İslamın nəzərində böyüklük nədir?

 
İslamın nəzərində böyüklük nədir?

Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Üçaylığın artıq birincisini geridə qoyduq. Bir neçə gündür ki, bu mübarək səfərin ikinci dayanacağına - Şəban ayına çatmışıq. Allahdan istəyimiz budur ki, bizlərə Rəcəb ayından tövbələri qəbul olunmuş halda çıxmağı nəsib etsin. Şəban ayında olan bol fürsətlərdən, nemətlərdən bəhrələnə bilək. Bu, həm də diqqət olunmalı məsələdir ki, mübarək İlahi ziyafət ayına - Ramazan ayına bir ay qaldı. Bir aydan sonra biz Allahın qonaqlığına daxil oluruq. Allahın qonaqlığına hazırlıqsız daxil olmaq çətin olar. İndi vaxtıdır ki, hazırlaşaq, bəzi qaydaları öyrənək, xətalarımıza, günahlarımıza diqqət edək. Allahla öz aramızda bir ünsiyyətimiz olsun, tövbələr, istiğfarlar edək. Əslində Ramazan ayı öncəsi yaxşı fürsətdir ki, indidən hazırlaşaq.

İradəvi yaxşılıq etmək

İslamın nəzərində önəmli mövzulardan biri - böyüklük mövzusudur. Bu gün dünyanın təqdim etdiyi insanla və onun böyüklüyü ilə bağlı məsələlər, mübarək dinimizin təqdimatından tam fərqlidir. Həzrət İmam Həsən (ə) buyurur: “Böyüklük - könüllü olaraq yaxşılıq etmək, verməsi istəməsindən daha çox olmaqdır”. Mübarək buyuruşdan göründüyü kimi, böyüklük - tam iradəvi bir məsələdir. Və binasında 2 əsas amil durur: yaxşılıq etmək və isarlıq. Yaxşılıq etmək nə deməkdir? Yaxşılıq - ali nəzərdə, ali dəyərlər sistemində, İlahi koordinatda yaxşı hesab edilən əməldir. Susuza su vermək yaxşılıqdırmı? Ümumiliklə, bəli. Amma əgər bu su, həmin susuza ziyan edəcəksə? Bu halda olmaz. Eyni əməl müxtəlif zaman, məkan, şəraitlərdə müxtəlif dəyərə, yükə, işarəyə malikdir. Məsələyə kompleks yanaşılmalıdır.


Bəs isarlıq nədir? İsarlıq - bir şeyi ali məqamlara xatir digərinə ehsan etmək və əvəzində heç nə gözləməməkdir.

Bəli, insanın öz istəyi, öz iradəsi ilə, könüllü olaraq yaxşılıq etməsi - böyüklükdür.
Adətən insanlar adi halda daha çox almaq istəyirlər. Burada qeyri-adi bir şey də yoxdur. Bu, bioloji varlığın, zəif varlığın elə adi halıdır. Güclü insan o insandır ki, bu təbii vəziyyətə getməsin, iradəli duruma, vəziyyətə keçsin. Belə insanın verməsi istəməsindən daha çox olar. Bunun bütün sahələrə, xüsusilə də ailədaxili, dostlararası münasibətlərə daha çox aidiyyəti var. Diqqət etsək, görərik ki, ailə daxilində hər tərəf daha çox almaq istəyir. Böyük odur ki, daha çox verə və verməsi almasından daha çox ola. Sürətlə kapitalistləşən dünyamızda hər kəs daha çox əldə etmək, daha çox qazanmaq, verməkdən daha çox almaq istəyir. Lakin, böyüklük - möminə, inanc əhlinə yaraşan sifət olduğundan, onun verməsi almasından daha çox olar. Bu, tək maddi anlamda deyil. İnsan bu cür yaşasa, həyatının mənası, bərəkəti olar.

Bəzən özünü bilməməzliyə vurmaq - böyüklük əlamətidir

Həzrət İmam Əli (ə) buyurur: “Böyük insan özünü bilməməzliyə vurar və üzdə aldanar”. Böyüklük - olduqca ciddi məsələdir. Xüsusən məişət məsələlərində, fərdi həyatda böyüklük Allah bəndəçiliyinə iddialı olanın əsas silahdaşı olmalıdır. Dinimiz ictimai yükü olmayan məsələlərdə tam fərqli yanaşma təqdim edir. Güzəşt etməyi, keçməyi, üz vurmamağı, ağartmamağı tövsiyə edir. Hətta deyə bilərik ki, tam əksdir - nə qədər ictimai həyatda tələbkarlığa meyllidirsə, fərdi müstəvidə dinimiz güzəştliliyə, keçməyə, bağışlamağa, özünü görməməzliyə vurmağa çağırır. Bu mənada, dinimiz böyüklük bunu sayır. Böyük insan özünü bilməməzliyə vurar və üzdə “aldanar”. Adətən gündəlik həyatda da insana çox gərəkən tövsiyələrdən biridir. Narahat olmayaq, bəzən olur ki, insan Allaha xatir nələrisə görməməzliyə vurmalıdır, bəzən Allaha xatir özünü elə aparmalıdır ki, guya nələrisə başa düşmür və s. Allah görür, bilir, bütün əməlləri dəyərləndirir. Bütün bunları görən Rəbbimizin nəzərində böyüklük - məhz insanların eyblərini bəzən üzə vurmamaqdır. Allahın nəzərində alilik, böyüklük, kamal odur ki, insan fərdi həyatında, məişət həyatında keçimli olsun.

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Böyük odur ki, öz simasının kəramətini odun xarlığından qorusun”. Yəni, elə bir əməl etməsin ki, həmin əməl onu cəhənnəm atəşinə gətirib çıxarsın. Cəhənnəm atəşi insanı xar, rüsvay edər. Böyük insan odur ki, günah etməsin, günahdan çəkinsin, elə rəftar etməsin ki, sonra Allah qatında xəcalətli olsun. Böyüklük - günah etməməklədir.


İnsanı yüksək məqamlara çatmaqdan saxlayan üç maneə

Həzrət İmam Sadiq (ə) buyurur: lİnsanı yüksək məqam və ali hədəflərin arxasınca getməkdən üç şey saxlayır: himmətin azlığı, çarə axtarmamaq və fikrin zəifliyi". Üç maneə mövcuddur ki, insanı yüksək məqam və ali hədəflərin arxasında getməkdən saxlayar. İnanclı mühitin, dini mühitin tanımaqla bağlı xüsusi bir çətinliyi yoxdur. Rəbbini tanıyır, Qiyaməti tanıyır, etiqadı var, namazını qılır, ibadətlərinin vacibliyini bilir. Amma belə bir qəribə vəziyyət mövcuddur ki, insan bunları bilir və bunlara etiqadı var və onu da bilir ki, insanın yaranışının hədəfi - Allaha bəndə olmaqdır, bunları bilməsinə rəğmən bunlara tərəf addımlamır. Bu ali hədəfi, məqamı fəth etmir. Bu ali məqamı əldə etməkdə çətinlikləri olur. İmam Sadiq (ə) də bizləri məhz bundan xəbərdar edir. Bizləri ali məqamları əldə etmək yolunda çətinliklərimizin nə olduğundan xəbərdar edir. İnsanı Allah bəndə olmaqdan, Allahın razılığını əldə etməkdən üç şey saxlayır. Bunlardan biri - himmətin azlığıdır.

Himmət - yalnız Allah bəndəliyinə çatmaq üçün olarkən dəyərlidir

Himmət sözü bizim mühitdə o qədər də çox istifadə olunmaz. Bədii, ədəbi dilimizdə var, amma danışıq dilində əsasən istifadə edilməz. Bəzən də bu söz digər sözlərlə də qarışdırılar. Himmət - ciddi çalışma, çox ciddi səy göstərmə, ciddi şəkildə bir şeyə can atmadır. İnsanın bir şeyi əldə etməsi üçün çox çalışmasına himmət deyilər. İnsan bir şeyə ciddi səy göstərər, fövqəl dərəcədə ona doğru irəliləyərsə, bu, himmət adlandırılar. Əgər bu dərəcədə olmazsa, himmət göstərmədiyi deyilər. İnsanı yüksək məqam və ali hədəflərin arxasınca getməsindən saxlayan üç şeyin biri də məhz elə himmətin azlığıdır. İnsanı Allaha bəndəliyə tərəf getməkdən, Allahın razılığını əldə etməkdən saxlayan birinci amil - himmətin azlığıdır. Bizlər az səy göstərsək, Allaha bəndəliyə tərəf gedib çıxa bilməyəcəyik. Fövqəl dərəcədə çalışma ortalığa qoya bilməsək, biz bu məsələlərdə heç bir nailiyyət əldə edə bilməyəcəyik, heç bir mənəvi fəthimiz olmayacaq və ali hədəflərə çata bilməyəcəyik.


Himmətlə şərafət arasında bağlılıq

Həzrət Əmirəlmöminin (ə) himmətlə bağlı bir neçə köklü məqamlara aydınlıq gətirir. Həzrət (ə) himmətlə şərafətlilik arasında bir bağlılıq görür. İnsanın şərafətliliyi, şərəfi, hörməti, etibarı, mənliyi, heysiyyəti ilə himməti arasında bir bağlantı var. Şərəf anlayışı çox ciddi anlayışdır. İnsanın dəyəri bəzən onun şərəfi ilə ölçülür. Həzrət Əli (ə) buyurur: “Şərəf - ali himmətlərlədir, çürük sümüklərlə deyil”. İnsanın şərəfi - ciddi və ali çalışmalar, səylərlərlədir. İnsanın şərəfi - Allaha bəndəlik, Allahın razılığını əldə etmək istiqamətində çox ciddi dərəcədə səylər göstərməklədir. Həzrət (ə) bizə ciddi bir məlumatı çatdırır. İnsanın varlıq baxımından həqiqi, gerçək şərəfi, heysiyyəti, mənliyi, tutumu, etibarı - onun Allaha bəndə olmaq istiqamətində ciddi çalışmalarına görədir. Əgər bu çalışmalar, bu səylər varsa, insanın şərəfi var. Əgər insanda ciddi himmətlilik varsa, demək ki, həmin insanda Allahın qoyduğu standartlar baxımından şərafətliliyi var.

Yekunun acılığından qaçmaq

İnsanın Allahın razılığını əldə etməkdən, Allaha bəndə olmaqdan başqa bütün çalışmalarının və səylərinin yekunu - qəbirdə çürük sümüklərdir. Hər nə ki, bizi bu həyatda Allahın razılığından kənar, Allaha bəndə olmaqdan kənar etmiş oluruq sonu, bunun yekunu çürük sümüklərdir. Çürümüş sümüklərə gedib çıxan heç bir şey şərəfi əmələ gətirə bilməz. Allah bağlı olmayan bütün mövcudiyyət insanı şərafətlilik müstəvisinə gətirib çıxarmaz. Onun yekunu yalnız qəbirdə çürük sümüklərdir. Amma, insanın mövcudiyyəti əgər Allahın razılığını qazanmaq üçündürsə, bu halda onun edəcəyi hər bir şey şərafətlilik müstəvisindədir. Həqiqi Allah dərgahında olan şərəf standartına yalnız ciddi himmətlə Allaha bəndəçilik istiqamətində görülən işlər gətirir. Allah bu insanı şərəfli sayar. Allah dərgahında şərəfə layiq, şərəfli insan o kəsdir ki, Allaha bəndə olmaq istəqamətində ali çalışmalar ortalığa qoyar. Nəfsi üçün, şəhvəti üçün etsə, şərafətlilikdən uzaq olar.



Çalışması yalnız nəfsi üçün olan xeyrə çatmaz

Həzrət Əli (ə) buyurur: “Himməti və fikri-zikri qarnı və şəhvəti olan şəxsdən, xeyir nə qədər də uzaqdır”. Bir insanın fikri-zikri qarnı və şəhvəti olarsa, o adam Allahın xeyirindən və mərhəmətindən çox uzaqdır. O insana mərhəmət, bərəkət, Allahın xeyrinin çox-çox uzaqlığı var. Allahın şərəf, şərafətlilik və bu mənada dəyər verdiyi o kəsdir ki, onun Allaha bəndəlik üçün ciddi çalışmaları, Allahın razılığını əldə etmək üçün ciddi, köklü səyləri var. Bu yoxdursa, insan mənlik, heysiyyat və etibarlılıq, Allah dərgahında hörmət anlamında heç nə əldə etmir.

Gözəl əməl himmətin nəticəsidir

Həzrət Əmirəlmöminin (ə) insanın gözəl davranışı ilə bağlı buyurur: “İnsanın gözəl əməli - himmətin aliliyindən xəbər verir”. Həzrət (ə) bizi məlumatlandırır ki, əgər bir insanda, bir mömində gözəl rəftar görürsünüzsə, bu, öz-özünə əmələ gəlməyib. Bu, etiqadın, imanın və Allah üçün ciddi çalışmanın, səyin, ciddi əziyyətlərin nəticəsində əmələ gəlib. Əgər bir mömində fraqmental olmayan, nəfsani olmayan gözəl, kamil əməl görürsünüzsə, bu, ciddi çalışmadan, Allah bəndəliyi üçün ciddi səylərdən xəbər verir. Gözəl, Allah bəyənən hal insanda öz-özünə əmələ gəlmir. Gözəl rəftar, gözəl əməl böyük səylərin, zəhmətlərin olmasından xəbər verir.

Həzrət Əli (ə) buyurur: “Allaha itaət - zirək insanların himmətidir”. Allah buyuruşlarına əməl etmək, yəni Allaha itaət etmək - bu dünyada ən zirək insanların himmətidir. Bu dünyada kim Allaha itaət etsə, o, qazanacaq, o xeyirli aqibət əldə edəcək. Kim Allaha ən çox itaət etsə, ali hədəfləri üçün ən çox çalışan, ən çox himmət göstərən insan odur və buna görə də ən zirək insan odur. Bu anlamda Allaha itaət - zirək insanların himmətidir. O insanın ki, Allaha itaət etməyə halı olmaz, o insan zirək deyil, uğursuz insandır.


Şadlıqlar vaxtı Allahı yad et ki...

İmam Baqir (ə) buyurur: “Tövratda yazılıb: ”Ey Musa! Tək olanda, ləzzət və şadlıqlar sevinci zamanı Məni yad et ki, qəflətdə olduğun vaxt da Mən səni yad edim"". İnsan rahatlıq içərisində olanda, sevincli halda olanda çox vaxt unutqanlıq edir, Allahı xatırlamır. Əgər belə zamanlarda Allahı xatırlasa, bütün sevinc və ləzzətlərinin Allahdan qaynaqlandığını başa düşsə, qəflət zamanı da Allah onu unutmaz. İnsanın ən acınacaqlı vəziyyəti - qəflət zamanıdır. Bəhslər, xütbələr, moizələr o cümlədən insanı bu qəflətdən ayıltmaq üçündür. Gün ərzində insan müəyyən bir axara düşüb gedir. Bəzən insan həyatında qarşılaşdığı problemlər, xəstəliklər də bunun üçündür ki, insan acizliyini dərk etsin, ehtiyaclı varlıq olduğunu xatırlasın və qəflətdən ayılsın.

İslam Peyğəmbərinin (s) müsəlman ümmətinə, inanc əhlinə olduqca ciddi bir xəbərdarlığı var. Həzrət Rəsulallah (s) buyurur: “Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana və Ölüm Mələyi qarşısında zahir olanadək Allahın razılığına, bağışlanmasına qovuşduğuna əminliyi olmur”.

Mömini fərqləndirən ən önəmli xüsusiyyət - onun öz aqibətinin necəliyi barəsində keçirdiyi narahatçılıqdı. Mömin, Allah bəndəsi olmaq istəyən - öz aqibəti barədə düşünməlidir. Bunun qarşısını alan ən böyük məsələ - qəflətdir. Qəflətin birinci işi bizə bunu unutdurmaqdır. Qəflət bizə unutdurur ki, bir gün öləcəyik, bu dünya müvəqqətidir, əbədi dünyada bizi sorğu-sual gözləyir.

İnsan bir övladı olan zaman o dünyaya gələnə qədər necə narahat olursa, biz də ömrümüzün sonuna qədər gərək aqibətimiz üçün elə narahat olaq. İnsan bütün həyatına ömrünün sonuna qədər belə baxmalıdır. Vəziyyətinin yekunda necə olacağından nigaran olmalıdır.

Allahım, bizlərə Sənə bəndə olmaq üçün ali himmət göstərməyi nəsib et! Allahım, bizlərə Sənə itaət etməklə zirək olmağı nəsib et! Allahım, aqibətlərimizi xeyirli et! Amin!


Geri dön

Yokka_

  • 17 iyun 2014 20:29
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
ALLAH RAZI OLSUN

Biqeyrət....

  • 14 iyun 2014 03:50
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^Peri MaSali^

  • 10 iyun 2014 10:54
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Biqeyrət....

  • 10 iyun 2014 02:46
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH razi olsun

Diamond Lady

  • 10 iyun 2014 00:01
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
Tewekkurler

--------------------
aysel mamedova

PSIXOPATKA

  • 9 iyun 2014 23:49
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLLAH RAZI OLSUN

--------------------

Nadusa

  • 9 iyun 2014 23:39
  • Məqalə: 1
  • Şərh: 202
  • Bal:
{awards}
Tewwekurler

--------------------
Ufuqde qan lekesi...
Gunesli goy eteyi maviye calir...
Yol ustunde may cicekleri...

Beşiktaş Fanatı

  • 9 iyun 2014 23:17
  • Məqalə: 1
  • Şərh: 29
  • Bal:
{awards}
Tewekkurler

Tewekkurler

Mr.LegenD

  • 9 iyun 2014 23:11
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

Sessiz Melodiya

  • 9 iyun 2014 23:06
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

qirilmis qelb

  • 9 iyun 2014 22:51
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

^^YeRaZKa MeLeK^^

  • 9 iyun 2014 22:25
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...!!!!

--------------------

PércyDarkMoon

  • 9 iyun 2014 22:16
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bitanem

--------------------

♔ Rapuиzel ♔

  • 9 iyun 2014 22:07
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

KabusuM

  • 9 iyun 2014 21:57
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
MeNdeN aYaGINa GediB uzR isTeMeYiMi gozLeyeN iNsaNLaR...
'EzRaiL' beLe CaNiMi aLMaQ ucuN ayagima geLecey siZ ne ozuvuzu daRTiRSiz...

Воровская

  • 9 iyun 2014 21:47
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Allah razi olsun)

--------------------




ヅ Bad Girl ヅ

  • 9 iyun 2014 21:40
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

No Ordinary Boy

  • 9 iyun 2014 21:30
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------

LeLLi

  • 9 iyun 2014 21:10
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

PoZitiV Kaa=)

  • 9 iyun 2014 20:58
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Favorit Girl )

  • 9 iyun 2014 20:53
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Meqaleye Gore Twk))

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

.:.Esqi_Kerbela.:.

  • 9 iyun 2014 20:48
  • Məqalə: 38
  • Şərh: 206
  • Bal:
{awards}
tewekur Allah razi olsun insallah bu mubarek ayin xatirine Allah teala gunahlarmizi bagislaramin....

--------------------

PoZitiV Kaa=)

  • 9 iyun 2014 20:32
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
ilk werh mennen
meqaleye gore twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}