adamların dövrə vurub dayandığını gördüm. Qabağa gəldim ki, görüm nə məsələdir. Gördüm məni heyrətə gətirən həmin yeniyetmənin başına yığışıblar. Soruşdum ki, o kimdir? Dedilər: "Bu imam Zeynəlabidindir!

Bağışlanma istəyi
İmam Baqir (ə) buyurur: "Atam qulamını bir iş ardınca göndərmişdi. Qulam yubanmışdı. Həzrət ona bir çubuq vurdu. Qulam dedi: "Ey ağam, məni iş dalınca göndərib, sonra kötək vurursan!” Atam ağladı və dedi: "Övladım! Get peyğəmbərin qəbrini ziyarət et və iki rəkət namaz qıl. Sonra de: "Pərvərdigara! Əli ibn Hüseyni Qiyamət günü bağışla.” Get səni Allah yolunda azad etdim!” Əbu Bəsir deyir: Həzrətə dedim ki, sənə fəda olum, məgər qamçının kəffarəsi azad etməkdir?” Həzrət susdu.


Ehliwie-samux.tr.gg


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 20 iyun 2014 16:18
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
Allah razi olsun

--------------------

2-ci kurs telebesi

prosta barbi

  • 5 iyun 2014 13:04
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^^YeRaZKa MeLeK^^

  • 4 iyun 2014 22:40
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

sessiz deniz

  • 4 iyun 2014 20:28
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

PoZitiV Kaa=)

  • 4 iyun 2014 19:36
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

^^Nazlı Şeytan^^

  • 4 iyun 2014 16:53
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
təşəkkürlər

♫ мєl๏dyคм ♫

  • 4 iyun 2014 15:38
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
tewekkurler

--------------------

✰Karabakh Girl✰

  • 4 iyun 2014 15:20
  • Məqalə: 71
  • Şərh: 2877
  • Bal:
{awards}
tewekkurler..

Mr.LegenD

  • 4 iyun 2014 13:49
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

ღNəmLi kiprikღ

  • 4 iyun 2014 13:24
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Allah razi olsun.....

ヅ Bad Girl ヅ

  • 4 iyun 2014 13:02
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

PércyDarkMoon

  • 4 iyun 2014 12:54
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

GunSey

  • 4 iyun 2014 12:12
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Coooh super ALLAH razi olsun sizlerden

♫ мєl๏dyคм ♫

  • 4 iyun 2014 11:57
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

PSIXOPATKA

  • 4 iyun 2014 11:35
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

UReYeMeee

  • 4 iyun 2014 11:30
  • Məqalə: 5
  • Şərh: 197
  • Bal:
{awards}
təşəkkürlər

NikaLYa

  • 4 iyun 2014 10:59
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------

EmİcKa

  • 4 iyun 2014 09:50
  • Məqalə: 15
  • Şərh: 3011
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

♔ Rapuиzel ♔

  • 4 iyun 2014 09:33
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 4 iyun 2014 08:37
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH Razı Olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 63

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}