Ancaq Rəbbinə üz tut

 
Ancaq Rəbbinə üz tut


Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Məgər Biz sənin üçün köksünü açmadıqmı? 2. Yükünü səndən götürmədikmi? 3. Onlar belini bükürdü. 4. Biz adını sənə görə ucaltmadıqmı? 5. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. 6. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. 7. İşlərini qurtaran kimi Allah yolunda çalış! 8. Ancaq Rəbbinə üz tut! əş-Şərh (Açma) surəsinin təfsiri Məgər Biz sənin üçün köksünü açmadıqmı? Bu sualın mənası təsdiqdir. Qurani Kərimdə bu cür suallara tez-tez rast gəlmək olur. Ayədə verilən sualın mənasına gəlincə, burada Uca Allah Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - köksünü açdığını təsdiq edir. Burada açmaq sözü genişlətmək deməkdir. Köksün genişlənməsi dedikdə söhbət hissi genişlənmədən deyil, mənəvi genişlənmədən gedir. Uca Allah buyurur: “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar” (əl-Ənam, 125). Sonra Allah buyurur: Yükünü səndən götürmədikmi? – yəni, sənin günahlarını bağışladıq və əfv etdik. Quranda Uca Allah Öz peyğəmbərinə belə buyurur: “Həqiqətən, Biz sənə aydın bir zəfər bəxş etdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin” (əl-Fəth, 1-3). Həmçinin, Muğira ibn Şobə demişdir: “Bir dəfə Rəsulullah gecə namazını qıldı və o qədər ayaq üstə durdu ki, hətta, ayaqları şişdi. Sonra ona: “Nə üçün özünü bu ağır yüklə yükləyirsən?! Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır”– deyildi. Onda o: “Şükür edən bir qul olmayımmı?!” – deyə cavab verdi.” Onlar belini bükürdü Yəni, onlar sənə ağırlıq gətirirdi. İnsanın beli bədəninin dayaq yeridir. Əgər yük beli yorursa, onda digər bədən üzvlərini necə?! İnsanın beli ən güclü bədən üzvüdür. Belində və əlində yük daşımağına baxsan, bunun fərqini görə bilərsən. Sonra Allah buyurur: Biz adını sənə görə ucaltmadıqmı? Şübhə yoxdur ki, Uca Allah Peyğəmbərin adını ucaltmışdır. Birincisi, hər fərz namaza yüksək yerdən azan verildikdə; ikincisi, hər bir fərz namazda şəhadət verdikdə; üçüncüsü, hər bir ibadətə iki əsas şərt tətbiq etməklə Peyğəmbərin adını ucaltmışdır. Bu iki şərt bunlardır: 1. İxlas. İbadəti yalnız Allah rizası üçün etmək. 2. Peyğəmbərin buyurduğuna uyğun şəkildə etmək. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir Bu ayə Allahın Peyğəmbərə və onun ümmətinə olan müjdəsidir. Yəni, sənin üçün köksünü açıb yükünü səndən götürməklə və adını sənə görə ucaltmaqla sənə bu böyük nemətləri verdiyimiz kimi sənə üz verən bu çətinliyin ardınca mütləq asanlıq veriləcəkdir. Bu iki ayə haqqında görkəmli təfsir alimi İbn Abbas: “Bir çətinlik iki asanlığa üstün gələ bilməz” – demişdir. Bu iki ayədə çətinlik və asanlıq sözləri hərəsi iki dəfə işlənir, lakin ərəb dilinin qaydalarına görə çətinlik sözü müəyyənlik artikli ilə, asanlıq sözü isə qeyri-müəyyənlikdə işləndiyinə görə bir çətinlik və iki asanlıq ifadə olunur. Odur ki, çətinliyə məruz qaldıqda asanlıq gözlə. Həmçinin, bu asanlıq şəriətin buyurduğu ibadətlərdə də özünü göstərir. Məsələn, namaz ayaq üstə qılınır, bacarmadıqda oturan yerdə qılınır, onu da bacarmadıqda uzanan yerdə qılmağa icazə verilir. Habelə, oruc, həcc və başqa ibadətlərdə də asanlıq görə bilərsən. Həmçinin, müsibətə düçar olduqda, güzəranın və köksün daraldıqda məyus olma, çünki, hər çətinliyin ardınca asanlıq gəlir. Allah sənə səbir etməyə yardım etməklə çətin işin asanlaşır. Bu o demək deyildir ki, çətinlik həmişə tamamilə götürülür. Bu o deməkdir ki, Allah sıxıntını aradan qaldırır, səbir etməyə yardım edir və çətinlik insan üçün asanlığa çevrilir. Sonra Allah buyurur: İşlərini qurtaran kimi Allah yolunda çalış! Yəni, işlərini qurtaran kimi başqa əməl etmək üçün çalış və dünyanın sənin başını qatıb əməlini puç etməsinə imkan vermə. Ona görə də aqil insan həyatını çalışmaqla sürər. Çünki, zaman insanın üzərindən keçib getməkdədir və heç kəs onu tutub saxlamaq iqtidarında deyildir. Belə olan təqdirdə həyatını çalışma həyatı et! Dünya işlərini bitirdikdə axirətə aid olan əmələ yönəl, axirətə aid olan əməli bitirdikdə isə dünya işlərinə yönəl. Beləcə insan daima çalışmalıdır. Sonra Allah buyurur: Ancaq Rəbbinə üz tut! Yəni, bütün işlərini yalnız Allahın rizasını qazanmaq üçün et!


Geri dön

PoZitiV Kaa=)

  • 22 iyun 2014 18:31
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
Twk'lar...........

--------------------

Yokka_

  • 18 iyun 2014 22:39
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
Allah razi olsun

No Ordinary Boy

  • 8 iyun 2014 12:13
  • Məqalə: 27
  • Şərh: 2132
  • Bal:
{awards}
Allah RazI OlSuN


Meqaleye gore twk...

--------------------

♫ мєl๏dyคм ♫

  • 6 iyun 2014 23:27
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
tewekkurle

--------------------

sessiz deniz

  • 6 iyun 2014 19:57
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

PoZitiV Kaa=)

  • 6 iyun 2014 19:12
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Odd angel

  • 6 iyun 2014 17:58
  • Məqalə: 0
  • Şərh: 1003
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 6 iyun 2014 15:57
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Воровская

  • 6 iyun 2014 15:50
  • Məqalə: 74
  • Şərh: 1343
  • Bal:
{awards}
Allah razi olsun canim tewekkurleer

--------------------




^^YeRaZKa MeLeK^^

  • 6 iyun 2014 15:29
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razi olsun...!!!

--------------------

K.r.A.l

  • 6 iyun 2014 15:13
  • Məqalə: 26
  • Şərh: 1366
  • Bal:
{awards}
elaaaaaaaeeeeeeeeeeee

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

♫ мєl๏dyคм ♫

  • 6 iyun 2014 15:05
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
ALLAH razi olsun

ALLAH razi olsun

ALLAH razi olsun

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 6 iyun 2014 14:34
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore sagolun..

^^FiDaNKa^^

  • 6 iyun 2014 14:31
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
ALLAH razi olsun

Mr.LegenD

  • 6 iyun 2014 13:52
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

PércyDarkMoon

  • 6 iyun 2014 13:30
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

NeFeSiM LiL OrXaN

  • 6 iyun 2014 12:46
  • Məqalə: 38
  • Şərh: 3491
  • Bal:
{awards}
ALLAH razi olsun

♔ Rapuиzel ♔

  • 6 iyun 2014 09:48
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

CIMBOM150

  • 6 iyun 2014 09:12
  • Məqalə: 1
  • Şərh: 238
  • Bal:
{awards}
ALLAH razi olsun cox saqolun

--------------------
Taniyan Taniyir Bilen Bilir Isteyen Qalir Istemeyen Yol Alir

ღKiRaZ MeVsİmCiღ

  • 6 iyun 2014 08:44
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH Razı Olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 72

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 143
 
The Shield
Xəbərləri: 37
Cəmi: 299
 
Darling
Xəbərləri: 37
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 73
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}