
Qürur bizi qoymadı bir yaşıyaq
Bir sözümlə həyatımnan silindi
İnnən belə mümkün deyil qovuşaq
Sevdiyim bir başqasına yar oldu
Dedi elçi gəlib,tez gəl nə olar
İnanmadım,nə biləydim düz olar
Yalan düşündüyüm doğru söz olar
Sevdiyim bir başqasına yar oldu
Ağlımdadi heç cür çıxası deyil
Olanlar yarımın xatası deyil
Talehim qaradı baxası deyil
Sevdiyim bir başqasına yar oldu
Eşq acısın yalnız çəkən bilərdə
Yaşıyıram həyatımı kədərdə
Sevərək ayrılmaq varmış qədərdə
Sevdiyim bir başqasına yar oldu
Muxtarov Araz...