İmam Səccad (ə)-ın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları

 
İmam Səccad (ə)-ın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları

İmam Səccad əleyhissəlamın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları

Bəli İmam Səccad (əleyhissəlam) ikinci yolu seçməklə bir sıra təbliği tərbiyəvi və irşadi fəaliyyətləri hökumətin heç xəbəri də olmadan həyata keçirməklə qeyri-müstəqil mübarizələrə başladı. Bu fəaliyyətlərin ən mühümlərini aşağıdakı bölmələrdə xülasə etmək olar:
1. Aşura xatirəsini əbədi saxlamaq
İmam Hüseyn əleyhissəlamın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şəriliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (əleyhissəlam) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki bu yandırıcı göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki İmam Səccad əleyhissəlamın bu hadisəyə münasibətinin bir siyasi təsir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: "(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?” İmam Səccad (əleyhissəlam) buyurardı: "Fatimənin (əleyhassəlam) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.”
Bir gün İmam Səccad əleyhissəlamın xadimi deyir: "Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad (əleyhissəlam) buyurdu: "Vay olsun sənə! On iki oğlundan biri itmiş Yəqub Peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki gözləri kor oldu qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın qardaşımın əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?”
Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: "Bir gün İmam Səccad əleyhissəlamın hüzuruna gedib dedim: "Kefiniz necədir?” Buyurdu: "Mən bilməzdim ki Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri saxlayan fironların arasındakı vəziyyətə bənzəyir. Bu gün bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki camaat minbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər.”

2. Ümmətə nəsihət
İmam Səccad (əleyhissəlam) diktatura mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi. Buna görə də, moizə yolundan istifadə edirdi. O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir zaman keçdikcə zalım hakimlərin təbliğləri nəticəsində unudulmuş yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam təlimləri ilə tanış edirdi. Bu moizələri araşdırdıqda görürük ki İmam Səccad (əleyhissəlam) çox hikmətli yolla və zirəkcəsinə camaata moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi şeyi də çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi. Çünki bu məsələlər siyasi nəticə daşımasına və hakimiyyət əleyhinə olduğuna baxmayaraq hakimiyyətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda "İmamət” məsələsinin həqiqətini yəni İslam hökumətinin məsum İmam tərəfindən idarə edilməsini açıqlayır və camaatı o dövrün gündəlik məsələlərindən münafiq fasiq zalım və kafirlərin zor gücünə hakimiyyət başına gəldiklərindən xəbərdar edirdi. Camaata başa salırdı ki Əbdülməlik kimi adamın hakimiyyəti İslam istəyən hakimiyyət deyil. Bu mövzunun əhəmiyyəti onda idi ki nə qədər ki, camaat bu məsələdən xəbərdar olmayıb zaman keçdikcə beyinlərində yaranmış kələkbazlıqlara inam və süstlük aradan getməyibsə, hazırkı vəziyyəti dəyişib əsl İslam istəyən hökuməti yaratmaq mümkün deyildi.
Qeyd etdiyimiz bu məsələlərə ən yaxşı şahid ola bilən İmam Səccad əleyhissəlamın çıxışlarından biri o Həzrətin Peyğəmbərin müqəddəs məzarı kənarında öz səhabələri üçün buyurduğu xütbədir. Tarixçilər yekdilliklə qeyd edirlər ki İmam Səccad (əleyhissəlam) hər cümə günü bu xütbəni buyurarmış. İndi həmin xütbənin bəzi hissələrini oxucuların nəzərinə çatdırırıq:
"Camaat təqvalı olun və bilin ki Allahın hüzuruna qayıdacaqsınız. O gün (Qiyamət günü) hər kəs öz gördüyü əməllərin istər yaxşı istərsə də pis öz yanında hazır olduğunu görüb pis əməlləri ilə öz arasında uzaq məsafə olmasını arzulayacaq... Qəbirdə Nəkir və Münkirin ilk soruşacağı şey ibadət etdiyin Allah sənin üçün göndərilmiş Peyğəmbər itaət etdiyin din qəbul etdiyin İmam olacaqdır.”
Bu xütbədə bir neçə şey diqqəti cəlb edir:
Bu xütbənin hər cümə günü təkrar olunması onun əhəmiyyətini və İmamın bu məsələyə münasibətini bildirir.
İmamın öz sözünə "camaat” ifadəsi ilə başlamasından məlum olur ki bu xütbədə İmam Səccad (əleyhissəlam) təkcə şiələrə və xüsusi dostlarına deyil bütün insanlara xitab edir.
İmam söhbəti əsnasında istər aşkara istərsə də işarə ilə Quranın müxtəlif ayələrinə istinad və istidlal etmişdir. Bunun da səbəbi odur ki burada İmamın tərəf müqabili ümumi camaat olmuş ümumi camaatın hamısı da o Həzrətə İmam gözü ilə baxmamışdır. Buna görə də, İmam (əleyhissəlam) öz sözlərini sübuta yetirmək üçün Quran ayələrindən istifadə etmişdir. Ancaq İmamın tərəf müqabili təkcə şiələr olanda, o Həzrət öz sözlərini sübut etmək üçün Quran ayələrinə istinad etməyə ehtiyac duymurdu.



Ehliwie-samux.tr.gg


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 20 iyun 2014 16:00
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

2-ci kurs telebesi

Biqeyrət....

  • 16 iyun 2014 03:49
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

♫ мєl๏dyคм ♫

  • 5 iyun 2014 22:11
  • Məqalə: 163
  • Şərh: 4827
  • Bal:
{awards}
tewekkurler

--------------------

PércyDarkMoon

  • 5 iyun 2014 19:49
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

PoZitiV Kaa=)

  • 5 iyun 2014 15:04
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BACIM)

--------------------

sessiz deniz

  • 5 iyun 2014 14:37
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnn

^^FiDaNKa^^

  • 5 iyun 2014 12:57
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
ALLAH razi olsun

Mr.LegenD

  • 5 iyun 2014 11:27
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

prosta barbi

  • 5 iyun 2014 10:39
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^^YeRaZKa MeLeK^^

  • 5 iyun 2014 10:37
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

NikaLYa

  • 5 iyun 2014 10:02
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♔ Rapuиzel ♔

  • 5 iyun 2014 09:03
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 5 iyun 2014 08:58
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 24
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}