Mənə dua edin, Mən də sizə cavab verim

 
Mənə dua edin, Mən də sizə cavab verim


Qurani Kərimdə Uca Allah öz bəndələrinə yaxın olduğunu, hətta insana onun şah damarından daha yaxın olduğunu bildirir. Allah mərhəmətli və lütfkar olduğuna görə Öz bəndələrini eşidib onların çağırışına cavab verəcəyini vəd edərək belə buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186). Bu ayənin sonunda Allah insanlara peyğəmbərlərinin İslam dininə olan çağırışını qəbul edib Ona iman gətirməyi duaların qəbul olunması üçün şərt qoymuşdur. Həmçinin, Uca Allah insanları yalnız Ona yalvarıb dua etmələrini buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər" (Ğafir, 60). Uca Allah Qurani Kərimdə Peyğəmbərlərin dualarını qəbul etməsi barədə xəbər verərək buyurur: “Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik! Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq. Təkcə onun nəslini qoruyub saxladıq” (əs-Saffat, 75-77). Allah İbrahim peyğəmbərin duasını qəbul edib Muhəmmədi peyğəmbər və elçi olaraq bütün bəşəriyyətə göndərdi. Uca Allah buyurur: “İbrahim və İsmail dedilər: Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Bəqərə, 129). Allah Əyyub peyğəmbərin duasını qəbul edərək düçar olduğu ağır xəstəlikdən sağaltdı: “Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik” (əl-Ənbiya, 83-84). Allah Yunus peyğəmbərin duasını qəbul edərək onu balinanın bətnindən xilas etdiyini və Zəkəriyya peyğəmbərin duasını qəbul edərək ona övlad bəxş etdiyini xəbər verir: “Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!" Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik! Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!" Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər” (əl-Ənbiya, 87-90). Allah Muhəmməd peyğəmbərin dualarını qəbul etmişdir. Ənəs rəvayət edir ki, Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: “Ey Allahın elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin.” Peyğəmbər əllərini göyə qaldırıb dedi: “Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!” Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: “Ey Allahın elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər əllərini göyə qaldırıb dedi: “Allahım! Yağışı üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə yağdır! Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq.” Həmçinin, Əbu Hüreyrə belə rəvayət edir: “Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə Peyğəmbər haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib dedim: "Ey Allahın elçisi! Mən anamı İslama dəvət edirdim. O, bunu inkar edib sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et ki, Əbu Hüreyrənin anasına hidayət versin!” Peyğəmbər dedi: “Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!” Mən Peyğəmbərin duasından sonra sevincək evə qayıtdım. Qapıya çatdıqda anamın ayaq səslərini eşitdim. O, mənə yerimdə durmağı əmr etdi. Sonra çimib qüsl edib, paltarını geyib qapını acid və mənə dedi: “Ey Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa həqiqi ilah yoxdur və Muhəmməd də onun qulu və elçisidir!” Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib ona dedim: “Ey Allahın elçisi! Muştuluğumu ver, Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi...” (Müslim, 6346).


Geri dön

PoZitiV Kaa=)

  • 21 iyun 2014 20:32
  • Məqalə: 309
  • Şərh: 8782
  • Bal:
tesekuler cox sagolun

--------------------

Yokka_

  • 18 iyun 2014 00:57
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
tewekkurler

Biqeyrət....

  • 16 iyun 2014 02:18
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
tesekkurler

Sessiz Melodiya

  • 10 iyun 2014 23:28
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
tesekurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

NeFeSiM LiL OrXaN

  • 8 iyun 2014 14:55
  • Məqalə: 38
  • Şərh: 3489
  • Bal:
{awards}
ALLAH razi olsun

No Ordinary Boy

  • 7 iyun 2014 23:24
  • Məqalə: 27
  • Şərh: 2132
  • Bal:
{awards}
Meqaleye gore Twk..

--------------------

^^YeRaZKa MeLeK^^

  • 7 iyun 2014 23:12
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razi olsun...!

--------------------

♫ мєl๏dyคм ♫

  • 7 iyun 2014 20:03
  • Məqalə: 163
  • Şərh: 4782
  • Bal:
{awards}
tewekkurler

--------------------

_Nermin_

  • 7 iyun 2014 18:05
  • Məqalə: 26
  • Şərh: 651
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 7 iyun 2014 17:11
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Mr.LegenD

  • 7 iyun 2014 16:56
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

PoZitiV Kaa=)

  • 7 iyun 2014 16:13
  • Məqalə: 309
  • Şərh: 8782
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

♫ мєl๏dyคм ♫

  • 7 iyun 2014 15:28
  • Məqalə: 163
  • Şərh: 4782
  • Bal:
{awards}
tewekkurler

--------------------

^Peri MaSali^

  • 7 iyun 2014 14:41
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

♔ Rapuиzel ♔

  • 7 iyun 2014 14:37
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

PércyDarkMoon

  • 7 iyun 2014 14:26
  • Məqalə: 242
  • Şərh: 9513
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

^^FiDaNKa^^

  • 7 iyun 2014 14:20
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
ALLAH razi olsun

nuruWka

  • 7 iyun 2014 14:02
  • Məqalə: 92
  • Şərh: 2539
  • Bal:
{awards}
Allah Razi olsun .. laughing

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

I love you my heart

  • 7 iyun 2014 13:53
  • Məqalə: 11
  • Şərh: 438
  • Bal:
{awards}
sagolunnnnnnnn

ღKiRaZ MeVsİmCiღ

  • 7 iyun 2014 13:46
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH Razı Olsun

Xanim Zehra

  • 7 iyun 2014 13:38
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
Allah razi olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 iyun 2014 13:36
  • Məqalə: 665
  • Şərh: 18352
  • Bal:
{awards}
Allah razi olsun

➰__Ýųśíf__➰

  • 7 iyun 2014 13:35
  • Məqalə: 298
  • Şərh: 5646
  • Bal:
{awards}
təşəkkür edirəm

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 21
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 548
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}