Vəhy mələyi

 
Vəhy mələyi

Bəqərə surəsinin sonuncu iki ayəsi istisna olmaqla (bu iki ayə Peyğəmbərə bilavasitə Allah Təala tərəfindən vəhy edilmişdir) Qurani-kərim Məhəmməd əleyhissəlama Allahın əmrilə vəhy mələyi Cəbrail vasitəsilə nazil olmuşdur. Mələyin əsas vəzifəsi Allahın əmrlərini peyğəmbərlərə olduğu kimi çatdırmaq, onları oxutdurub öyrətmək və əzbərlətməkdir. Mələk tərəfindən peyğəmbərlərə təlim edilən vəhy heç bir zaman unudulmur, onların hafizəsində nəqş olunub qalır. Sonra peyğəmbərlər həmin əmrləri, hökmləri olduğu kimi öz ümmətlərinə çatdırır, təbliğ edirlər. Mələyin peyğəmbərə nazil olmasını, bu və ya digər ayəni ona oxudub əzbərlətməsini, mənasını öyrətməsini peyğəmbərdən başqa heç kəs görüb eşitməz. Beləliklə, peyğəmbərlər Allah Təala ilə insanlar arasında elçi olduqları kimi, mələk də Allahla peyğəmbərlər arasında elçidir.
Peyğəmbərlərə mələk vasitəsilə vəhy nazil olması çox çətin bir işdir. Bu zaman peyğəmbərlər özlərindən gedir, bəşəri duyğulardan uzaqlaşır, onları xarici aləmlə əlaqələri kəsilir. Onlar mənən Allah dərgahına tərəf yüksəlib fövqəlbəşəri xüsusiyyətlər kəsb edir, vəhyi qəbul etməyə hazır vəziyyətdə olurlar. Məsələn, Məhəmməd əleyhissəlama Cəbrail vasitəsilə vəhy nazil olanda onun ağzı köpüklənər, rəngi saralar və o, əbasını başına çəkib bayılarmış. Peyğəmbər özünə gəldikdə ona nazil olan vəhyi olduğu kimi ətrafındakılara oxuyar, mənasını izah edərmiş. Mələyin siması o qədər əcaib-qəraibdir ki, insan onu əsl şəklində görməyə tab gətirə bilməz. Buna görə də Allahın əmrilə istədiyi şəklə düşə bilən bu nurani varlıq peyğəmbərlərə adətən adi insan qiyafəsində nazil olur. Peyğəmbərlərimizin əshabələri belə vəhyin ağırlığına tab gətirə bilməz, bu zaman zəng cingiltisi və ya arı vızıltısına bənzər bir səs eşidərək özlərini itirər, qeyri-adi vəziyyət alıb əllərini belə tərpədə bilməzdilər. Rəvayətə görə, bir dəfə Peyğəmbər əleyhissəlam dəvə belində yol gedərkən ona vəhy nazil olmuş, dəvə vəhyin ağırlığına davam gətirməyib dal ayaqları üstə yerə çökmüşdü.
V.M.Məmmədəliyev


Geri dön

фея

  • 13 fevral 2011 00:07
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
COX SAQOL XEBER UCUN

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

nilayka

  • 11 fevral 2011 22:00
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
xebere gore twk edirem size

--------------------

Lexikon

  • 11 fevral 2011 19:35
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sag ol

gul_93

  • 11 fevral 2011 15:32
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
cox sag ol

huseyn12

  • 11 fevral 2011 15:02
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Hər kəsə minnətdaram. Təşəkkürlər.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

OpTiMiStKa

  • 11 fevral 2011 14:22
  • Məqalə: 23
  • Şərh: 375
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Yusif

  • 11 fevral 2011 13:53
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
cox sagol

Ulya

  • 11 fevral 2011 13:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Doktor

  • 11 fevral 2011 13:26
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 48
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 480
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}